Maksim Medvedev: "Qələbəni əsgərlərimizə, Azərbaycan xalqına həs edirik"

Maksim Medvedev: "Qələbəni əsgərlərimizə, Azərbaycan xalqına həs edirik""Həqiqətən çox emosional ağırlıq altında idik. Çünki oyuna gedəndə necə böyük məsuliyyət daşıdığımızı başa düşürdük. Bu isə istər-istəməz bizə psixoloji baxımdan təzyiq idi".

Sonxeber.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın kapitanı Maksim Medvedev UEFA Avropa Liqasının pley-off mərhələsində Polşada "Legiya"ya 3:0 hesabı ilə qalib gələrək qrup mərhələsinə vəsiqə qazandıqları oyundan sonra Heydər Əliyev Aeroportunda jurnalistlərin suallarını cavablandırarkən deyib.

31 yaşlı müdafiəçi matçdan öncə istənilən senariyə hazır olduqlarını bildirib: "Baş məşqçimiz bizə daim cəbhədə olan vəziyyətdən danışırdı, durumu izah edirdi. Çalışırdıq ki, legionerlərimizə də bunu çatdıraq. Başa düşsünlər ki, bu oyun Azərbaycan üçün nə dərəcədə vacibdir. Sevinirəm ki, buna nail olduq, qələbə qazandıq. Həmin qələbəni əsgərlərimizə, Azərbaycan xalqına həs edirik. Fikirləşirəm ki, növbəti qələbələrimizi də ancaq əsgərlərimizə hədiyyə etməliyik".

Təcrübəli oyunçu Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sinə qarşı dünənki oyunu göstərə bilməmələrinin səbəbini açıqlayıb: "Bu komanda ilə oyunun statistikasına baxsaq, doğrudan da rəqibi hərtərəfli üstələmişdik. Sadəcə, qol imkanlarından yararlana bilmədik. Allah böyükdür. Norveçlilərin pley-offda görüşdüyü "Ferentsvaroş"la matçda bizim üçün hansı nəticə ola biləcəyini bilməzdik. Qismət belə imiş ki, "Molde"yə penaltilər seriyasında uduzaq. Azərbaycanın bugünkü hərbi vəziyyətində Polşada Qarabağın adını bir daha Avropaya eşitdirmək bizə qismət oldu.

Medvedev cəbhə xəttində baş verənlərin komandaya təsirindən də söz açıb: "Bildiyiniz kimi, komandamızda çoxlu legioner var. Onlar bəlkə də bizim üçün ciddi olan söhbəti bilmirlər. Özüm şəxsən 2 gün yatmadım, hər gün səhər saat 07:00-da SMS-lər gəlirdi, xəbərləri açıb baxırdım. Qara Qarayev nə vaxt görüşürdüksə, mövzumuz yalnız cəbhədə olan vəziyyət idi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1494   Tarix: 02 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Qalatasaray" İkardinin alternativini Fransada tapıb

Argentinalı ulduz Mauro İkardini əvəzləyə biləcək hücumçu axtarışlarını davam etdirən "Qalatasaray" Fransa bazarına üz tutub. Məlumata görə, "CimBom" "Liqa 2"də forma geyinən Zan Vipotniklə maraqlanır. Qeyd edək ki, klub hazırda ehtiyat hücumçu kimi komandada çıxış edə

19 aprel
.

Makqreqor qayıdır: Kiminlə və nə vaxt döyüşəcək?

İrlandiyalı Konor Makqreqor iyunun 30-a keçən gecə Las-Veqasda "Ultimate Fighting Championship" (UFC) turnirində amerikalı Maykl Çandlerlə döyüşəcək. Bu barədə UFC prezidenti Dana Uayt məlumat verib. Döyüş "UFC 303" turniri çərçivəsində baş tutacaq. Qeyd edək ki, Makqreqorun 35 yaş

15 aprel
.

Kaxaber Tsxadadze: "Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm"

"Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram"

14 aprel
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14 aprel
.

Futbolçu formasını 50 avroya satdı - Video

İspaniya 3-cü Liqasında mübarizə aparan "Malaqa"lı Dani Lorenzo öz formasını 50 avroya azarkeşlərə satıb. "Qafqazinfo" xəbər verir ki, çempionat matçından sonra azarkeş 21 yaşlı Dani Lorenzodan formasını istəyib. Futbolçu isə forması qarşılığında 50 avro tələb edib. Tərəfdar 50 avr

16 aprel
.

Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ

Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarını

14 aprel
.

Millinin hücumçusunun küçədə sümüklərini sındırdılar

Avstriya yığmasının gənc hücumçusu Muharem Huskoviç paytaxt Vyana şəhərinin mərkəzində hücuma məruz qalıb. Futbolçu bankomatın yanında vurulub və oradan dərhal yaxınlıqdakı xəstəxanaya aparılıb.  xarici mediaya istinadla bildirir ki, Vyananın mərkəzində avstriyalı futbolçu Muharem Huskoviç döyülüb. Hadis

11 aprel
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21 aprel
.

Musa Qurbanlının Messi ilə illər öncəki fotosu maraqla qarşılandı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlının illər əvvəl argentinalı ulduz Lionel Messi ilə çəkdirdiyi şəkil sosial şəbəkələrdə paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, millimizin üzvünün bu fotosu maraqla qarşılanıb. Qeyd edək ki, Musa Qurbanlı hazırda İsveçi

18 aprel