Rusiyalı politoloq: "Dağlıq Qarabağ uğrunda döyüşmək Azərbaycanın haqqıdır"

Rusiyalı politoloq: "Dağlıq Qarabağ uğrunda döyüşmək Azərbaycanın haqqıdır""Danışıqlar, ilk növbədə, Ermənistanın təqsiri üzündən pozulduğuna görə müharibənin bərpası labüddür. Ermənistan rəhbərlərinin mövqeyi açıq-aşkar danışıqları pozmağa yönəlmişdi".

Bu fikirləri "Report"un Rusiya bürosuna açıqlamasında Ermənistan-Azərbaycan cəbhəsində hərbi əməliyyatları şərh edən rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov dilə gətirib.

"Qarabağ qrupu hakimiyyətdən uzaqlaşdıqdan sonra hamı yeni rəhbərlərin bu məsələni həll etmək yolu ilə irəli gedəcəyinə ümid edirdi. Lakin seçkilər keçdi, heç bir dəyişiklik də olmadı", – politoloq Ermənistandakı hadisələri şərh edib.

"Hərbi əməliyyatların başlaması yalnız vaxt məsələsidi. Hamının yekdil fikrincə, Dağlıq Qarabağ uğrunda döyüş əməliyyatları aparmaq Azərbaycanın haqqıdır, çünki dünyanın bütün ölkələri Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır, BMT də bu mənada qəti mövqeyini dəfələrlə ifadə edib. Rusiya da dəfələrlə bildirib ki, Ermənistan KTMT çərçivəsində müttəfiqdir, amma Dağlıq Qarabağ Ermənistana aid deyil, odur ki, Qarabağ ərazisindəki hərbi əməliyyatlarla bağlı Rusiya vasitəçilikdən savayı, hər hansı öhdəlik daşımır", – deyən politoloq Rusiyanın bu münaqişəni həll etməkdə tərəflərə kömək etməyə hazır olduğunu da qeyd edib: "Həll yolu Rusiya tərəfindən çoxdandır təklif edilib. Bu, Kazan düsturunun əsasıdır".

Bununla belə, ekspertin rəyincə, Rusiya KTMT vasitəsilə Ermənistan hökumətinə təsir göstərə bilməz: "Rusiya Ermənistan rəhbərliyini dəfələrlə Azərbaycanla danışıqlar masasına əyləşin, Dağlıq Qarabağ ətrafındakı rayonları qaytarın, müvəqqəti sülh sazişi imzalayıb Dağlıq Qarabağın ümumi statusuna dair geniş danışıqlara başlayın deyə təklif edib. Ermənistan qulaq asmır. Ona görə də indi Rusiyanın Ermənistana dəstəyi məhduddur. Nikol Paşinyan da amerikanyönümlü, əks-Rusiya siyasətçi kimi tanınır. O, Sorosun adamıdır. Bizdə ona etimad etmirlər, amma Ermənistanın daxili işlərinə də qarışmırıq. Yəni erməni xalqının öz işidir, əgər Paşinyanı bəyənirlərsə, qoy Paşinyan olsun".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5632   Tarix: 29 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanlı deputat Avronest PA-nın komitə sədri seçildi

Azərbaycan Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinə sədrlik edəcək. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib

20 mart
.

Sahibə Qafarova Simonyanla görüşəcək

Bu gün Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcək. Ölkə.az xəbər verir ki, Sahibə Qafarova və Alen Simonyanın görüşü Cenevrədə baş tutacaq. Bu haqda Ermənistan parlamentinin mətbuat katibi Nelli Qulyan məlumat yayıb

22 mart
.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart
.

Azərbaycan XİN Rusiyadakı silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib. "Report" xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib. "Moskvada "Krokus siti holl" konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiy

22 mart
.

Zaxarova Ermənistan barədə: "Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir" - VİDEO

"Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova -nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır. Zaxarovanın sözlərin

27 mart
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28 mart
.

Paşinyandan Qarabağla bağlı daha bir ETİRAF

Ermənistan prezidenti Nikol Paşinyan bildirib ki, Ermənistan Dağlıq Qarabağda mühacirətdə olan heç bir hökuməti tanımır. -a istinadən xəbər verir ki, bu cür bəyanatlar milli təhlükəsizliyə təhdiddir

28 mart
.

Prezident: "Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram"

"Dördüncü dəfədir ki, mən bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətil

18 mart
.

Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN

Avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsü və ondan istifadənin hüquqi əsasları yaradılıb. APA xəbər verir ki, bu, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Avtomobil yolları haqqında" qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Nazirlər Kabinetini

28 mart