Azərbaycan qazının Avropaya nəqlindən nə qazanacaq? - TƏHLİL

Azərbaycan qazının Avropaya nəqlindən nə qazanacaq? - TƏHLİLMəlumat verdiyimiz kimi, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Təbii Qaz Boru Kəmərinin (TAP) inşaat işləri yekunlaşıb. Bu isə o deməkdir ki, artıq Azərbaycandan Avropaya kommersiya qazının nəqli yaxınlaşır. TAP konsorsiumunun məlumatında da hazırda kommersiya əməliyyatlarının başlanması üçün hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğu, ilin sonunadək "Şahdəniz" yatağından təbii qazın Avropaya nəqlinə başlanılacağı qeyd edilib.Yəni BP, SOCAR, "Snam", "Fluxys", "Enagas", "Axpo" şirkətlərindən ibarət beynəlxalq konsorsium layihəni vaxtında tamamlamaq öhdəliyinə sadiqdir.

Bəs Azərbaycanın və Avropanın TAP kəmərindən qazancı nə olacaq?

Azərbaycan üçün əhəmiyyəti

Azərbaycan qazı yeni bazarlara çıxacaq

Əvvəla, qeyd edilməlidir ki, 3500 km məsafəni əhatə edən Cənub Qaz Dəhlizi layihəsinin Avropa hissəsi olan TAP kəməri Azərbaycandan Avropaya ilk dəfə birbaşa boru kəməri ilə qaz nəql edəcək. Bu Azərbaycan üçün yeni qaz bazarları deməkdir.

2000-ci illərin əvvəllərinədək qaz idxalçısı olan Azərbaycan artıq ixrac bazarlarını genişləndirir. Azərbaycan qazı hazırda Gürcüstan və Türkiyəyə nəql olunur. TAP-ın istismara başlaması ilə Azərbaycan qazının ixrac coğrafiyası genişlənmiş olacaq. Azərbaycan qazı Gürcüstan və Türkiyə bazarı ilə yanaşı, Yunanıstan, Bolqarıstan və İtaliya bazarında da satılacaq.

Azərbaycan qazının Avropaya nəqlindən nə qazanacaq? - TƏHLİLHazırda Gürcüstanın daxili bazarının təbii qaza olan ehtiyacının 97%-dən çoxu Azərbaycanın hesabına təmin olunur. 2007-ci ildən Türkiyə bazarına nəql olunan Azərbaycan qazının illik həcmi 2018-ci ildə istifadəyə verilən TANAP-la nəql olunan həcmlə birlikdə 12,6 mlrd kubmetrə çatdırılacaq.

İldə 1 mlrd. kubmetr "Şahdəniz" qazı Yunanıstana, 1 mlrd kubmetr Bolqarıstana, 8 mlrd. kubmetri isə İtaliyaya ötürüləcək. Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri TAP vasitəsilə nəql olunan Azərbaycan qazı ilə ödəniləcək.

Qaz ixrac həcmləri və gəlirləri artacaq

2017-ci ildə, yəni Cənub Qaz Dəhlizi layihəsinin ilk seqmenti yekunlaşmamış Azərbaycanın qaz ixracının həcmi 8,5 mlrd kubmetr təşkil edib. 2018-ci ilin iyun ayında TANAP-ın istismara verilməsi ilə qaz ixrac həcmi 9,6 mlrd kubmetrə qədər artdı. 2019-cu il ərzində Azərbaycandan xaricə qaz satışında 11,7 milyard kubmetrə qədər artım olub.

TAP-la ildə 10 mlrd kubmetr qaz nəql olunacağını, TANAP-la nəql olunan həcmin artacağını nəzərə alsaq gələcəkdə Azərbaycanın qaz gəlirlərinin ildən-ilə kəskin artacağını qeyd etmək olar. Elə təkcə, bu ilin 8 ayında Azərbaycanın qaz ixracından gəlirləri 20% artıb.

Azərbaycan qazının Avropaya nəqlindən nə qazanacaq? - TƏHLİLCənub Qaz Dəhlizinin ilkin mərhələsi ilə tam nəzərdə tutulan həcm nəql olunduqda Azərbaycanın qaz ixrac həcmi 2017-ci ildəki 8,5 mlrd kubmetrdən 24,5 mlrd kubmertədək artacaq.

Azərbaycan həm də qaz tranzit ölkəsi ola bilər

Xəzər dənizindən Avropaya qaz nəqli infransturunun inşa olunması, qaz dəhlizinin açılması Azərbaycan üçün gələcəkdə "Şahdəniz"dən başqa, digər yataqlardan da qaz ixracına imkan verməklə yanaşı, digər ölkələrdən də Avropaya Azərbaycan üzərindən qaz nəqlinə imkan yaradacaq. Hazırda gələcək perspektivdə Türkmənistan qazının Avropaya nəqli məsələsi müzakirə olunur. Avropa İttifaqı da Türkmənistana Avropaya qazı Azərbaycan vasitəsi ilə tədarük etməyi təklif edib. Əgər bu, reallaşarsa, Azərbaycan gələcəkdə həm də Avropa və Asiya arasında qaz tranziti mərkəzinə çevrilə bilər.

Avropa üçün əhəmiyyəti

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək

Ümumilikdə, Cənub Qaz Dəhlizi, xüsusilə də onun tərkib hissəsi olan TAP layihəsi iqtisadi əhəmiyyət daşımaqla yanaşı, strateji vacib layihədir. TAP vasitəsilə Avropa bazarına alternativ və yeni mənbədən qaz daxil olacaq. Bu boru kəməri enerji təhlükəsizliyi strateji əhəmiyyət daşıyan qitənin enerji xəritəsini də dəyişəcək. TAP dünyanın ən böyük enerji bazarlarından biri olan Avropanın artan enerji tələbatına töhfə verəcək. Şaxələndirmə, tələbatın ödənilməsi ilə yanaşı, TAP həm də Avropanın dekarbonizasiya strategiyasına dəstək olacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2322   Tarix: 13 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev BƏƏ-nin Maliyyə Nazirliyi ilə imzalanmış memorandumu təsdiqlədi

Prezident İlham Əliyev 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb. Bu barədə xəbər verir. Fərmanl

20 fevral
.

Ölkədə bahalaşan və ucuzlaşan məhsullar - Siyahı

Cari ilin yanvar ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 101,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,7 faiz, qeyri-qida məhsulları üzrə 101,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,2 faiz təşkil edib. Dövlət Statistika Komitəsində

13 fevral
.

Qızıl qiymətinə satılan meyvələr: Bahaçılığın səbəbi nədir? - ARAŞDIRMA + VİDEO

Hər il mart ayında bazarlarda meyvə-tərəvəzin qiyməti əl yandırır. Bəziləri isə sözün həqiqi mənasında qızıl qiymətinə satılır. Mövzu ilə əlaqədar Baku TV-nin əməkdaşı paytaxtdakı bazarlardan birində olub. Satıcıların sözlərinə görə, istehsalçılar vəziyyətdən istifadə edərək alçanı istədikləri qiymət

14 mart
.

Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - İDDİA + RƏSMİ CAVAB

Vətəndaşlar ölkədə fəaliyyət göstərən "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər. Ölkə.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. . Belə ki, videogörüntülərdə "İST Petrol" yanacaqdoldurm

11 aprel
.

Azərbaycanda dəmir yolları ilə yükdaşıma azalıb, sərnişindaşıma isə artıb

Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 1,4 milyon ton yük, 622,6 min sərnişin daşınıb. Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 7 % az və 30,1 % çoxdur. Ötən ay orta hesabla sutkada 326 vaqon yüklənib, 366 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şima

17 fevral
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

28 mart
.

Azərbaycan süd və qaymaq idxalını 16 % artırıb

Bu ilin yanvar ayında Azərbaycan 1 074 ton süd və qaymaq idxal edib. Bu həcmdə süd və qaymağın dəyəri 1 milyon 650 min manat olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 149 ton (16,1 %) çoxdur, dəyər baxımından isə 576 min ABŞ dolları (25,8 %) azdır. Ötən ay süd və qaymaq idxalın

17 fevral
.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart
.

Bu məhsullar bahalaşıb

2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,9 faiz, qeyri-qida məhsulları üzrə 101,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,2 faiz təşkil edib. Bu barədə -a Dövlət Statistik

9 aprel