Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi qaydası təsdiq edildi

Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi qaydası təsdiq edildiNazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli qərarı ilə "Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası" təsdiq edilib.

Bu sənəd ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, habelə maliyyələşdirmənin həyata keçirilməsi üzrə müsabiqələrin təşkili və keçirilməsi qaydasını müəyyən edir.

Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar layihələrin maliyyələşdirilməsi "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Qaydaya uyğun olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçiriləcək.

Layihələrin maliyyələşdirilməsi Agentlik tərəfindən keçirilən müsabiqələr yolu ilə müəyyən ediləcək. Müsabiqələr təhsil, elm, tədqiqat və dəstək layihələri üzrə aparılacaq.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (KOB subyektlərinə) aid olan istənilən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müsabiqədə iştirak etmək hüququna malikdir.

Müsabiqənin keçirilməsi barədə elan və onun nəticələri haqqında məlumatlar mütəmadi olaraq KOBİA-nın www.smb.gov.az rəsmi internet saytında yerləşdiriləcək, o cümlədən bu barədə kütləvi informasiya vasitələri ilə ictimaiyyət məlumatlandırılacaq.

Müsabiqəyə təqdim olunmuş layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

Hər bir layihə üzrə maliyyələşdirmə məbləğinin dəyəri 20 min manatadək müəyyən edilib.

Layihələrin müsabiqə yolu ilə seçilməsi KOBİA tərəfindən şəffaflıq, bərabərlik, səmərəlilik və nəticəlilik meyarlarının üstünlüyü prinsiplərinə riayət olunmaqla həyata keçiriləcək.

Bu Qaydaya uyğun olaraq, KOB-ların inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ölkəmizdə KOB-ların inkişafına müsbət təsir göstərməklə, bu sahədə yeni mexanizmlərin və innovativ layihələrin həyata keçirilməsi, startap layihələrinin dəstəklənməsi, KOB-ların təlim, seminar, məsləhət, informasiya, beynəlxalq mübadilə proqramlarında iştirakı, bilik və bacarıqlarının artırılması, KOB sahəsində elmi biliklərin tətbiqi, sahibkarların fəaliyyətinə, iş proseslərinə təsir edən ixtira, faydalı model, texnoloji yenilik və sənaye nümunələrinin elmi cəhətdən öyrənilməsi və araşdırılması, bu istiqamətdə təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olacaqdır.

Qayda ilə daha ətraflı https://bit.ly/30LhYN9 keçidinə daxil olmaqla tanış olmaq olar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1914   Tarix: 03 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Şokoladın qiyməti dəyişəcək? - VİDEO

Şokolad qiymətlərində kəskin artım gözlənilir. Çünki şokoladın əsas inqrediyenti olan kakaonun dünya bazarlarında dəyəri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dollar həddini keçərək rekorda imza atıb. İqtisadçı Eldəniz Əmirov bildirib ki, kakaonun qiymətinin dünya bazarlarında artması təbii şokoladları

29 mart
.

Zeytun yağı niyə BAHALAŞIB?

Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,5

8 mart
.

Azərbaycanda ezamiyyə xərclərinin məbləği artırıldı

"Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normas

5 aprel
.

Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - İDDİA + RƏSMİ CAVAB

Vətəndaşlar ölkədə fəaliyyət göstərən "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər. Ölkə.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. . Belə ki, videogörüntülərdə "İST Petrol" yanacaqdoldurm

11 aprel
.

Məcburi köçkünlər üçün tikilən binalardakı mənzillərin satış QİYMƏTLƏRİ

Ötən ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlayn formada satışı həyata keçirilən mənzillər paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonunu

27 fevral
.

Cahangir Əsgərovun həyat yoldaşına yeni vəzifə verildi

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva yeni vəzifə verilib. Bu barədə İqtisadiyyat.az məlumat yayıb. Bildirilib ki, o, "Caspian Energy Club"ın İdarə Heyətinin yeni tərkibində yer alıb

6 mart
.

İnvestorların DİQQƏTİNƏ: Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? - AÇIQLAMA

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir. Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? . Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, Türkiyədən gələn heç bir məhsul ucuzlaşmayacaq:. "Azərbaycanla Türkiyə arasınd

23 aprel
.

İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. Qaynarinfo xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib. Təchizatçının kimliyinə gəlincə, bu, "Aut

19 mart
.

Bu məhsullar bahalaşıb

2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,9 faiz, qeyri-qida məhsulları üzrə 101,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,2 faiz təşkil edib. Bu barədə -a Dövlət Statistik

9 aprel