Türk dünyası yazarları: Azərbaycana qarşı terrora Yox deyirik!

Türk dünyası yazarları: Azərbaycana qarşı terrora Yox deyirik!Türk dünyası yazarları Ermənistanın Azərbaycana qarşı apardığı terror siyasətinin dayandırılmasına dair bəyanat yayıb.

Bu barədə məlumatı AZƏRTAC-a Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri şair-publisist İntiqam Yaşar verib.

Bəyanatda deyilir: "Bu ilin iyul ayının 13-dən başlayaraq, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozmaqla, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və sərhəd kəndlərini artilleriya qurğuları və minaatanlardan atəşə tutub, bu təxribat nəticəsində Azərbaycan Ordusu şəhidlər verib, yerli sakinlər həlak olub, evləri dağıntıya məruz qalıb. Bundan başqa, otuz ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunu işğal altında saxlayan Ermənistan Azərbaycanın mövqelərinə atəş açmaqla kifayətlənməmiş, müxtəlif vaxtlarda diversiya fəaliyyətləri və atəşkəs rejimini kobud şəkildə pozmaqla mülki əhalini hədəf olaraq seçmişdir. Bütün bunlarla yanaşı, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistanın Azərbaycana qarşı terror siyasətinin nəticəsi olaraq, uşaqlar, qocalar da daxil olmaqla 205 nəfər mülki şəxs yaralanıb, 41 nəfər isə həyatını itirib. Oktyabrın 4-dən başlayaraq Azərbaycanın ikinci böyük şəhəri, dünya ədəbiyyat-mədəniyyət tarixində öz xüsusi yeri olan qədim Gəncə şəhərinə raket hücumları təşkil olunub, 11 mülki şəxs həyatını itirib, 70 nəfərdən çox insan isə yaralanıb. Şəhərdə tarixi əhəmiyyət daşıyan bir çox tikililərə zərər dəyib. İşğalçı ölkənin atəşkəs rejimini pozması və Azərbaycanın dinc əhalisinə, mülki obyektlərinə artilleriya zərbələri endirməsi bu ölkənin işğalçı mahiyyətini və beynəlxalq hüquqa məhəl qoymamasını bir daha göstərmiş olur. İndiyə qədər Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməkdən imtina etməklə beynəlxalq hüquqa açıq şəkildə hörmətsizlik etdiyini isbatlamışdır.

Türk Dünyası yazarları olaraq işğalçı Ermənistanın təcavüzkarlıq siyasətini qətiyyətlə pisləyir, dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, Avropa Parlamenti, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, Birləşmiş Millətlər Təşkilatına səslənərək Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini və Ermənistanın Azərbaycan xalqına qarşı apardığı terror siyasətini bir an öncə dayandırmasının vacibliyini ifadə edirik".

1. Dərya Akdəmir- yazar, "ANKA" başqanı, Türkiyə Cümhuriyyəti

2. Özgür Bacaqsız- yazar, Türkiyə Cümhuriyyəti

3. Mirzohid Müzaffər- şair, Özbəkistan Respublikası

4. Muhammed Siddiq- şair, Özbəkistan Respublikası

5. Erkinbek Serikbay -"Türk xalqları arasında ədəbi əlaqələri inkişaf etdirmə vəqfi" başqanı (Qazaxıstan Respublikası)

6. Akberen Elgezek - Qazaxıstan Yazıçılar Birliyi sədrinin birinci müavini (Qazaxıstan Respublikası)

7. Çalğın Məhəmməd-şair, (Təbriz)

8. Həsən Ümidoğlu-şair, (Təbriz)

9. Kaliça Yaqubova-şair, (Qırğız Respublikası)

10. Çolpan Orozoliyeva-şair, (Qırğız Respublikası)

11. İntiqam Yaşar -Dünya Gənc Türk Yazarlar Birliyi başqanı, (Azərbaycan Respublikası)

12. Əfsanə Ələsgərli -yazar, jurnalist, (Azərbaycan Respublikası)

13. Fanil Gilaji-şair, (Tatarıstan)

14. Ayqız Baymuhammed-yazar,(Başqırdıstan)

15. Alla Böyük-yazar, (Qaqauz eli)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2423   Tarix: 16 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Ermənistanın havadarı olan ölkələr sülh məsələsinin həll olunmamasına çalışırlar" - Politoloq

Ermənistan mətbuatında Nikol Paşinyan bu gün Tavuş marza səfər edəcəyi bildirilib. Ermənistan hökumət səfərin təfərrüatlarını açıqlamayıb. Paşinyanın Azərbaycanla sərhəd olan əraziyə gəlməsinin səbəbi nə ola bilər? Sərhədlərin delimitasiyasına necə təsir göstərə bilər ?. Məsələ ilə bağlı politoloq Tura

18 mart
.

Azərbaycanlı deputat Avronest PA-nın komitə sədri seçildi

Azərbaycan Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinə sədrlik edəcək. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib

20 mart
.

Azərbaycanın təklifi ilə Avronest PA-da "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi məruzədən çıxarılıb

Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə "dondurulmuş Dağlıq Qarabağ münaqişəsi" ifadəsi çıxarılıb. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasını

20 mart
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28 mart
.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:. "Əziz həmvətənlər!. Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc

20 mart
.

Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN

Avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsü və ondan istifadənin hüquqi əsasları yaradılıb. APA xəbər verir ki, bu, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Avtomobil yolları haqqında" qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Nazirlər Kabinetini

28 mart
.

Sarkisyan açıqladı: Ermənilər Qazaxın işğal altındakı kəndlərini tərk edirlər

"Martın 18-də Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşündən sonra Noyemberyanın (Barana -red.) sərhəd zonasının kəndlərində məskunlaşan sakinlər həmin yerləri tərk edirlər". Bu sözləri erməni jurnalist Oskan Sarkisyan deyib. "Voskeparda (Əskipara - red.) məskunlaşan Qarabağdan gəlmi

22 mart
.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart
.

Azərbaycan XİN Rusiyadakı silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib. "Report" xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib. "Moskvada "Krokus siti holl" konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiy

22 mart