İndoneziya televiziyası: Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Ermənistan işğal etdiyi ərazilərdən çıxmalıdır

İndoneziya televiziyası: Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Ermənistan işğal etdiyi ərazilərdən çıxmalıdırErmənistan ordusunun uzun illərdir işğal altında saxladığı Dağlıq Qarabağ və ona bitişik rayonlar Azərbaycan torpaqlarıdır və Ermənistan bu ərazilərdən çıxmalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İndoneziyanın "TV 1" dövlət televiziya kanalına xüsusi müsahibəsində Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev deyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanmasından bu günə qədərki proseslər haqqında ətraflı məlumat verən səfir Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın və ona bitişik 7 rayonun ötən əsrin 90-cı illərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini xatırladıb. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə baxmayaraq, Ermənistanın həmin sənədlərin tələblərinə məhəl qoymaması nəticəsində bu işğalın artıq 28 ildir ki, davam etdiyini bildirib.

Həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ da daxil olmaqla, işğal etdiyi ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğunu vurğulayan səfir münaqişə zamanı bir milyon azərbaycanlının öz doğma yurdundan zorla çıxarılaraq, məcburi köçkün vəziyyətinə salındığını qeyd edib. Bildirilib ki, bir çox digər beynəlxalq qurumlar BMT Təhlükəsizlik Şurasının həmin qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatının, Avropa İttifaqının bu qətnamələrə uyğun şəkildə, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini beynəlxalq səviyyədə qəbul edilmiş norma və prinsiplər çərçivəsində tanıdığını, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını dəstəklədiklərini deyib. Ermənistan-Azərbaycan münaqişəsinin yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyini söyləyib.

Müsahibədə, həmçinin Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının şərtlərini kobud şəkildə pozaraq, Azərbaycan şəhərlərini artilleriya atəşinə tutduğu, mülki əhalini, xəstəxanaları, məktəbləri, yaşayış yerlərini, ictimai obyektləri hədəfə aldığı haqqında geniş məlumat verilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1413   Tarix: 15 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində səfərdə olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub

9 aprel
.

İlham Əliyev Gəncədə Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub. Bu barədə AZƏRTAC məlumat yayıb

9 aprel
.

Ermənistanın baş naziri Vladimir Putinin andiçmə mərasiminə gedəcəkmi? - VİDEO

"Rusiya ilə münasibətlərində çətin günlərini yaşayan Ermənistan hələ də bir sualın cavabında qərara gələ bilməyib. Sual isə belədir: prezident Vladimir Putinin andiçmə mərasiminə Rusiyaya gedəcək və ya getməyəcəklər. Bu barədə Baku TV-nin "YouTube" kanalının növbəti analitik süjetind

12 aprel
.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib: YENİ TƏYİNAT - FOTO

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. AZƏRTAC xəbər ki, dövlət başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyini

16 aprel
.

Azərbaycan XİN Fransaya xəbərdarlıq edib: Rəsmi Bakı bütün zəruri tədbirləri görəcək

Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib

17 aprel
.

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib. "Report" xəbər verir ki, İcmanın açıqlamasında deyilir:. "Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsin

11 aprel
.

Prezident Qəbələyə gedib

Prezident İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda səfərdə olub. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edib, "Azərişıq" ASC-nin 110/35/10 kV-luq "Hacıalılı" elektrik yarımstansiyasını

9 aprel
.

Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasına başlanılıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə dair görüntülər yayılmışdı

17 aprel
.

Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO

Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar. Trend-in məlumatına görə, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər. Onların "Vaqarşapat rəqsi" adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasınd

16 aprel