Azərbaycandakı dini konfessiyaların rəhbərləri Prezidentə müraciət edib

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Prezidentə müraciət edibAzərbaycandakı dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə məktub ünvanlayıblar.

Sonxeber.az-ın məlumatına görə, mətndə deyilir:

"Möhtərəm cənab Prezident.

Biz, Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərləri təmsil etdiyimiz dini icmalar adından Zati-alinizi – Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanını Azərbaycan Ordusunun işğal olunmuş ərazilərin azad edilməsi yönündə qazandığı zəfərlər münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və bütün həmvətənlərimizə daha böyük qələbələr arzulayırıq.

Möhtərəm cənab Prezident, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq məfkurəsini yaşadan və daha da inkişaf etdirən Zati-alinizin siyasi iradəsi sayəsində biz - müxtəlif dini konfessiyaların ardıcılları Azərbaycanda dini tələbatlarımızı yüksək səviyyədə həyata keçirir, dövlətin diqqət, qayğı və himayəsini üzərimizdə hiss edirik. Zati-alinizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qlobal təşəbbüs və əməli səyləri sayəsində Azərbaycan milli-mənəvi dəyərlərlə yanaşı, multikultural dəyərlərin dünya miqyasında hamisi kimi nüfuz qazanmışdır. Azərbaycanda yaşayan, vətəndaşı olmaqdan qürur duyan müxtəlif dini konfessiyaların dindarları zəfər münasibətilə Sizin xalqa təbrik müraciətinizi, BMT Baş Assambleyasının 75-ci sessiyasında etdiyiniz tarixi çıxışı, həmçinin, "Rossiya-1" telekanalına verdiyiniz dəyərli müsahibəni böyük qürurla qarşıladılar. Vətənimiz Azərbaycanın siyasi, iqtisadi, sosial, humanitar sahələrdə qazandığı nailiyyətlərlə yanaşı, öz ərazi bütövlüyünü bərpa etmək, sərhədlərinin toxunulmazlığını təmin etmək kimi təbii haqqını təqdirlə qarşılayır, dəstəkləyirik.

Möhtərəm cənab Prezident, Uca Yaradanımız qarşısında hər zaman ədalətin, haqqın yanında olmağa mənən məsul olan biz din xadimləri Sizin dövlət rəhbəri olaraq dünyada bəşəri, humanitar təşəbbüslərinizi bəyəndiyimizi və dəstəklədiyimizi hər zaman bildirmişik. Zati-aliləri, Siz dinlər və sivilizasiyalar arasında əməkdaşlıq işinə böyük dəyər verən siyasi xadim, insan həmrəyliyi, dinc yanaşı yaşama, qarşılıqlı anlaşma tərəfdarı olan dövlət liderisiniz. Müstəqil Azərbaycanın suveren hüquqlarının ən ali beynəlxalq müstəvilərdə müdafiəsinə, ölkənin başlıca problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə nail olmaq istiqamətində misilsiz səylərinizə, beynəlxalq hüququn aliliyinə ehtiramınıza hər birimiz şahidik. Lakin Zati-alinizin doğru vurğuladığı kimi, sülhsevər Azərbaycan xalqının səbrinin də hüdudu vardır və Azərbaycan təcavüzkara layiqli cavab verməyə məcbur olmuşdur. İşğal faktını aradan qaldırmaq əvəzinə sülh danışıqlarının üzərindən xətt çəkərək Azərbaycan sərhədlərində ardıcıl təxribatlar törədən Ermənistan tərəfi Azərbaycan dövlətini öz haqqını savaş meydanında müdafiə etməyə vadar etdi.

Zati-aliləri, Azərbaycan dini-mənəvi irsə qayğı ilə yanaşan, milli və ümumbəşəri dəyərləri himayə edən, dini məbədləri dövlət səviyyəsində təmir, inşa və bərpa edən dövlət kimi tanınır. Biz - dini konfessiya rəhbərləri bu qayğının bilavasitə şahidləriyik. Paytaxt Bakının mərkəzində erməni kilsəsini bərpa edib qoruyan Azərbaycanın əməlləri qarşılığında ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində dini-tarixi abidələrə, müqəddəs məkanlara qarşı həyata keçirilən vandalizm aktları bizi din xadimləri olaraq hədsiz narahat edir. Qədim Qarabağ torpağında İslam dininə məxsus ibadətgahlar, qəbiristanlıqlar məqsədyönlü şəkildə dağıdılır, təhqir olunur. Ümumislam əhəmiyyətli abidələrlə yanaşı, xristian və yəhudi məbədlərinə və müqəddəs yerlərinə qarşı da tarixi saxtalaşdırma, mənşəyini dəyişdirmə həyata keçirilir. Qədim alban, pravoslav kilsələrinin qriqoryanlaşdırılması istiqamətində iş aparılır. Ümumbəşəri irsə belə münasibət qəbulolunmazdır.

Zati-aliləri, ədalətin bərpası yönündə Sizin atdığınız bütün zəruri addımları dəstəkləyən biz dini konfessiya rəhbərləri bəyan edirik ki, 20 Yanvar hadisələrində, Qarabağ müharibəsində ölkədəki xristianlar, yəhudilər, digər millət və din mənsubları Azərbaycan xalqı ilə bir cərgədə, mübarizə meydanında çiyin-çiyinə olmuşlar. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Milli Qəhrəman Mübarizlərlə bərabər Aqarunovlar, Yakovlevlər, Polovinkolar, Senyuşkinlər kimi yəhudi, rus, ukraynalı və digər millətləri təmsil edən qəhrəman Vətən oğulları ilə fəxr edirik. Bu gün də Vətən torpaqlarının müdafiəsində milli, dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar Ali Baş Komandanın yanındadırlar. Vətənin müdafiəsi yolunda şəhid olan bütün övladlarımıza Uca Allahdan rəhmət, yaralılara şəfa diləyirik.

Möhtərəm cənab Prezident, dünya ictimaiyyətinin əksəriyyəti Azərbaycanın haqq yolunda olduğunun fərqindədir və dövlət olaraq öz torpaqlarını azad etmək iradəsini müdafiə edir. Dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinə, üzvləri olduğumuz Qafqaz Xalqları Ali Dini Şurasının ünvanına bu günlər dünyanın müxtəlif ölkələrindən dəstək zəngləri, həmrəylik məktubları daxil olmaqdadır. Diyanət İşləri başqanı Əli Erbaş başda olmaqla qardaş Türkiyənin onlarla şəhər və vilayətindən, İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Turkman başda olmaqla Tehran, Təbriz və Ərdəbilin nüfuzlu din xadimlərindən, Rusiyadan, xüsusilə, Şimali Qafqazın müftilərindən, Özbəkistan, Gürcüstan, Pakistan, Əfqanıstan, Əlcəzair, Macarıstan, Bosniya-Herseqovina, Seneqal və digər dövlətlərdən, KAİCİİD Beynəlxalq Dinlərarası Dialoq Mərkəzindən, İƏT yanında İRSİCA təşkilatından, Avropa-Türk Müsəlman Birliyindən gələn zəng və məktublarda Azərbaycanın haqq yolunda olduğu vurğulanır, Azərbaycan Prezidentinin qətiyyət və əzminə dəstək, erməni işğalçıların riyakar və haqsız davranışları sərt şəkildə qınanır.

Zati-aliləri, Azərbaycan haqlı tərəfdir və deməli, Haqq bizimlədir. Biz – ölkəmizdəki dini konfessiyaların rəhbərləri Bir Olan Yaradanımızdan Azərbaycanın haqq işinin qələbəsinə rəvac verməsini diləyir, dünyanın müxtəlif ölkələrində yaşayan, milli, dini mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq Azərbaycanda doğulub boya-başa çatmış bütün həmvətənlərimizi həmrəyliyə, Azərbaycan Prezidentinin, Ali Baş Komandanın ətrafında daha sıx birləşməyə çağırırıq.

Uca Yaradan Azərbaycanı hifz etsin, haqlı mübarizəsində qalib qərar versin! Uca Yaradan dünyamızda haqqın, ədalətin təntənəsinə rəvac versin! Amin!

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri

Aleksandr
Bakı və Azərbaycan Arxiyepiskopu

Milix Yevdayev
Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri

Aleksandr Şarovski
Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri

Robert Mobili
Alban-udi icmasının rəhbəri"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3665   Tarix: 30 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

19 aprel
.

"Kömək elə" sözünü eşitdik, getdk, gördük keçiniblər" - Qətlə yetirilən ər və arvadın qonşusu - VİDEO

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə, kömək elə" səsi eşitdik. Gördük ki, keçiniblər". Bu sözləri Baku TV-ə qətlə yetirilən ər və arvadın qonşuları deyib. Qonşuların verdiy

19 aprel
.

Türkiyədə güclü zəlzələ baş verdi (YENİLƏNİB)

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudalı zəlzələ baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Qeyd olunub ki, zəlzələ yerli vaxtla 18:11-də, 5,99 km dərinlikdə qeydə alınıb. 22:15. Zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib. "Report"

19 aprel
.

"Xəzər TV"nin məşhur verilişi bağlanacaq

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə -ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. "Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayını

19 aprel
.

Növbəti "Əhməd" olayı: 24 yaşlı oğul ailə üzvlərini öldürdü

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib. Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 200-ci il təvəllüdl

19 aprel
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18 aprel
.

Azərbaycanda bu qadınlar pensiyaya daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19 aprel
.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel
.

Çoxuşaqlı ailələrə ayrıca müavinət TƏYİN EDİLSİN - TƏKLİF

Dünya praktikasında 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilir. Bu baxımdan Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir. Artıq məsələ Milli Məclisdə müzakirə olunur və yekun qərarın təsdiqlənməsi gözlənilir. Azərbaycanda kütləvi şəkildə boşanmaların olması, o cümlədən ailələri

19 aprel