Adil Əliyev: Birləşmiş Millətlər Təşkilatının 28 ildən sonra nəsə tələb etməyə haqqı varmı?

Adil Əliyev: Birləşmiş Millətlər Təşkilatının 28 ildən sonra nəsə tələb etməyə haqqı varmı?Sentyabrın 29-da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Dağlıq Qarabağda vəziyyətlə bağlı qapalı iclası keçirilirdi. İclasın nəticələrini hamılıqla maraqla gözləyirdik. Təbii ki, Təhlükəsizlik Şurasının bu iclası keçirməsinin yeganə səbəbi Azərbaycan Ordusunun inamlı qələbəsi və məğlub duruma düşən Ermənistan tərəfinin beynəlxalq təşkilatlara yalvarışı idi. Əgər Ermənistan tərəfi öz ordusuna güvənirsə, nə üçün davamlı olaraq beynəlxalq təşkilatlara və xarici dövlətlərin rəhbərlərinə döyüşlərin dayandırılması üçün köməklik göstərilməsi barədə çağırış edir? Xalqımız bir daha əmin olsun ki, qeyd-şərtsiz üstünlük bizimdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.

A.Əliyev qeyd edib: "BMT Təhlükəsizlik Şurasının qapalı keçən iclasının yekununda elan olundu ki, Azərbaycan və Ermənistan tərəfləri arasında döyüşlər dayandırılsın, tərəflər sülh prosesinə dəvət edilsin, danışıqlar davam etdirilsin. İlk növbədə, BMT-nin belə bir qərar qəbul etməyə mənəvi haqqı yoxdur.

BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən, bütün üzvlərin beynəlxalq münasibətlərdə həm digər dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı, həm də BMT-nin məqsədlərinə uyğun olmayacaq şəkildə güc tətbiqi ilə qorxutmaları və birbaşa güc tətbiq etmələri qadağan edilir. Yəni, hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır və güc tətbiq etməklə ərazi bütövlüyünün pozulması təcavüz aktı hesab olunur. Ermənistan isə artıq 28 ildir ərazimizi işğal edib və bununla kifayətlənməyərək yeni təxribatlar törədib. Beynəlxalq hüquqda elə normalar var ki, onlar bütün dövlətlər üçün məcburidir. Bu normalar "jus cogens" normalarıdır. Dövlətlərin ərazi bütövlüyü prinsipi bu normalara aiddir və icrası məcburidir.

BMT Nizamnaməsinin 2.7-ci maddəsinə əsasən, onun heç bir müddəası Birləşmiş Millətlər Təşkilatına səlahiyyət vermir ki, hər hansı bir dövlətin əsas etibarilə daxili yurisdiksiyasında olan məsələlərə müdaxilə etsin. Bu gün Azərbaycanın ərazi bütövlüyünü BMT-nin özü də daxil olmaqla bütün dünya tanıyır. Bu halda Azərbaycanın öz yurisdiksiyası daxilində olan ərazisini işğaldan azad etməyə haqqı var. Ermənistan tərəfinin isə Azərbaycanın sərhədləri daxilində nə işi var ki, onlara qarşı da silah işlədilsin.

BMT tərəfindən 28 il əvvəl qəbul olunan, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və erməni işğalçı qüvvələrinin işğal altındakı ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr bu günə qədər yerinə yetirilməyib. BMT öz qətnamələrinin icrasını təmin edə bilmirsə, bu gün Azərbaycan tərəfini sülhə çağıra bilməz, buna mənəvi haqqı yoxdur.

Vəziyyət o yerə çatıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının 75-ci Assambleyasında çıxış edərək Ermənistan tərəfinin 28 ildir faktiki olaraq təcavüzü davam etdirdiyini bildirdi. Təhlükəsizlik Şurasının Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılmasını tələb edən 4 qətnaməsi bu günədək icra edilməyib. Hansı ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri çox qısa müddət ərzində icra edilir.

Bu gün Ermənistan təcavüzkar siyasətini davam etdirməklə yanaşı, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş bütün normalarını kobud şəkildə pozaraq Livandan və digər ölkələrdən Dağlıq Qarabağa insanları köçürür. Bu isə 1949-cu il Cenevrə Konvensiyasına ziddir. Həmin Konvensiyanın tələblərinə görə, döyüşlərdə muzdlular iştirak edə bilməz. Lakin Ermənistan tərəfinin yaydığı videolardan da görünür ki, döyüşlərdə iştirak etmək üçün Suriyadan və digər ölkələrdən muzdlular gətirilir. Ermənistan tərəfi döyüşlər zamanı mülki əhaliyə və obyektlərə, xüsusilə heç bir halda silah işlədilməsinə icazə verilməyən xəstəxanalara, təcili tibbi yardım maşınlarına atəş açır.

Sentyabrın 29-da baş tutmuş debatda Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş nazirini əsaslı arqumentlərlə susduraraq həm diplomatiyada, həm də döyüş meydanında düşməndən qat-qat üstün olduğumuzu bir daha sübut etdi. Prezidentimiz dediyi kimi, biz elə edəcəyik ki, Ermənistan tərəfi bir daha bizim torpaqlarımıza baxmağa belə cürət etməsin.

Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında misli görünməmiş tarix yazır. Xalqımız qələbəmizə inanır və qələbə bizimdir!


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2608   Tarix: 30 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Şagirdi uşaq dünyaya gətirən məktəbin direktoru işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, Dilbə

28 mart
.

Azərbaycanda 14 yaşlı qız sosial şəbəkədə tanış olduğu oğlana görə evdən QAÇDI - FOTO

Evdən qaçan 14 yaşlı Məryəm Xanəliyeva tapılıb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişində məlumat verilib. Aparıcı bildirib ki, Məryəm ifadəsində sosial şəbəkədə tanış olduğu 17 yaşlı Murada görə evdən qaçdığını bildirib

28 mart
.

İcra başçısının qardaşının qətlinə görə tutulan oğula hökm oxundu

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilə

28 mart
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

28 mart
.

13 yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Əməliyyat məbləğini toplaya bilmirik" - FOTO

13 yaşlı Zəhra Hacılı B-hüceyrə kəskin mieloblast leykoz M2 (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir. Bu barədə -a onun atası İlkin Hacıyev məlumat verib. O bildirib ki, qızı iki ildir ki, bu xəstəliklə mübarizə aparır:. "Hazırda qızım Milli Hematoalogiya və Transfuziologiya Mərkəzində müalic

28 mart
.

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar - ARAŞDIRMA + VİDEO

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub. Belə ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar. Bu bizim üçün qeyri-adi və imkansı

28 mart
.

"ABŞ və Aİ-nın məqsədi Ermənistanı Rusiyadan tamamilə qoparmaq, bölgədə ikinci cəbhə açmaqdır" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 5-də Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək konfransı keçiriləcək. Bununla bağlı -a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, aprel ayının 5-ə təyin olunmuş Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfrans, Fransa başda olmaqla, kollektiv Qərbin 44 günlük müharibədə

28 mart
.

DTX rəisi: "Daşaltı əməliyyatında itkin düşən daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq"

"1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunub. Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq". Bun

28 mart
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib

28 mart