İsrailli ekspert: Gəncə şəhərinin atəşə tutulması Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır

İsrailli ekspert: Gəncə şəhərinin atəşə tutulması Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdırAzərbaycan və Ermənistan tərəfindən Moskvada əldə edilmiş razılaşmaya baxmayaraq, Ermənistan atəşkəs rejimini pozmaqla oktyabrın 11-nə keçən gecə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni ballistik raketlərlə atəşə tutub, nəticədə bir yaşayış binası uçub, dinc əhali arasında ölənlər var.

Ermənistan tərəfindən Azərbaycanın Gəncə şəhərinin atəşə tutulması Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Həmin Konvensiyaya görə, dinc əhalinin həyatını təhlükəyə məruz qoyan hər hansı hərbi əməliyyatlar aparmaq və döyüş əməliyyatları zamanı mülki əhaliyə hərbi zərbələr endirmək qadağandır.

Beynəlxalq münasibətlər sahəsində israilli ekspert, İsraildəki "Cəmiyyət üçün beynəlxalq layihələr" adlı qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut bu fikirləri Gəncədə çoxmənzilli evə raket zərbəsi endirilməsi faktı barədə AZƏRTAC-a müsahibəsində söyləyib.

İsrailli ekspert deyib: "Hamımız yaxşı bilirik ki, Ermənistan tərəfi humanitar atəşkəs rejimi müəyyən edilməsi üçün yalvarırdı və Moskvanın vasitəçiliyi ilə belə bir rejim müəyyən edildi. Lakin bu razılaşma qüvvəyə minəndən sonra terrorçu dövlət olan Ermənistan son dərəcə təhlükəli silahlardan, "Toçka-U" operativ-taktiki raket kompleksindən istifadə etməklə qədim Gəncənin əhalisi sıx yaşayan bölgələrini şiddətli raket atəşinə tutub".

Arye Qutun sözlərinə görə, Cenevrə Konvensiyasının qəbul edildiyi və imzalandığı 1949-cu ildən etibarən dünyanın bütün sivil ölkələri mülki əhalini təhlükəyə məruz qoymamaq barədə öhdəlik götürüblər. Arye Qut deyib: "Gecə vaxtı, mülki əhali öz evlərində yatdığı saatlarda onlara qəddar, qeyri-insani və vəhşicəsinə hücum edilməsi terrorizmin qəddar formasından başqa bir şey deyil. Bu əməl dünyanın bütün sivil ölkələri tərəfindən pislənilməli, bu amansız hücumun arxasında dayananların hamısı məhkəməyə cəlb edilməlidir".

İsrailli ekspertin fikrincə, Ermənistanın kriminal rejiminin bütün bu qeyri-insani hərəkətləri bir daha göstərir ki, Azərbaycanın suveren ərazisinin işğaldan yalnız hərbi yolla azad edilməsi strateji əhəmiyyət kəsb edir.

Arye Qut yazır: "Təəccüblü deyil ki, Avropa İttifaqının üzvü olan ölkələr, Avropa Şurasının Parlament Assambleyası, Avropa Şurası və ABŞ Dövlət Departamenti bu ciddi böhranın siyasi və dinc yolla həllində əsla iştirak etmirlər. Yerevanın həyasız və ağlasığmaz geosiyasi davranışı nəzərə alınsa, Avropa gələcəkdə Azərbaycanın iri şəhərlərinin və həssas mülki obyektlərinin terror aktları və raket atəşləri üçün hədəf seçilməsi ilə üzləşəcək. Ermənistan tərəfindən hücumlar nəticəsində Azərbaycanda günahsız insanların qətlə yetirilməsinə beynəlxalq birliyin laqeydliyi şəraitində Ermənistan tərəfindən terror təhlükəsinin qarşısını almağın, Avropada və Qafqazda sülhün və sabitliyin təmin edilməsinin yeganə yolu Azərbaycan silahlı qüvvələrinin erməni işğalına qarşı ardıcıl və sərt tədbirləridir".

İsrailli ekspertin fikrincə, Ermənistan rəhbərliyində, nəhayət, başa düşməlidirlər ki, Azərbaycanla ultimatumlar, təhqirlər və şantaj dilində danışmaq olmaz və bu mümkün deyil.

Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti istər ölkə daxilində, istərsə də xüsusən xaricdə heç kəslə bu tonda ünsiyyəti özünə rəva görməyib.

Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Lakin Paşinyan bizə 7 ultimatum təqdim edəndə, o, azərbaycanlıların hisslərini təhqir edəndə buna görə cəzalandırılmalı idi və biz bunu etdik. Qoy o, Putinə təşəkkür etsin ki, Rusiya növbəti dəfə Ermənistanı xilas etməyə gəldi".

Paşinyanın Azərbaycanla bu cür həyasızcasına və utanmadan danışması az imiş kimi, onun Qarabağdakı nümayəndəsi – terrorçu Araik Arutyunyan bəyan edib ki, Azərbaycanı hücum silahları ilə təchiz edən İsrailin hakimiyyət orqanları Qarabağda "soyqırımı"na görə məsuliyyət daşıyır.

Arutyunyan deyib: "2016-cı il Aprel döyüşləri dövründə İsrailin hakimiyyət orqanları yaxşı bilirdilər ki, oradan Azərbaycana göndərilən silahlardan müdafiə məqsədləri üçün deyil, hücum məqsədləri üçün istifadə edilir. Ona görə bu cür bəyanatlar - insanları məsxərəyə qoymaqdır. Əlbəttə, onlar bunu bilir və silah göndərməkdə davam edirlər. Bu "soyqırımı"na görə İsrailin hakimiyyət orqanları da məsuliyyət daşıyırlar. İsrail rəhbərliyinin bu cür addımları sübut edir ki, dünyada pul qazanmaq xatirinə insani və ilahi dəyərlər ayaqlanır".

Ən gülməli və eyni zamanda faciəli məqam budur ki, görün kim kimi terrorçuluqda və soyqırımında ittiham edir? İkinci Dünya müharibəsi dövründə Krımın, Sevastopolun, Feodosiyanın yəhudi əhalisinin məhv edilməsində iştirak etmiş, Hitlerin real əlaltısı olmuş faşist və antisemit Qaregin Njdeyə dörd il bundan əvvəl Yerevanın mərkəzində 6 metr hündürlüyündə heykəl qoyanlar indi yəhudi xalqını soyqırımında və faşizmdə ittiham edirlər? Qarabağda "soyqırımı"na görə onlar bizi - yəhudiləri təqsirkar adlandırırlar?

Bu insanların vicdanı yoxdur. 1992-ci ilin fevral ayında onlar Xocalı şəhərində soyqırım aktı törətdilər, bir gecədə şəhərin dinc azərbaycanlı əhalisini tamamilə məhv etdilər. O dəhşətli fevral gecəsində Xocalıda qəddarcasına törədilmiş bütün cinayətlər sənədlərdə və videomateriallarda, o vaxt Azərbaycanın bu şəhərində olmuş şahidlərin, xarici jurnalistlərin və ekspertlərin ifadələrində əks olunmuş real hadisələrdir. Xocalı sakinlərinin yeganə "təqsiri" onların azərbaycanlı olması idi.

Ermənistanın keçmiş prezidenti, Xocalıda soyqırımı aktını təşkil etmiş və onun həyata keçirilməsində şəxsən iştirak etmiş Serj Sarkisyan xəcalət belə çəkmədən, 1992-ci ilin dəhşətli fevral gecəsində baş vermiş hadisələr barədə həqiqəti söyləyib.

Beynəlxalq münasibətlər sahəsində israilli ekspert, İsraildəki "Cəmiyyət üçün beynəlxalq layihələr" adlı qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə çoxmənzilli evə raket zərbəsi endirilməsi faktı ilə bağlı şərhinin sonunda deyib: Serj Sarkisyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar britaniyalı jurnalist Tomas de Vaala müsahibəsi jurnalistin "Qara bağ: Ermənistan və Azərbaycan sülh ilə müharibə arasında" adlı kitabına daxil edilib. Xocalı faciəsi barədə sualın cavabında Sarkisyan deyib: "Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, biz onlarla zarafat edirik. Onlar hesab edirdilər ki, erməni xalqı mülki əhaliyə əl qaldıra bilməz. Biz bu stereotipi aradan qaldıra bildik və bu hadisələr baş verdi".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3800   Tarix: 13 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021