"Düşmənin itkiləri qat-qat çoxdur" - DEPUTAT

"Düşmənin itkiləri qat-qat çoxdur" - DEPUTATSon günlər Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlər xalqımızın qələbə əzmini daha da möhkəmləndirib.

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum həmlə əməliyyatları nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunub.

Bu barədə Sonxeber.az-a millət vəkili Cavid Osmanov açıqlama verib:

"27 Sentyabr sübh saatlarından Ermənistan tərəfinin növbəti genişmiqyaslı təxribatlarının qarşısı Azərbaycan ordusunun hərbi qulluqçuları tərəfindən alınıb və əks-hücum həmlələri nəticəsində bir sıra yaşayış məntəqələrimiz və strateji hündürlüklər düşmən işğalından azad edilib.

Müdafiə Nazirliyinin keçirdiyi brifinqlərdən və yaydığı videolardan hər birimiz əmin oluruq ki, Azərbaycan ordusu Ermənistanın işğalçı qüvvələrinə çox güclü zərbələr endirir. Düşmənin itkiləri qat-qat çoxdur. Həm canlı qüvvə, həm də hərbi silah-sursat, anbar və hərbi texnika baxımından çoxdur.

Azərbaycan ordusu uğurla irəliləyərək işğal altında olan torpaqlarımızı azad etməyə davam edir. Belə bir məqamda bir çox dünya dövlətləri bəyanatlarla çıxış edib tərəfləri danışıqlar prosesinə dəvət edirlər. Azərbaycan hər zaman bütün beynəlxalq normalara və qanunlara riayət edib, ATƏT-in Minsk qrupunun uzun müddət apardığı danışıqlar prosesinə sadiq olub. Lakin Azərbaycan öz haqlı istəyinə danışıqlar prosesində nail ola bilməyib. Çünki danışıqlar prosesini hər zaman erməni tərəfi müxtəlif cəhdlərlə pozub. Danışıqlar prosesində irəliləyişlər olduğu zaman Ermənistan rəsmiləri hər hansı bir təxribat xarakterli bəyənatlarla çıxış edib və ya cəbhə xəttində təxribatlar törədiblər. Belə olduğu halda danışıqlar prosesi dayanıb.

Azərbaycanın başqa dövlətlərin torpağında gözü yoxdur və heç bir dövlətin ərazisində hərbi əməliyyat aparmır. Azərbaycan haqlı olaraq öz ərazi bütövlüyünü bərpa etmək istəyir.
30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızı azad etmək üçün döyüşlər aparılır. Bu gün artıq Azərbaycan ordusu irəliləməkdə davam edir".

Aysel Səmədli


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3879   Tarix: 01 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021