İlham Əliyevlə Antonio Quterreşin videoformatda görüşü oldu

İlham Əliyevlə Antonio Quterreşin videoformatda görüşü olduSentyabrın 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub.

Sonxeber.az xəbər verir ki, Prezident İlham Əliyev dünən Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verdi. Qeyd etdi ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir.

Dövlətimizin başçısı vurğuladı ki, Ermənistan tərəfi birinci dəfə deyil belə hərbi təxribatlar törədir. Belə ki, işğalçı ölkə bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində buna oxşar təxribat həyata keçirib, avqust ayında isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd edib. Eyni zamanda, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır.

Dövlətimizin başçısı onu da qeyd etdi ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələri yaradıb.

Prezident İlham Əliyev söhbət zamanı bildirdi ki, o, Ermənistanın yeni müharibəyə hazırlaşmasını BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında qeyd etmişdir.

Dövlətimizin başçısı bildirdi ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin "Dağlıq Qarabağ Ermənistandır" bəyanatı danışıqlara ciddi zərbə vurub. "Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır" bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk qrupunun rəhbərliyi tərəfindən də bildirilib.

Prezident İlham Əliyev dedi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır.

Söhbət zamanı Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası müzakirə edildi və dövlətimizin başçısı bu təşəbbüsə göstərdiyi dəstəyə görə BMT Baş katibinə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanın COVID-19 ilə mübarizə istiqamətində beynəlxalq müstəvidə səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd etdi.

Videokonfrans formatında keçirilən görüşdə Azərbaycanla BMT arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4679   Tarix: 28 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

29 mart
.

Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO

Bakıda yeni elektrik avtobusu istifadəyə verilib. -ın məlumatına görə, avtobus parkının yenilənməsi çərçivəsində 5 nömrəli marşrut xəttinə narıncı rəngli elektrikli sərnişin avtobusu buraxılıb. Qeyd edək ki, sərnişin avtobusu Çinin "Zhongtong" şirkətinin istehsalıdır

29 mart
.

Yalnız "qadınlardan" ibarət olan "troll fabriki"ni nazirliklə nəsə bağlayır? – Fotofaktlar

27 mart 2024-cü il tarixində saytında "Region ölkələrində insanlar neçə il pensiya ala bilirlər? – Azərbaycan sonuncudur" sərlövhəli yazı dərc olunub. Yazı eyni gündə saytın "Facebook" sosial şəbəkəsindəki eyniadlı hesabında da paylaşılıb. Yazı sosial şəbəkə hesabında paylaşıldıqda

29 mart
.

Terrorla bağlı xüsusi iclas çağırılsın - Deputatdan TƏKLİF

Terrorla bağlı ölkədəki durumla əlaqədar Milli Məclisin xüsusi iclası çağrılsın. xəbər verir ki, belə bir təkliflə deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. Onun sözlərinə görə, bununla bağlı ya Milli Məclisin qapalı iclası keçirilsin, ya da komitələrdə ba

29 mart
.

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən "MİR" avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il təvəllüdlü iş adamı ötən ilin noyabr ayında 5 nəfər biznes ortağına qarşı 1,2 milyon manat dələduzluq etməkdə ittiham olunaraq 7 il həbs cəzası almışdı

29 mart
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

29 mart
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

29 mart
.

Bu halda ipotekaya xitam veriləcək

İpoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İpoteka haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliə ipotekaya xitam verilən hallar genişlənir. Qey

29 mart
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" Qanuna dəyişiklikd

29 mart