Özbəkistan portalları Ermənistanın Gəncəni və Mingəçeviri raket atəşinə tutmasından yazdı

Özbəkistan portalları Ermənistanın Gəncəni və Mingəçeviri raket atəşinə tutmasından yazdıÖzbəkistanın "Interpress.uz", "tnews.uz", "fikr.uz","human.uz", "interfax.uz", "islamonline.uz" portalları Ermənistanın Gəncəni və Mingəçeviri raket atəşinə tutması ilə əlaqədar özbək və rus dillərində materiallar çap edib.

"Interpress.uz" portalı bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev rəsmi "Twitter" səhifəsində yazır ki, Gəncə şəhəri humanitar atəşkəs rejimini pozan Ermənistanın Vardenis rayonundan raket atəşinə tutulub. Bu, hərbi cinayətdir və Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Erməni tərəfinin məqsədi Azərbaycan ərazilərini yenidən işğal etməkdir.

"tnews.uz" portalı Azərbaycan Xarici İşlər Nazirliyinin Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı bəyanatından sitat gətirir: "Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarlığın növbəti bariz nümunəsidir və Ermənistan rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını göstərir".

"islamonline.uz" portalı isə bəyanata istinadla bildirir ki, humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan dərhal sonra Azərbaycanın Ağdam və Tərtər rayonları Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub. Vurğulanır ki, bir neçə saat sonra isə Ermənistan silahlı qüvvələri cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücum cəhdi göstərib.

Portalda Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilir, ermənilərin zaman-zaman təxribatlar törətdiyi diqqətə çatdırılır.

"fikr.uz" və "interfax.uz" saytları yazır ki, humanitar atəşkəsi pozan Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması cəzasız qalmağın nəticəsidir. Belə ki, cəzasız qalmaq Ermənistanı gələcək hərbi cinayətlərə sürükləyir.

Portallar humanitar atəşkəs rejimi ilə bağlı Moskvada imzalanan üçtərəfli sənədin mətnini də çap edib.

"islamonline.uz" portalı bu gün də Rusiyadan Ermənistana silah və sursat daşındığını bildirir. Qeyd olunur ki, "Армения-авиа", "Норд-стар" və "Atlantis Armenian Airlines" aviaşirkətlərinin mülki təyyarələri Ermənistana silah və sursat daşınması kampaniyasında iştirak edirlər.
Özbəkistan portalları Ermənistanın Gəncəni və Mingəçeviri raket atəşinə tutmasından yazdıÖzbəkistan portalları Ermənistanın Gəncəni və Mingəçeviri raket atəşinə tutmasından yazdıÖzbəkistan portalları Ermənistanın Gəncəni və Mingəçeviri raket atəşinə tutmasından yazdı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3616   Tarix: 13 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

""Döyüş Qardaşlığı" təşkilatı bir başa Paşinyana dəstək verir" - Ekspert

Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib. "Hökumə

22 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

"Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

17 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasına başlanılıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə dair görüntülər yayılmışdı

17 aprel