Azərbaycan və İran XİN başçıları telefonla danışdı
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.
XİN-dən Sonxeber.az-a verilən məlumata görə, C.Bayramov bölgədəki son vəziyyətlə bağlı iranlı həmkarını məlumatlandırıb.
O qeyd edib ki, Moskva görüşündə əldə edilmiş humanitar atəşkəs razılığına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərinin, dinc əhalinin, mülki infrastrukturların məqsədyönlü şəkildə atəşə tutulması davam etdirilir.
Nazir vurğulayıb ki, Gəncəyə edilmiş raket hücumları da daxil olmaqla, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü hücumlar dinc əhali arasında ciddi itkilərə səbəb olub.
C.Bayramov bu gün səhər Azərbaycanın Tərtər bölgəsinin yenidən Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu və artilleriya atəşi nəticəsində 3 mülki şəxsin həyatını itirdiyini və 5 nəfərin ağır yaralandığını qeyd edib.
Nazir Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayətlərinə görə tam məsuliyyət daşıdığını vurğulayıb.
Məhəmməd Cavad Zərif bölgədə gərginliyin artması və mülki insan tələfatı ilə bağlı ciddi narahatlığını ifadə edib. O, qonşu dövlət İranın bölgədə sülh və sabitliyin təmin olunmasında maraqlı olduğunu və münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Siyasət Baxılıb: 3198 Tarix: 15 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Los Angeles Times" qəzeti Ermənistanın təcavüzkar siyasətindən yazdı
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ermənistanın işğalçılıq siyasəti haqqında yazdığı məqalə oktyabrın 14-də ABŞ-ın nüfuzlu "Los Angeles Times" qəzetində dərc edilib. Məqalədə baş konsul Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, Azərbaycanın tərkib hissəsi olduğun
15 oktyabr 2020Türkiyə və Rusiya XİN başçıları cəbhədəki vəziyyəti müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə "Report"un yerli bürosuna Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan qarşıdurmasında son vəziyyəti müzakir
15 oktyabr 2020Türkiyə parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlir
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək. Bu barədə "Report"un Türkiyə bürosuna Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım məlumat verib
15 oktyabr 2020Aleksandr Litvinenko: Azərbaycan haqlı mövqeyi uğrunda mübarizə aparır
Azərbaycan öz haqlı mövqeyi uğrunda mübarizə aparır. Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bundan sonra da bu mövqeni nümayiş etdirəcək. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ukraynanın Milli Strateji Araşdırmalar İnstitutunun sədri Aleksandr Litvinenko söyləyib. Ukrayna ilə Azərbayca
15 oktyabr 2020Əli Əsədov gürcüstanlı həmkarına məktub göndərib
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 14-də Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb. Nazirlər Kabinetinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, məktubda Gürcüstanın Baş Naziri sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribat
15 oktyabr 2020