İndoneziya mətbuatı Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatından yazdı

İndoneziya mətbuatı Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatından yazdıİndoneziya mətbuatı da sentyabrın 27-də səhər saatlarında Ermənistan ordusunun Dağlıq Qarabağ regionunda Azərbaycana qarşı növbəti təxribatı və ordumuzun cavab tədbiri olaraq əks-hücuma keçməsi barədə məlumatlar yayıb.

AZƏRTAC xəbər verir ki, İndoneziyanın ANTARA agentliyi, "Republika" nəşri, "jpnn.com", "sinarharapan.co", "kupang.tribunnews.com", "viva.co.ıd" saytları və digər KİV-ləri vəziyyətin çox gərgin olduğunu yazıblar.

İndoneziyanın ANTARA dövlət informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində Ermənistan ordusunun bazar günü səhər saatlarından başlanan hərbi təxribatı ilə əlaqədar sərt xəbərdarlıqla çıxış etməsinə xüsusi diqqət yönəldib. Azərbaycan Prezidentinin "Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır" sözləri sitat gətirilib.

Bildirilib ki, Prezident İlham Əliyev müraciətində Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən Azərbaycanın yaşayış məntəqələrinə və hərbi obyektlərinə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan atəş açdığını deyib.

"Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin", – deyə Azərbaycan Prezidenti bildirib.

Şəhidlərin qanının yerdə qalmayacağını vurğulayan dövlətimizin başçısı Azərbaycan Ordusunun erməni silahlılarına qarşı cavab tədbirləri gördüyünü, düşmənin bir çox hərbi texnikasının məhv edildiyini vurğulayıb.

"Bu, erməni faşizminin növbəti təzahürüdür", - deyə Azərbaycan Prezidenti bəyan edib.

Ermənistanın bu hücumla yanaşı, işğal altındakı torpaqlarda qeyri-qanuni məskunlaşdırma aparması da yazıda əksini tapıb.

Məqalədə cari ilin iyulunda erməni əsgərlərinin Azərbaycan Silahlı Qüvvələrini artilleriya atəşinə tutduğu, nəticədə hərbçilərin, həmçinin bir yaşlı mülki vətəndaşın öldürüldüyü də qeyd edilib.

İndoneziyalı oxuculara münaqişənin tarixi barədə də geniş məlumat verilib. Qeyd edilib ki, tarixi torpağımız olan və bu gün beynəlxalq ictimaiyyətin Azərbaycanın tərkib hissəsi kimi tanıdığı Dağlıq Qarabağ regionu 1991-ci ildən sonra işğal edilib. BMT Təhlükəsizlik Şurasının dörd, Baş Assambleyasının iki qətnaməsinə, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmaq istəmir.

Bildirilir ki, münaqişənin sülh yolu ilə həlli üçün 1992-ci ildə Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi ilə yaradılan ATƏT-in Minsk qrupunun cəhdlərinə baxmayaraq, bu istiqamətdə heç bir nəticə əldə edilməyib.

Məqalələrdə Azərbaycan Müdafiə Nazirliyinə istinadla cəbhədəki son vəziyyət və erməni təxribatları barədə məlumatlara da geniş yer verilib.
İndoneziya mətbuatı Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatından yazdıİndoneziya mətbuatı Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatından yazdıİndoneziya mətbuatı Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatından yazdıİndoneziya mətbuatı Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatından yazdıİndoneziya mətbuatı Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatından yazdıİndoneziya mətbuatı Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatından yazdıİndoneziya mətbuatı Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatından yazdıİndoneziya mətbuatı Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatından yazdı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6912   Tarix: 28 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19 aprel
.

Qətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...

Rusiyanın Moskva şəhərində azərbaycanlı gənc Şahin Abbasovun qətl törətməsi barədə xəbər vermişdik. Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər dayanacaq üstündə moskvalı öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbassovun mənzilindən 44 milyon rubldan çox, həmçinin 300 min dolla

19 aprel
.

Ata-anasını ödürən Fikrəti HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər

19 aprel
.

BDU-nun tələbəsi intihar etdi - FOTO

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksindəki mənzillərdən birində kirayədə qalan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onu

19 aprel
.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin

19 aprel
.

Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO

Orta məktəblər üçün olan yeddi dərslikdə məzmun dəyişikliyi edilib. Sentyabrdan həm Azərbaycan, həm də rus bölməsi üzrə bəzi məktəblilər yeddi fənn üzrə tam fərqli kitablar görəcəklər. -ın məlumatına görə, söhbət ikinci sinif həyat bilgisi, beşinci sinif Azərbaycan dili, riyaziyyat, altıncı sinif coğrafiya

19 aprel
.

Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb

Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə

19 aprel
.

İki ölkə arasında qarşılıqlı raket hücumları: Müharibə BAŞLAYIR? - AÇIQLAMA

Bildiyimiz kimi, İran-İsrail arasında gərginlin artmaqda davam edir. İki ölkə arasında davam edən qarşılıqlı raket hücumları bir sıra suallar yaradır. Tərəflər bir-birini hücum olacağı təqdirdə cavabın ağır olacağını, nüvə obyektlərinə zərbə vurmaqla hədələyir. Bir sıra mənəbələrdə qeyd olunur ki, artı

19 aprel