Gəncə terroru: 9 nəfər həlak olub, 34 nəfər yaralanıb, 100-dən çox binaya ziyan dəyib - VİDEO
Ermənistan tərəfi elan olunmuş humanitar atəşkəs rejimini pozaraq yenə dinc əhali hədəf aldı.
Sonxeber.az Xezerxeber.az-a istinadən xəbər verir ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.
Düşmənin silahlı qüvvələri dünən gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını raket atəşinə tutub.
Gəncədən olan millət vəkili Naqif Həmzəyev bildirib ki, işğalçı Ermənistanın silahlı qüvvələri Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alıb.
Dağıntılar nəticəsində 9 nəfər həlak olub, 16 qadın və 6 azyaşlı olmaqla, 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlar xəsarət alsalar da, bildirirlər ki, doğma şəhərlərini tərk etməyəcəklər.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dərhal əraziyə cəlb olunmuş müvafiq qüvvələr tərəfindən dağıntılar altından xəsarət almış 17 nəfər yaralı şəkildə və 9 nəfərin isə cəsədi çıxarılıb. Axtarış-xilasetmə işləri yekunlaşdırılıb.
Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Müharibə Baxılıb: 4932 Tarix: 11 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşErmənistan silahlı qüvvələri humanitar cinayət törədir - VİDEO
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini, xüsusilə də mülki əhalinin sıx məskunlaşdığı əraziləri atəşə tutması heç bir hərbi taktika ilə bağlı deyil və bu, humanitar cinayətdir. -a istinadən xəbər verir ki, bunu hərbi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldano
11 oktyabr 2020Gəncədə yaralanan uşaq: "Daşın altında qaldım"
Ermənistan silahlı qüvvələrinin bu gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla, 9 nəfər həlak olub. Bununla yanaşı
11 oktyabr 2020Baş Prokurorluq: Düşmən Ağcabədini intensiv atəşə tutub
Ermənistan silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir
11 oktyabr 2020Düşmənin "Kub" zenit-raket kompleksi məhv edilib
Ermənistan ordusuna məxsus "Kub" zenit-raket kompleksi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib. "Report"a istinadən "Kub" zenit-raket kompleksinin məhv edilmə anının görüntüsünü təqdim edir
11 oktyabr 2020Hikmət Hacıyev: "Ermənistan silah-sursatı hədiyyə alır"
"Ermənistan tərəfindən açıq şəkildə, hər hansısa hərbi zərurət olmadan, alçaqcasına Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hücum həyata keçirilib. Onlar bilərəkdən mülki insanların sıx şəraitdə yaşadığı yerə "Toçka-U" raketi ilə zərbə endiriblər. Bu hücum Ermənistan ərazisində
11 oktyabr 2020