Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər? - AÇIQLAMA

Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər? - AÇIQLAMA"Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə, Tərtərə, Bərdəyə, Mingəçevirə, Naftalana və Azərbaycanın mülki əhalinin yaşadığı digər regionlarına atdığı kaset bombaları ilə ballistik raketlər atılması Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII fəslinə ("Sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər") əsasən xüsusi sanksiyalar qəbul edilməsinə zəmin yarada bilər".

Bunu hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov deyib.

Onun sözlərinə görə, bunun üçün beynəlxalq təhlükəsizliyin və sülhün qorunması məqsədilə BMT-nin Təhlükəsizlik Şurasının Cənubi Afrikaya, keçmiş Yuqoslaviyaya, İraqa, Ruandaya, Somaliyə, Syere-Lionaya, Liviyaya və digər ölkələrə qarşı qəbul edilən sanksiyaları qeyd etmək olar:

"Sanksiyalardan danışanda biz daha çox BMT-nin Nizamnaməsinin 39-51-ci maddələrini qeyd etməliyik. Həmin sanksiyalar ölkələrin, hökumətlərin və ya hərbi qüvvələrin beynəlxalq hüquq və humanitar normaları pozmasına, insanlığa qarşı cinayətlərin törədilməsinə (soyqırım) yönələn qərarların verilməsinə görə tətbiq edilir.

BMT-nin Təhlükısizlik Şurası ədalətin bərqərar olması məqsədilə iqtisadi və diplomatik əlaqələrin pozulmasına, dəmiryol və nəqliyyət əlaqələrin dayandırılmasına, xaricdə bank hesablarının dondurulması, beynəlxalq məhkəmənin (tribunal) yaradılması və digər sanksiyaları qəbul edib.

Ümumiyyətlə, Yuqoslaviya, Ruanda və digər tribunallar BMT-nin Təhlükəsizlik Şurasının qərarı ilə yaradılaraq, məhkəmə qərarları verilib. Tribunal – beynəlxalq statusa malik olan müstəqil məhkəmə orqanıdır.

1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin, Laçının, Ağdamın mülki əhalisinə qarşı baktereoloji və zəhərli silahlardan istifadə etməsi faktı ilə bağlı dəfələrlə Azərbaycan hökuməti tərəfindən BMT-nin TŞ-yə müraciət edilib. Bu günlərdə də Gəncənin və digər rayonların mülki əhalisinə qarşı istifadə edilən kaset bombaları və raketlər beynəlxalq humanitar normalar və 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyalarının müəyyənləşdirdiyi əsasları pozur".

"Ermənistan hökumətinin və silahlı qüvvələri idarə edən şəxslərin məsuliyyətə cəlb edilməsi, Ermənistana qarşı iqtisadi və diplomatik məhdudiyyətlərin qəbul edilməsi BMT-nin TŞ-nin gündəliyində baxılması məqsədilə ətraflı hesabatlar hazırlanaraq təqdim edilə bilər.

Eyni zamanda, Avropa Şurasının Ermənistana qarşı siyasi və iqtisadi xarakterli məhdudiyyətlər qəbul etməsi mümkündür.

Hansı məhdudiyyətlərdən söhbət gedir? Nümunə üçün, Ermənistanın Avropa Şurası ölkələri ilə nəqliyyat, rabitə, maliyyə əlaqələrinin pozulması, Ermənistan hökumətinin rəhbərlərinin xarici ölkələrdə olan bank hesablarının dondurulması, Avropa Şurasınının Parlament Assambleyasında iştirakının dayandırılması bu qəbildən ola bilər.

Beynəlxalq təşkilatların Ermənistana qarşı yuxarıda sadalanan qərarların qəbulu üçün Azərbaycan hökuməti tərəfindən artıq vacib dəlillər və faktlar toplanıb. Beynəlxalq hüquq prinsiplərinin, humanitar hüquq normalarının və insan hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası tərəfindən lazımi tədbirlər görülür.

Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətlərə BMT, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən hüquqi qiymət verilməlidir.

Biz əminik, ki yaxın zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa ediləcək və mülki əhaliyə qarşı insanlığa qarşı cinayətlər törədən şəxslər məsuliyyətə cəlb ediləcək. Bunun üçün bütün hüquqi və siyasi əsaslar var", - deyə E.Səfərov qeyd edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1546   Tarix: 16 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb

Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə

19 aprel
.

Növbəti "Əhməd" olayı: 24 yaşlı oğul ailə üzvlərini öldürdü

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib. Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 200-ci il təvəllüdl

19 aprel
.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19 aprel
.

Rusiya sülhməramlıları regionu TƏRK EDİR: ABŞ və qərb hərbi qüvvələri Qarabağda fəaliyyət GÖSTƏRƏCƏK? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Bununla bağlı, yayılan görüntülərdə sülhməramlılara məxsus hərbi texnikaların qatarlarla Rusiya yolunda olduğunu görmək mümkündür. Əgər belə davam edərsə, sülhməramlıların vaxtından əvvə

19 aprel
.

Broyler toyuq neçə kilo olmalıdır? - Artığı təhlükədir

Broylerlər (ətli toyuqların hibridləri) iri cəmdəyə malik olan yumurtlayan toyuqlardan fərqlənir. Bu quşlar ət üçün tez kökəlməklə yetişdirilir. Hibridləri fermada saxlamaq sərfəlidir, çünki düzgün qulluq və qidalanma ilə toyuqlar hər gün davamlı olaraq çəki qazanırlar. Yumurtlayan toyuqlardan daha sürətl

19 aprel
.

Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - Video

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin boş ərazidə futbol oynaması diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, görüntülərdə işçilərin boş ərazini stadiona çevirərək, futbol oynadıqları əks olunub. Həmin görüntünü təqdi

19 aprel
.

"McDonald's"ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

"McDonald's Azərbaycan" şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. Restoran Azadlıq prospekti 100 ("Olympus Nəsimi" yaşayış kompleksinin yanı) ünvanında yerləşir. Azərbaycanda ilk dəfə tətbiq olunan və müasirliyi

19 aprel
.

"Kömək elə" sözünü eşitdik, getdk, gördük keçiniblər" - Qətlə yetirilən ər və arvadın qonşusu - VİDEO

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə, kömək elə" səsi eşitdik. Gördük ki, keçiniblər". Bu sözləri Baku TV-ə qətlə yetirilən ər və arvadın qonşuları deyib. Qonşuların verdiy

19 aprel