"Anam da həkimin əlində dünyasını dəyişdi, həkimi tutdurmalıydım?"

"Anam da həkimin əlində dünyasını dəyişdi, həkimi tutdurmalıydım?"81 yaşlı cərrah Cəfər Quliyev ətrafında ittihamlar səngimək bilmir. 1981-ci il təvəllüdlü xəstə Lumu Veyisovanın ölümünə həkimin səbəbkar olması söylənilir.
Sonxeber.az məlumat verir ki, Milli Məclisin deputatı Aqil Abbas Modern.az-a açıqlamasında həkim barəsində səslənən ittihamlara münasibət bildirib.

"Həm sosial şəbəkələrdə, həm də saytlarda Cəfər həkim haqqında nə gəldi yazırlar. Başa düşürəm ki, cavan insan ölüb. Lap yaşlı insan olsun. Həyat itkisidir. O ailənin halına yanıram. Acısını anlayıram. Allah ölənə rəhmət eləsin! Sadəcə, başqa məsələyə toxunmaq istəyirəm. Həkim barəsində önyarğıya başlayıblar. Halbuki, ekspertiza sübut edə bilər ki, xəstənin həyatını itirməsinə səbəb Cəfər həkimdir, yoxsa, xəstə həyatını itirmək üzrə imiş?!. Xəstəni həkimə çatdıranda elə vəziyyətdə imiş. Cəfər həkim başda olmaqla həkimlər allahın bacısı oğlu deyillər. Həkim əzraillə çarpışır.

Cəfər həkimi insan kimi, ziyalı kimi, vətənpərvər kimi çox yaxşı tanıyıram. Cəfər həkimi Azərbaycanda tanımayan şair, yazıçı, sənət adamı yoxdur. Bütün ömrünü bu işə həsr edib. İndiyə qədər 5000-dən çox insanın həyatını xilas edib. Çox halal insandır. Pulda, malda gözü olmayan həkimdir".

Aqil Abbas həkimin deputat Fərəc Quliyevlə adının hallanmasına sərt münasibət bildirib.

"Bu qədər də önyarğılamaq olmaz axı!. Bir məsələyə də toxunmaq istəyirəm. Deyirlər ki, Cəfər həkim deputatın əmisidir. Kimdir Fərəc Quliyev?! Düzdü, mənim dostumdur. Amma Cəfər həkim həkim olanda Fərəc Quliyev kənddə futbol oynayırdı. Hamı bunu qabardır. Halbuki, Cəfər həkim minlərlə insana həyat verən həkimdir. Hamı müstəntiq olub. Cəfər həkimin çox cavan oğlu rəhmətə gedib. Heç 30 yaşı yox idi. Övlad itirmiş atadır. Xəstəsini itirdiyinə görə onun nələr çəkdiyini bilirəm. Sumqayıtda hörməti olan insandır".

Deputat həkimin yaşının çox olmasına da toxunub.

"Tez-tez yaşının çox olmasını qabardırlar. İnsanlar tələb edir, ona inanırlar. Gedib evindən gətirirlər. Nə olsun 81 yaşı var. İstəsə futbol da oynayar. Həkimin əlində anam dünyasını dəyişib. Onda o həkimi tutdurmalı idim?! Bacımın cavan yoldaşı ölüb. Sadəcə, demək istəyirəm ki, həkimin günahı varsa təslim olacaq. Amma insanların onu təhqir etməsinə lüzum yoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1838   Tarix: 02 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021
.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021
.

Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA

Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar

10 sentyabr 2021
.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021
.

Koronavirusa qarşı kimin immuniteti daha güclüdür?

Çində koronavirusa yoluxmuş 70 min insanın analizləri əsasında araşdırma aparılıb. Məlum olub ki, bu xəstəliyin yalnız 1% -i uşaqlarda və yeniyetmələrdə olur. Ən az risk 0-19 yaş arasıdır. Həkimlər bunu yaşdan asılı olaraq orqanizmin qoruyucu funksiyalarının zəifləməsi ilə əlaqələndirirlər. Uşaqları

8 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə

13 sentyabr 2021