Məşhur "National Geographic" səhifəsi Bakının FOTOsunu PAYLAŞDI

Məşhur "National Geographic" səhifəsi Bakının FOTOsunu PAYLAŞDIAzərbaycanın paytaxtının gözəlliyi bu dəfə də 40 milyon izləyicisi olan məşhur "National Geographic Travel" səhifəsində qeyd olunub.

Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, səhifədə Heydər Əliyev Mərkəzinin Françesko Lastruççi (Francesco Lastrucci) tərəfindən çəkilən fotosu paylaşılaraq bu memarlıq simvolu haqqında məlumat verilib.

Məşhur "National Geographic" səhifəsi Bakının FOTOsunu PAYLAŞDIYazıçı-fotoqraf olan Françesko Lastruççinin əsərləri Şimali Amerika, Avropa və Asiyanın böyük jurnallarında dərc olunur: "New York Times", "The Wall Street Journal", "The Independent on Sunday", "CNN", "L'Express", "Monocle", "Vanity Fair", "Smithsonian", "National Geographic", "GEO" (Fransa), "Geographic" (Böyük Britaniya) və s.

Məşhur "National Geographic" səhifəsi Bakının FOTOsunu PAYLAŞDIÇəkdiyi fotolar, həmçinin, ABŞ, İtaliya, Hollandiya, Böyük Britaniya, Sinqapur, Meksika, Kolumbiya və Hong Kongda sərgilənib.

Məşhur "National Geographic" səhifəsi Bakının FOTOsunu PAYLAŞDIQeyd edək ki, gözəlliyi ilə heyran edən Heydər Əliyev Mərkəzinin memarlıq layihəsini çoxları ilk dəfə görəndə onun yalnız möcüzə nəticəsində gerçəkləşə biləcəyini düşünürdü. Bu qeyri-adi, mürəkkəb quruluşlu binanın inşası hətta nəzəri cəhətdən reallıqdan uzaq sayılırdı.

Mərkəzin 2007-ci ildə inşasına başlanılmış binası 2012-ci il mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə istifadəyə verilib. Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biri hesab olunur. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar, Pritzker memarlıq mükafatının sahibi Zaha Hadiddir. O, dünyanın bir sıra tikinti komplekslərinin arxitektur müəllifi kimi tanınır.

Məşhur "National Geographic" səhifəsi Bakının FOTOsunu PAYLAŞDIMərkəzin binasının layihəsində düz xətlərdən istifadə olunmayıb.
Binanın quruluşu - yerdən dalğavari şəkildə səmaya doğru yüksəlməsi, sonra isə süzülərək yenidən yerə qovuşması təkcə memarlığın postmodern tərzini deyil, eyni zamanda davamlılığı, sonsuzluğu təcəssüm etdirir.

Məşhur "National Geographic" səhifəsi Bakının FOTOsunu PAYLAŞDIBinanın üzərindəki xətlər həm də keçmişlə gələcəyin bir-birinə bağlılığını yaradır.
Mərkəzin binasının daxili və xarici dizaynı arasında həmahənglik və qarşılıqlı əlaqə bu məkanı daxilən də hamıya yaxınlaşdırır. Çünki Mərkəz yaşından, irqindən, dinindən, cinsindən asılı olmayaraq hər kəsi öz ideyaları ətrafında birləşdirməyi qarşıya məqsəd qoyub.

Məşhur "National Geographic" səhifəsi Bakının FOTOsunu PAYLAŞDIBinanın inşası zamanı ümumi uzunluğu 90 km təşkil edən dəmir konstruksiyalardan şəbəkə qurulmuşdur. Sahəsi 40 000 m² olan dam örtüyündə hər biri fərqli ölçüdə və müxtəlif həndəsi fiqur- üçbucaq, düzbucaq, trapesiya, paraleloqram şəklində xüsusi tərkibli 12 027 ədəd paneldən istifadə olunmuşdur.

Məşhur "National Geographic" səhifəsi Bakının FOTOsunu PAYLAŞDI


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2101   Tarix: 13 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

10 il evindən çıxmayan rusiyalı kişini təxliyə etmək üçün unikal əməliyyat - VİDEO

Rusiyada 10 il evindən çıxmayan, 400 kiloqram çəkisi olan kişinin mənzildən çıxarılması ilə bağlı unikal əməliyyat keçirilib. Məlumata görə, 54 yaşlı Maksim ürəyi ağrıdığı üçün təcili yardıma zəng edib. Həkimlər gəlib onu xəstəxanaya yerləşdirmək istəsələr də, xilasedicilərin köməyi olmadan bunu ed

14 aprel
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20 aprel
.

Ən kiçik süni intellekt modeli olan Phi-3 Mini-ni təqdim edildi

Microsoft şirkəti yeni kiçik və yüngül süni intellekt modeli Phi-3 Mini-ni təqdim edib. Yeni modelin xüsusiyyətləri böyük marağa səbəb olub. xarici KİV-ə istinadən xəbər verir ki, daha kiçik ölçüsü ilə Phi-3 Mini, GPT-3.5 kimi böyük dil modelləri ilə eyni tutuma malikdir, lakin daha az resurs sərf edir

24 aprel
.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

24 aprel
.

Qarabaşaq yarmasını bir də bu cür bişirin - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Bəzi insanlar qarabaşaq yarmasını bişirməzdən əvvəl isladır, bəziləri isə qızadır. xarici mətbuata istinadən xəbər verir ki, bunun qarabaşaq yarmasının formasını saxlamasına və dadını maksimum dərəcədə artırmasına kömək etdiyinə inanılır. Bundan əlavə qarabaşaq yarmasını islatdıqdan sonra bir qaşıq limo

20 aprel
.

Bu əşyaları spirtlə təmizləmək olmaz – Diqqətli olun

Spirt paslanmayan poladdan tutmuş istənilən səth üçün güclü təmizləyicidir. Güclü həlledici həm də bərkimiş saqqız, stiker qalıqları və hətta şirə kimi görünməsi mümkün olmayan ləkələrə qarşı ən yaxşı müdafiə vasitələrindən biridir. Belə ki, spirtlə təmizlənə bilən çoxlu şeylər var. Ancaq bu o demə

16 aprel
.

Çəkilmiş ət alarkən aldanmamağın yeganə yolu - VİDEO

Ətin bir kiloqramı 16-18 manat civarında təklif edilir. Çəkilmişinin kiloqramı isə 9-13 manat aralığında satılır. xəbər verir ki, paytaxtdakı bəzi supermarketlərdə çəkilmişi ətin özündən 3-4 manat ucuzdur. Halbuki farş ət sümüksüz və hazır olduğundan adi ətin özündən baha olmalıdır. Sakinlərin bu məsəl

14 aprel
.

Rusiyaya işləmək üçün gedən azərbaycanlıların nəzərinə: Barmaq izi olmasa, telefon işlədə bilməyəcəklər

Rusiya ərazisinə yollanan miqrantlar və əcnəbilər ancaq barmaq izləri ilə SİM-kart ala biləcəklər. "Vedomosti"nin öz mənbələrinə istinadla verdiyi məlumata görə, müvafiq tələblər Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən hazırlanıb. Bildirilir ki, miqrantlar və əcnəbilər Rusiya telekommunikasiy

14 aprel
.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14 aprel