İlham Əliyev: "Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır"

İlham Əliyev: "Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır""Bilirsinizmi, bazar günü baş verən hadisələrə Ermənistan artıq bir neçə ay idi ki, hazırlaşırdı. Əgər siz onların hərəkətlərinin və bəyanatlarının xronologiyasını izləsəniz aşkar görərsiniz ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Bu yaxınlarda, BMT Baş Assambleyasının tribunasından çıxış edərkən mən açıq demişəm ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır".

Sonxeber.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya 1" telekanalının "60 dəqiqə" verilişində aparıcının sualına cavabında səsləndirib.

Dövlətimizin başçısı deyib: "İyul ayında onlar bizim dövlət sərhədindəki yaşayış məntəqələrimizə silahlı hücum etdilər. Bu, münaqişə zonasından uzaq bir yerdir. O vaxt bir dinc sakin və bir neçə hərbi qulluqçu həlak oldu. Döyüşlər dörd gün davam etdi və Ermənistan ərazisində bizim heç bir hərbi hədəfimiz olmayıb və yoxdur. Buna görə də Ermənistan silahlı qüvvələri bizim ərazidən çıxarılandan dərhal sonra qarşılıqlı razılaşmaya əsasən atəş dayandırıldı. Daha sonra mənim dediyim kimi, təxribat qrupu bizim ərazimizə soxuldu, həmin qrup neytrallaşdırıldı. Sonra erməni tərəfi açıq-aşkar, nümayişkəranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edir, bu da müharibə cinayətidir.

Bu, Cenevrə Konvensiyasının pozulması deməkdir. Bunu nümayişkəranə şəkildə edirlər. Sonra onlar Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirirlər. Bütün bunlar bizə qarşı şüurlu provokasiyalar, bizi münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etməkdir. Biz təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdik, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər. Üstəlik, daha bir səbəb Ermənistanda mövcud olan daxili siyasi böhrandır. Axı bu gün Ermənistanda Soros rejimi mövcuddur. Belarusda baş tutmayan çevriliş iki il bundan əvvəl Yerevanda baş tutdu. Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu adam çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində ölkə böhran içindədir" deyə Dövlət başçısı qeyd edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4383   Tarix: 29 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021