"Hazırkı münaqişə dünya diplomatiyasının uğursuzluğudur" – Rusiyalı politoloq

"Hazırkı münaqişə dünya diplomatiyasının uğursuzluğudur" – Rusiyalı politoloq"Yaranmış vəziyyət belə deməyə əsas verir ki, dünya diplomatiyası tamamilə uduzub. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Mövlud Çavuşoğluna, Ceyhun Bayramova və Zöhrab Mnatsakanyana zəngləri haqqında isə onu deyə bilərəm ki, artıq gecdir. Əgər şiddətli döyüşlər gedirsə, diplomatlar nə edə bilər?"

"MediaPost" xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Stanislav Tarasov deyib.

O, Azərbaycanda təhsil alan, lakin sonradan öz baxış və fəaliyyətini ona çörək verən dövlətə qarşı yönəldən, ermənipərəst mövqeyi ilə hamımıza yaxşı tanış olan, hətta Dağlıq Qarabağ ərazisində ermənilərin təşkil etdiyi tədbirdə iştirak etdiyinə görə adı Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahısına" salınan biridir. Yəni necə deyərlər, "çörəyi dizinin üstündədir".

Bugünkü mövzumuz onun Azərbaycana qarşı olan mövqeyi haqqında deyil, sentyabrın 28-də erməni xəbər agentliklərindən birinə verdiyi müsahibəsindən danışacağıq.

Ermənipərəst politoloq deyib ki, hazırda Rusiya Ermənistandan bir qədər uzaqlaşıb və Rusiyanın Xarici İşlər naziri səviyyəsindən yuxarı rəsmilərin bəyanatlarının olmaması bunun təsdiqidir.

Digər maraqlı iddia Rusiyanın Ermənistana yalnız ölkə ərazisinin sərhədləri çərçivəsində dəstək verməyə hazır olmasıdır. Bu da onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində bilavasitə öhdəliyidir. Lakin Dağlıq Qarabağ məsələsinə gəldikdə, Ermənistan bu problemi özü həll etməlidir.

Türkiyənin Azərbaycana göstərdiyi dəstək haqqında danışan politoloq qeyd edib ki, Azərbaycan masa arxasında heç bir nəticə əldə olunmayacağını bilirdi. Bu səbəbdən də Azərbaycan hərbi əməliyyata başladı.

Ən maraqlısı isə odur ki, erməni jurnalistin "2016-cı ilin aprelində Rusiyanın fərqli strategiya ilə hərəkət etməsi, Ermənistana daha yaxın olması və KTMT üzvü kimi öz vəzifəsinin icrası" ilə bağlı sualına Stanislav Tarasov çox maraqlı cavab verib.

"2016-cı ildə biz İrəvanda idik və o vaxt erməni tərəfi bizi (Rusiyanı) erməni ordusuna mane olmaqda ittiham edirdi. Çünki o ərəfədə biz döyüşlərin dayandırılması üçün tərəflər arasında danışıqlar aparırdıq. Lakin bu dəfə biz deyirik – buyurun, nə qədər istəyirsiniz, o qədər də hücum edin. Sonra deməyin ki, biz sizi saxlamışıq" – politoloq deyib.

"Problemin bu həddə çatmasını istəməsək də, öz problemlərinizi özünüz həll edin. Türkiyənin qarışmaması üçün əlimizdən gələni edəcəyik, lakin Azərbaycanla probleminizi özünüz həll edin. Rusiyanın da təbii ki, öz maraqları var və bu, başa düşülməlidir" – politoloq əlavə edib.

Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması məsələsinə də toxunan politoloq deyib ki, bu addım Ermənistan üçün tamamilə bəlli olmayan nəticələr verəcək və danışıqlar prosesini digər müstəviyə keçirəcək. Eyni zamanda, belə olan halda Ermənistan ATƏT-in Minsk Qrupu ilə vidalaşmalıdır.

Gördüyünüz kimi, Ermənistanın məntiqsiz siyasəti və addımları, hamıya lazım olduğu haqqında nağılı artıq çoxuna aydındır. Hətta Rusiyaya – hansı ki bu dövlət otuz ildir işğalçıların oyunlarını ört-basdır edir.

Bizdən isə erməni xalqına həmişəki kimi məsləhət: 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı, 2020-ci ilin iyulu, hazırkı döyüşlər – hər birində siz və ordunuz uğursuzluğa düçar olmusunuz. Çünki "ay məni burax, gedim Azərbaycanı darmadağın edim" siyasətiniz işləmir və işləməyəcək. Ölkə Prezidenti İlham Əliyev əbəs yerə deməyib ki, kişisənsə, gəl, təkbətək döyüşək. Vəziyyət gördüyünüz kimidir. Buyurun, döyüşün. Bacarırsınızsa!


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2265   Tarix: 29 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021