Əfran İsmayılov: "Şəhidlik zirvəsinə ucalmaq ən böyük arzumdur"

Əfran İsmayılov: "Şəhidlik zirvəsinə ucalmaq ən böyük arzumdur""Təlim-məşq toplanışı keçməmişdim, futboldan yarım ilədək uzaq düşmüşdüm. Bu mənada, meydana çıxıb qol vurmağım mənim üçün həqiqətən sevindirici oldu".

Bu fikirləri "Report"a açıqlamasında "Səbail" klubunun futbolçusu Əfran İsmayılov Azərbaycan Premyer Liqasının IV turunda "Sabah"a 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

32 yaşlı yarımmüdafiəçi bildirib ki, rəqib onlardan güclü olsa da, meydana qalib psixologiyası ilə çıxıblar: "Sabah" istər heyət, istərsə də maliyyə baxımından bizdən üstündür. Ardıcıl 3 turda uduzmağımıza baxmayaraq, qarşılaşmadan əvvəl Aftandil Hacıyev bildirdi ki, psixologiyanızı sındırmayın, çempionat yeni başlayıb, qarşıda çox oyun olacaq. Bizi toparlamağı bacardı. Sözü bir yerə qoyduq ki, artıq qalib gəlmək lazımdır. Meydana çıxıb öz oyunumuzu sərgilədik və layiqli qələbə qazandıq".

Təcrübəli oyunçu son 2 gündə cəbhə xəttində baş verən hadisələrə də münasibət bildirib: "Hazırda futbol haqqında fikirləşmək istəmirəm. Bütün diqqətimiz cəbhə bölgəsindədir. Bilirsiniz ki, gərgin müharibə gedir. Doğrudan da bu, bizim üçün Böyük Vətən Müharibəsidir. Hamı döyüşmək üçün alışıb-yanır. İçi biz qarışıq, nə qədər könüllü, cəbhəyə getmək istəyənlər var. Amma hazırda elə vəziyyətdir ki, ordumuz düşmənə layiqli cavab verir, sevindirici xəbərlər eşidirik. Bütün torpaqlarımızın işğaldan azad olunmasını istəyirik. Bu, bizim arzumuzdur ki, gedək, orada oyunlar keçirək. Şəhid olanlara Allahdan rəhmət diləyirəm. İnanıram ki, lazım olan nəticəni əldə edəcəyik. Ordumuzun gücü də buna imkan verir. Dualarımız əsgərlərimizlə birlikdədir".

Hərbi xidmətini MOİK futbol klubunda keçdiyini söyləyən İsmayılov Vətən uğrunda canından keçməyə hazır olduğunu vurğulayıb: "Hərbi xidmətə getməyi çox istəyirdim. Sadəcə, milli komanda və futbolla bağlı digər söhbətlərə görə qoymadılar. Ən yaxşı vaxtlarım olduğu üçün milliyə lazım olduğumu bildirdilər. Buna görə gedə bilmədim. Bu gün ehtiyac olarsa, can-başla orduya qoşulmağa hazıram. Şəhidlik zirvəsinə ucalmaq mənim arzumdur. Silahdan istifadə edə bilirəm. Bilirəm ki, cəbhəyə yaxın rayonlarda postlar qurublar, buraxmırlar. İcazə versələr, birinci, mən gedəcəyəm".

Azərbaycan millisinin sabiq oyunçusu hazırda İtaliya "Roma"sında çıxış edən erməni futbolçu Henrik Mxitaryanın Qarabağdakı hərbi əməliyyatların dayandırılması üçün dünya ictimaiyyətini köməyə çağırması barədə fikirlərinə cavab verib: "Mxitaryanın nə deməsi bizə maraqlı deyil. O, bilərəkdən bu cür fikirlər səsləndirir. Yaxşı futbolçu ola bilər, amma biz heç vaxt erməniləri millət, xalq hesab etməmişik. Onlar işğalçıdır. Biz öz torpaqlarımız uğrunda vuruşuruq. Neçə ildir danışıqlar prosesini yubadırlar. Bunlar alçaq, şərəfsiz millətdir. Hər vasitədən istifadə edirlər. Musiqilərimizi belə, oğurlayırlar. Əlimizə şans düşüb, sonadək getməliyik. Torpaqlarımızı azad edib, özümüz o yerlərdə yaşayacağıq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4018   Tarix: 28 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Arıqlamaq istəyənlər, DİQQƏT: Heç bir pəhriz sizə kömək etmir?

Sizlərə Fransa istehsalı olan FATZORB kapsullarını təqdim edirik. . 1)İştahı kəsir . . 2)metobalizmani gücləndirir. . 3)piy qatlarını əridir. . 4)Kapsullar bitki tərkibli və ziyansızdır. . . . MƏHSUL HAQDA ƏTRAFLI. . Bir kurs ərzində orqanizmdən asılı olaraq 5-12 kg arıqlamaq mümkündür.. . Sifariş v

25 oktyabr

Nazirlikdən XƏBƏRDARLIQ: Tanımadığınız nömrələrdən gələn mesajlara və zənglərə cavab verməyin!

Ermənistanın törətdiyi təxribat nəticəsində cəbhədə vəziyyətin gərginləşdiyinin, qarşı tərəfdən törədilən təxribatların artdığının şahidi oluruq. Bu təxribatlar, həmçinin kibermühitdə də davam etdirilir. Belə ki, son vaxtlarda ölkəmizin sosial şəbəkə istifadə hesablarına, şəbəkə qurğularına – route

28 sentyabr

Məktəblərdə koronavirusa yoluxma ilə bağlı son vəziyyəti açıqlandı

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.. . Nazirlikdən Sonxeber.az-a bildirilib ki, 1 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub. İşçi heyətində isə yüksək hərarət qeydə alınmayıb.. . Daha 39 şagird və 6 işçidə koronavirus aşkarlanıb.. . İndiy

28 sentyabr

Tərtərin deputatı cəbhə xəttində: "Ermənilər heç zaman bu qədər itkilərinin olduğunu etiraf etməmişdilər"

Xəbər verdiyimiz kimi, canlı bağlantıyla BakuTv-nin efirinə qoşulan müxbiri cəbhə xəttində olan yeniklərlə əhalini məlumatlandırıb.. . Sonxeber.az xəbər verir ki, Tərtər rayonunun deputatı Sahib Alıyev də sözügedən cəhbə bölgəsində olub. Deputat canlı bağlantıyla müsahibə verib:. . "Ümumilikdə götürsək

28 sentyabr

Komendant saatını pozan şəxsləri nə gözləyir? - VİDEO

Komendant saatını pozan şəxsləri nə gözləyir? . . . Sonxeber.az xəbər verir ki, BakTv-nin canlı yayımında hərbi ekspert Ü.Cəfərov Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələri şərh edib. Eləcə də komendant saatının bəzi qaydalarının izahını verib.. . Ekspert həmçinin bildirib ki, düşmən artı

28 sentyabr

MN: "Ermənistan ordusu ərzaq qıtlığı və dərman ləvazimatları çatışmazlığı ilə üzləşib"

"Aparılan ikigünlük döyüşə tab gətirməyən Ermənistan ordusunda, dərman və tibbi ləvazimatlar, eləcə də ərzaq qıtlığının olması barədə məlumatlar əldə etmişik".. . Sonxeber.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. . . "Dərma

28 sentyabr

Ermənistan itki verməkdə davam edir: 28 hərbçi öldü - Siyahı

Ermənistan tərəfi hərbi itkilərini açıqlamaqda davam edir. . . Sonxeber.az xəbər verir ki, Ermənistanın dünən səhərki təxribatından sonra Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı məhv edilən erməni hərbçilərinin növbəti siyahısını "armeniasputnik" saytı yayıb. . . Azərbaycan Müdafi

28 sentyabr

Hulusi Akar: Ermənistan Azərbaycan torpaqlarını dərhal boşaltmalıdır

Ermənistan Azərbaycan torpaqlarını dərhal boşaltmalıdır.. . Bunu açıqlamasında Türkiyə Müdafiə naziri Hulusi AKar deyib.. . Onun sözlərinə görə, Ermənistan eyni zamanda xarici dövlətlərdən gətirdikləri muzdlu döyüşçüləri və terroristləri öz dövlətlərinə geri göndərməlidir. Biz bunu tələb edirik.

28 sentyabr

Bakı metrosu hərbi vəziyyət dövründə necə işləyəcək? - AÇIQLAMA

Metropoliten stansiyaları səhər saat 6:00-dan gecə 24:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.. . Bu barədə Sonxeber.az-a məlumat verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin mətbut katibi Bəxtiyar Məmmədov bildirib ki, metropolitenin iş qrafikində hər hansısa dəyişiklik nəzərd

28 sentyabr