Niderland mətbuatı ermənilərin Gəncəyə raket hücumundan yazdı

Niderland mətbuatı ermənilərin Gəncəyə raket hücumundan yazdıOktyabrın 11-də Ermənistan hərbi qüvvələri tərəfindən Gəncə şəhərinə raket atılması və nəticədə 9 mülki şəxsin həlak olması, eləcə də 35 şəxsin, o cümlədən azyaşlıların yaralanması ilə bağlı Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi tərəfindən Niderland Xarici İşlər Nazirliyinə, parlamentə, siyasi partiyalara, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlara, insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərə, KİV-lərə və Azərbaycan icmasına məlumat verilib.

AZƏRTAC-a bu barədə Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda, səfirliyin internet səhifəsində və sosial şəbəkələrdə bu barədə məlumatlar yerləşdirilib.

Nəticə olaraq, ölkənin artıq bir sıra KİV-lərində Gəncədə baş vermiş erməni terroru haqqında məlumatlar yayımlanıb. "RTL Nieuws" televiziya kanalının rəsmi səhifəsində "Ermənistan və Azərbaycan arasında, nəhayət, atəşkəsin əldə edildiyi, lakin Ermənistan tərəfindən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə raketin atılması nəticəsində atəşkəsin qısa müddətdə pozulduğu", eləcə də Ermənistan tərəfindən bunun inkar edildiyi bildirilib.

Ölkənin nüfuzlu "Teleqraf", o cümlədən "Trouw" və "Reformatische Dagblad" qəzetlərində dərc edilmiş "Ermənistan tərəfindən atılan raket atəşi nəticəsində Azərbaycanda ölənlər var" məqalələrdə Ermənistan tərəfindən atılmış raket nəticəsində baş vermiş dağıntıların şəkli yerləşdirilib, eyni zamanda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatına istinad edilib və hadisə nəticəsində zərər görmüş insanların arasında uşaqların da olduğu qeyd edilib.

"NRC" qəzetində yerləşdirilmiş məlumatda Gəncənin münaqişə zonasından uzaq olduğu vurğulanıb və baş vermiş bu hadisənin münaqişədə yeni gərginliyə səbəb olacağı göstərilib.
Niderland mətbuatı ermənilərin Gəncəyə raket hücumundan yazdıNiderland mətbuatı ermənilərin Gəncəyə raket hücumundan yazdıNiderland mətbuatı ermənilərin Gəncəyə raket hücumundan yazdı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3269   Tarix: 14 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Vladimir Putini təbrik edib

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev Vladimir Putini prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkənin inkişaf

18 mart
.

Paşinyan: "Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb"

Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. O bildirib ki, bu prinsiplər 2022-c

27 mart
.

Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı

Martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

18 mart
.

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir:. "Möhtərəm Mehriban xanım,. Min illərdir ortaq adət-ənənəmiz olan, ümid, yenilənmə və həmrəylik bayramı Novruz münasibətil

22 mart
.

Prezident İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada törədilmiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. "Report" xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: "Crocus City Hall" konsert zalınd

23 mart
.

Zaxarova: "Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir"

"Aİ-nin Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir və bu, regionda gərginliyi artırır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. "Ermənistan ərazisindən Avropa İttifaqının missiyası ölkəmizə, İrana

20 mart
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27 mart
.

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb - FOTO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xankəndidə erməni əsilli sakinlərlə görüşüb, həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib. Bu barədə -a Ombudsman Aparatından məlumat verilib. Qeyd edilib ki, Ombudsman Səbinə Əliyeva Xankəndi şəhərində erməni əsilli sakinlərlə görüşüb

28 mart
.

Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN

Avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsü və ondan istifadənin hüquqi əsasları yaradılıb. APA xəbər verir ki, bu, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Avtomobil yolları haqqında" qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Nazirlər Kabinetini

28 mart