Beynəlxalq təşkilatlar Ermənistanın işğal siyasəti ilə bağlı məlumatlandırılıb
Milli Məclisin deputatı Könül Nurullayeva Dağlıq Qarabağ münaqişəsi əstrafında baş verən ən son hadisələr, Ermənistanın işğal siyasəti ilə bağlı bəzi nüfuzlu beynəlxalq təşkilatları məlumatlandırıb. Belə ki, millət vəkili "Sülh və Tolerantlıq üzrə Dünya Konsulluğunun Prezidenti, Cənab Al-Jarvana təşkilatın ilk Azərbaycanlı üzvü kimi rəsmi məktub ünvanlayıb.
"Report" xəbər verir ki, bu barədə K.Nurullayeva özü məlumat verb.
O bildirib ki, dünyada sülhün və tolerantlığın bərqərar olmasına çalışan bu təşkilata Dağlıq Qarabağ həqiqətləri haqqında, erməni təxribatları və humanitar atəşkəs zamanı baş verən müharibə cinayətləri barədə məlumat verilib. Eyni mövzuda məktub Qadın Siyasətçi Liderləri təşkilatının Prezidenti, Xanım Koç-Mehrinə də ünvanlanıb. Sözügedən təşkilatın Azərbaycan üzrə səfiri Könül Nurullayeva Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən ən son hadisələrə, erməni təxribatlarına diqqət çəkib. Münaqişə nəticəsində mülki şəxslərin, eyni zamanda qadınların da ziyan çəkdiyi və həlak olduğu diqqət çatdırılıb.
K.Nurullayevanın eyni zamanda İslam Həmrəylik İdman Federasiyasının İcraçı İdarə Heyətinin üzvü kimi təşkilatın Prezidenti, Şahzadə Əbdüləziz Əl Sauda ünvanladığı məktubda isə bildirilir: "İdman təşkilatlarının siyasət və münaqişədən uzaq olmasına baxmayaraq inanıram ki, bu gün Dağlıq Qarabağ münaqişəsi və haqq səsimiz bütün mümkün platformalarda eşidilməlidir. Bu fonda təşkilatın bizim müraciətimizi qeydə alacağına və Qarabağ həqiqətlərini İslam və idman aləminə çatdıracağına inanıram".
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Siyasət Baxılıb: 1696 Tarix: 15 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşƏli Əsədov gürcüstanlı həmkarına məktub göndərib
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 14-də Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb. Nazirlər Kabinetinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, məktubda Gürcüstanın Baş Naziri sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribat
15 oktyabr 2020Ali Baş Komandan: "Təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub"
"Türkiyənin hərbi iştirakı daha bir feyk xəbərdir. Türkiyənin hərbi iştirakı yoxdur. Biz Türkiyə istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik, bu, doğrudur. Lakin biz Rusiya istehsalı olan hərbi avadanlıqlardan, İsrail istehsalı olan hərbi avadanlıqlardan, digər ölkələrin istehsalı ola
15 oktyabr 2020Kolumbiyanın "El Espectador" qəzetində erməni təcavüzünə dair məlumat yayılıb
Kolumbiyanın aparıcı mətbu orqanlarından olan "El Espectador" qəzetində səfir Məmməd Talıbovun Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın son təcavüz aktı və hazırkı hərbi əməliyyatlarla bağlı müsahibəsi dərc olunub. Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən -a verilən müsahibədə münaqişəni
15 oktyabr 2020Prezident İlham Əliyev "France 24" televiziya kanalına müsahibə verib
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "France 24" televiziya kanalına müsahibə verib. müsahibəni təqdim edir. - Salam, "France 24"ün müsahibə rubrikasına xoş gəlmisiniz. Bu gün biz Azərbaycanın paytaxtı Bakı şəhərindəyik və mən Azərbaycan Prezidenti İlha
15 oktyabr 2020Erməni faşistlərinin hədəf seçdiyi Şükürbəyli kəndindən görüntülər FOTO
Erməni vandalizminə ən çox məruz qalan yaşayış məntəqələrimizdən biri də Füzuli rayonunun Şükürbəyli kəndidir. Azərbaycanın mübariz ordusu qarşısında tab gətirməyən və əldə olunan humanitar atəşkəs rejiminə əməl etməyən erməni hərbçilər hər fürsətdə bu kəndi ağır artileriya və raketlərlə atəşə tutur
14 oktyabr 2020Ərdoğanla Putin Dağlıq Qarabağı müzakirə etdilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Qeyd edilir ki, tərəflər Dağlıq Qarabağda siyasi prosesin fəallaşmasını müzakirə ediblər. Putin Türkiyəni
14 oktyabr 2020