Prezident İlham Əliyev: "Ermənistan qəbuledilməz tələblər irəli sürür"
ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistanın baş naziri deyir ki, "Qarabağ Ermənistandır" və üstəlik, deyir ki, biz danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıyıq. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır.
Sonxeber.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya 1" telekanalının "60 dəqiqə" verilişində bildirib.
Ermənistanın danışıqlar prosesini bilərəkdən pozduğunu vurğulayan dövlətimizin başçısı deyib: "Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və əgər Minsk qrupu son vaxtlar nizamlamaya kimin əngəl olması barədə daha fəal danışmağa başlayırsa, sentyabrın 27-də, bundan əvvəl isə iyulun 12-də olduğu kimi, təxribatlar törədirlər. Bizim dövlət sərhədindəki mövqelərimizə hücum edilib.
Sonra avqustun 23-də Ermənistanın təxribat qrupu tutulub, bu qrupun başçısı təmas xəttində saxlanılıb. Bütün bunlar Azərbaycanı təqsirləndirmək, sonra üçüncü tərəfləri cəlb etmək və beləliklə, danışıqlar prosesini pozmaq üçün edilir. Ona görə ki, erməni tərəfi status-kvonu saxlamaq istəyir. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Rusiya, Fransa və ABŞ-ın dövlət başçılarının şəxsində dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Biz danışıqlara sadiqik, lakin Ermənistan tərəfindən tamamilə əks hərəkətlər görürük".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 4894 Tarix: 29 sentyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşSkuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021