Mülki əhalinin vurulması Türkiyəni HİDDƏTLƏNDİRDİ: Ərdoğanın liderliyi ilə...

Mülki əhalinin vurulması Türkiyəni HİDDƏTLƏNDİRDİ: Ərdoğanın liderliyi ilə...Ermənistanın təcavüzkar mövqeyi Cenevrə razılaşmalarının açıq-aşkar pozulmasıdır.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fəxrəddin Altun Tvitter paylaşımında qeyd edib.

Altun bildirib ki, dünya ictimaiyyəti Azərbaycanın məqsədinin cəbhə xəttində yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək və işğal altındakı ərazilərini azad etmək olduğunu bilməlidir: "Bu prosesdə hər məsuliyyətli dövlətin etdiyi kimi qardaş Azərbaycanın da bütün diplomatik, bərabər və ədalətli cəhdlərini müşahidə edirik. Azərbaycanın beynəlxalq hüquqa hərfi-hərfinə riayət etdiyini açıq şəkildə görürük. Ümid edirik ki, bu gün keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclasında həll yolu üçün zəmin yaranıb".

F.Altun qeyd edib ki, Türkiyənin bu mövzudakı bütün cəhd və işləri qardaş ölkə Azərbaycanın işğal altındakı torpaqlarını geri qaytarması və beynəlxalq çərçivədə haqqını, hüququnu qorumaq istiqamətində olacaq: "Qlobal güclərə mövzuya ədalətli yanaşma çağırışı edirik. Tərəfdaşlıq etmədən hərəkət etmək və siyasi balansı izləmək uğruna təcavüzkar ilə günahsızı bərabərləşdirmək xətasına qətiyyən yol verilməməlidir. Cənab prezidentimizin liderliyi ilə dövlətimiz bütün qətiyyətilə qardaş və dost Azərbaycanın yanındadır. Beynəlxalq platformada Azərbaycana qarşı ən xırda haqsızlığın qarşısında səsimizi ən gur şəkildə çıxaracağımıza kimsənin şübhəsi olmasın".

Prezident administrasiyasının rəsmisi Ermənistanın hücumları nəticəsində bu günə qədər dünyasını dəyişən azərbaycanlı şəhidlərə Allahdan rəhmət, yaxınlarına və qardaş Azərbaycan xalqına başsağlığı diləyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 16254   Tarix: 29 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28 mart
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

28 mart
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar"

28 mart
.

Dövlətə xəyanət, casusluq, 175 milyon manatın ödənilməsi - Əli Nağıyev məlumatlar açıqladı

"2023-cü il ərzində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb". Bu barədə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd bildirilib. Əli Nağıyev qeyd edib ki, həmin cinayə

28 mart
.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart
.

"Bu yolda yerimək təhlükəli hal alıb" - Video

"Bu yol uzun müddətdir ki, bərbad vəziyyətdədir. Avtomobillər buradan işləyə bilmir. Problemi də həll edən yoxdur". Bu şikayətlə "Qafqazinfo"ya Xırdalanın Qəzənfər Xaliqov küçəsində yaşayan bir qrup sakin müraciət edib. Vətəndaşların sözlərinə görə, burada yollar artıq yararsız haldadır

28 mart
.

Gəlinə verilən hədiyyə boşananda bölünəcək?

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28 mart
.

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Günəş enerjisi istehlakındakı kəskin artım elektrik enerjisinin qiymətlərinə təsir edə bilər. Bu ilin ilk iki ayında ölkədə günəş enerjisinin istehsalı 6 dəfə artıb. Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə potensialı 27 00 meqavat dəyərləndirilir. Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramo

28 mart
.

Taksilərdə POS-terminal olmalıdır - Yeni TƏLƏB

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart