Etnik təmizləmə aparanlardan gülünc iddia: cəbhədə uduzan ermənilər ölkəmizdə milli ədavət yaratmağa cəhd edirlər

Etnik təmizləmə aparanlardan gülünc iddia: cəbhədə uduzan ermənilər ölkəmizdə milli ədavət yaratmağa cəhd edirlərSentyabrın 27-də Ermənistanın ölkəmizə növbəti hücumu ilə başlayan və hələ də davam edən döyüşlərdə ağır itkilərə məruz qalan işğalçı dövlət indi də başqa bir yola əl atır: Azərbaycanda yaşayan milli azlıqlar arasında süni olaraq ədavət yaratmaq niyyətindədir.

Dezinformasiya və yalan emal edən erməni təbliğat maşını gündəmə "yeni mövzu" atıb: Azərbaycan Ordusunun itkilərinin əksəriyyətini guya ölkəmizdə yaşayan milli azlıqlar təşkil edir.

"MediaPost"un verdiyi xəbərə görə, qondarma, cinayətkar rejimin başçısının mətbuat katibi Vaqram Poqosyan Azərbaycan Ordusunun itkilərinin əksəriyyətini ölkəmizdə yaşayan milli azlıqların təşkil etməsi ilə bağlı iddialarını bu gün keçirilən brifinqdə səsləndirib. Deyib ki, bu "əhəmiyyətli" məlumatı onların kəşfiyyat xidməti verib. Poqosyan bunun qəsdən edildiyini deməkdən də çəkinməyib.

Azərbaycanda milli ədavəti qızışdırmaq, xalqlar arasında nifrət hissi yaratmaq ermənilərin ən böyük arzularından biridir. Özü etnik təmizləmə həyata keçirdiyinə görə hazırda dünyanın ən monoetnik ölkəsi sayılan Ermənistan "milli mənsubiyyət" amilini yenə gündəmə gətirir. Gülməlidir, deyilmi?

Hamımıza məlumdur ki, ermənilər hər zaman bu mövzuya əl atıblar. Bununla biz hələ 90-cı illərdə rastlaşmışdıq. O vaxt, Dağlıq Qarabağ uğrunda ağır döyüşlər getdiyi ərəfədə hiyləgər ermənilər milli zəmində ədavəti qızışdırmaq istəyirdilər. Nəticəsiz qalan səylərini otuz ildir davam etdirirlər. Hazırda gedən müharibədə uğursuzluğa düçar olan düşmən "mübarizəsini" informasiya məkanında davam etdirir ki, bəlkə nəyəsə nail ola.

Qeyd edək ki, bu kimi mövzular Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılır. "MediaPost" olaraq, qarşı tərəfin diqqətinə çatdırmaq istəyirik ki, hazırda gedən döyüşlər nəinki çoxmillətli Azərbaycanda yaşayan həmvətənlərimizi, bütün dünya azərbaycanlılarını və türkdilli xalqları birləşdirib.

Bizdən erməni xalqına məsləhət: "öz gözündə tir görməyən başqasının gözündə çöp axtarır" məsəlini eşitmiş olarsınız. Azərbaycanda sülh içində yaşayanların arasını vurmağa cəhd etməklə sadəcə, vaxt itirirsiniz.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4480   Tarix: 01 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı

Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı. Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin sabiq rəisi, tibb xidməti polkovniki Pərviz Vəliyevə yeni vəzifə verilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Pərviz Vəliyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Əməyi

29 mart
.

Bu foto və videoları media subyektinə təqdim edənlər cərimələnəcək

İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto və ya video çəkiliş, yaxud səsyazma materiallarını media subyektinə təqdim edənlər cərimələnəcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksin

29 mart
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

29 mart
.

Şimşək, yağış, 25° isti - Sabahın havası

Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəy

29 mart
.

Yalnız "qadınlardan" ibarət olan "troll fabriki"ni nazirliklə nəsə bağlayır? – Fotofaktlar

27 mart 2024-cü il tarixində saytında "Region ölkələrində insanlar neçə il pensiya ala bilirlər? – Azərbaycan sonuncudur" sərlövhəli yazı dərc olunub. Yazı eyni gündə saytın "Facebook" sosial şəbəkəsindəki eyniadlı hesabında da paylaşılıb. Yazı sosial şəbəkə hesabında paylaşıldıqda

29 mart
.

Alimentin minimum məbləği 345 manata qaldırıla bilərmi? - AÇIQLAMA

Azərbaycanda alimentin minimum məbləği 235 manat təşkil edir. Alimentin məbləği minimum əməkhaqqına (345 manat) qaldırıla bilərmi?. Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu -a açıqlama verib. O bildirib ki, alimentin minimum məbləği artırılması o qədər də məsləhət deyil:. "Azərbaycanda alimenti

29 mart
.

Yaxın 2 gündə hava tozlu olacaq

Bu gün günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova "Qafqazinfo"ya bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır. Peyk görüntülərinə əsasən

29 mart
.

Bu halda ipotekaya xitam veriləcək

İpoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İpoteka haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliə ipotekaya xitam verilən hallar genişlənir. Qey

29 mart
.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

29 mart