Kolumbiyanın "El Espectador" qəzetində erməni təcavüzünə dair məlumat yayılıb

Kolumbiyanın "El Espectador" qəzetində erməni təcavüzünə dair məlumat yayılıbKolumbiyanın aparıcı mətbu orqanlarından olan "El Espectador" qəzetində səfir Məmməd Talıbovun Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın son təcavüz aktı və hazırkı hərbi əməliyyatlarla bağlı müsahibəsi dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Sonxeber.az-a verilən müsahibədə münaqişənin tarixi haqda məlumat verən səfir ölkəmizin müstəqilliyini bərpa etdikdən dərhal sonra Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını, Dağlıq Qarabağ və 7 ətraf rayon olmaqla Azərbaycanın beynəlxalq qaydada, eləcə də respublikamızın Kolumbiya tərəfindən tanınmış ərazilərinin beşdə birinin Ermənistan tərəfindən işğal edildiyini bildirib.

Səfir münaqişəyə dair BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamənin Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini, ancaq həmin vaxtdan 27 il keçməsinə rəğmən, Ermənistanın davamlı destruktiv mövqeyi səbəbindən münaqişənin həllində cüzi də olsa irəliləyiş əldə olunmadığını qeyd edib.

Sentyabrın 27-dən etibarən Ermənistanın dinc yaşayış məntəqələrini artilleriya atəşinə tutmağa başladığını, hazırkı anadək bu hücumlar nəticəsində arasında azyaşlı uşaqlar da olmaqla, çoxsaylı mülki vətəndaşın həlak olduğu və yaralandığını, habelə son günlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı terror əməli törədərək hərbi əməliyyatlar aparılan ərazidən uzaqda yerləşən Gəncə, Mingəçevir şəhərlərinə ballistik raket zərbələri endirdiyini məlumat verən diplomat Azərbaycan Ordusunun mülki əhalinin təhlükəsizliyini təmin etmək və işğal olunmuş əraziləri azad etmək məqsədilə əks-hücum tədbirləri apardığını bildirib.

Münaqişənin masa ətrafında həllinin mümkünlüyünə dair müxbirin sualına cavab olaraq təmsilçimiz münaqişənin başlıca səbəbinin Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcud olduğunu, hazırda beynəlxalq ictimaiyyətin tərəfləri dialoqa çağırdığını, lakin bu addımın birtərəfli qaydada atıla bilməyəcəyini, münaqişədə təcavüzkar tərəfin Ermənistan olduğunu, hər kəsin təcavüzkarla zərərçəkəni ayırd etməsi gərəkliyini və beynəlxalq ictimaiyyətin BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsi və Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsini tələb etməli olduğunu vurğulayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1103   Tarix: 15 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Ermənistan 30 il ərzində Azərbyacanın böyük bir ərazisini dünyanın ən çirkli mina zonası halına gətirib" - Politoloq

Uzun illərdir işğal altında saxlanılan torpaqlarımızın böyük bir hissəsi ermənilər tərəfindən minalanıb. 2020-ci il noyabrın 10-dan indiyədək yüzlərlə insan mina terroru nəticəsində həlak olub və ya müxtəlif dərəcəli xəsarət alıb. Mina terroru davam etdiyi halda Azərbaycan və Ermənistan arasında sül

5 aprel
.

Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edildi - Sərəncam

Bir sıra məhkəmələrə sədrlər, məhkəmə kollegiyaları sədrləri və birinci instansiya məhkəmələri hakimləri təyin edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, apellyasiya instansiyası məhkəmələri üzrə Toğrul Məhəmməd oğlu Əli Gəncə Apellyasiya Məhkəməsini

8 aprel
.

Qazaxıstan prezidenti: "Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq"

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan İrəvana səfəri ərəfəsində "Armenpress" agentliyinə müsahibəsində deyib.

13 aprel
.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel
.

Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf etdi

Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilib. Məlumatda Ermənistan tərəfinin baş verən hadisədən təəssüfləndiy

12 aprel
.

Yeni hakim təyinatları olub - Siyahı

Bakı, Gəncə, Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Bakı İnzibati Məhkəməsinin hakimlər

5 aprel
.

Paşinyan: "Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiqdir"

"Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiqdir". Ermənistan mətbuatı yazır ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Aİ-ABŞ-Ermənista

5 aprel
.

Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. yeni sədrin dosyesini təqdim edir:. Fərhad Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 199-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyy

16 aprel
.

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görüləcək işlər barədə məluma

16 aprel