Ordumuz düşməni döyüş meydanında məhv edir-AÇIQLAMA

Ordumuz düşməni döyüş meydanında məhv edir-AÇIQLAMABu gün Ermənistan tərəfindən hərbi cinayətə və dövlət səviyyəsində həyata keçirilən terror siyasətinə məruz qalmış Gəncə əhalisi, ümumilikdə bütün xalqımız heç vaxt olmadığı kimi nikbindir, torpaqlarımızın azad olunması uğrunda aparılan hərbi əməliyyatların məntiqi sonluğadək davam etdirilməsini istəyir və tələb edir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Ermənistan ərazisindən Azərbaycanın ikinici şəhəri olan Gəncənin mülki əhalisinin balistik raketlərlə vurulması bir daha onun terrorçu dövlət olduğunu bir daha təsdiqlədi:

"Çox təəssüf ki, 11 oktyabrdakı təxribatdan sonra beyəlxalq təşkilatlar susqunluq nümayiş etdirdi. Baxmayaraq Azərbaycanda olan diplomatik nümayəndəliklərin, səfirliklərin və təşkilatların nümayədələri Gəncəyə gedərək faciə ilə elə yerində tanış olmuşdular.

Amma işğalçıya qarşı heç bir kəskin reaksiyası olmadı. Bunun nəticəsində də Ermənistanın cinayətkar hərbi, siyasi rəhbərliyi vəhşiliklərini davam etdirdirir. Bilirsiniz ki, Gəcədən öncə ermənilər dəfn mərasimi zamanı Tərtər qəbirsanlığını bombaladılar. Bu bir daha sübut edir ki, bu millət xəstədir, terrorçudur, ancaq silah dilini başa düşürlər. Onlarla başqa dildə danışmaq mümkün deyil. Hesab edirəm ki, bizim hüquq mühafizə orqanları bütün baş verən təxribatları sənədləşdiriblər. Zaman gələcək erməni hərbi və siyasi rəhbərliyi bütün törətdikləri cinayətlərin cavabını verəcəkdir".

Deputat vurğulayıb ki, çox böyük məmnuniyyət hissi ilə cənab prezidetimizin xalqa müraciətini dinlədik:

"Füzuli şəhərinin və bir neçə kəndin azad olunması ilə bağlı verdiyi xoş xəbər Azərbaycan xalqının ürəyincə oldu. Cənab prezidentin söylədiyi kimi bizim Ermənistandan fərqimiz ondadır ki, biz sivilləri, mülki əhalini atəşə tutmuruq. Bizim mübarizəmiz sadəcə erməni ordusu ilədir. Biz döyüş meydanında qisasımızı alır, işğal altında olan torpaqlarımızı işğaldan azad edirik. Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmaqla fikirləşir ki, onların bu addımı insanlarımızı panikaya salacaq, nikbinliyini itirib yaşadıqları şəhərlərdən qaçacaqlar. Ancaq qəhrəman Gəncə camaatı birinci dəfə olduğu kimi yenə də mətnliyini saxlayır. 10 milyon Azərbaycan xalqı da onlarladır. Gəncə əhalisi və ümumilikdə bütün Azərbaycan xalqı nikbindir, torpaqlarımızın azad olunması uğrunda aparılan hərbi əməliyyatların sonadək davam etməsini istəyir.

Artıq Ermənistanın qarşısındakı 90-cı illərin əvvəllərindəki Azərbaycan dövləti deyil, bu gün inkişaf etmiş iqtisadiyyata və güclü orduya malik Azərbaycan dövləti var. Biz düşməni döyüş meydanında məhv edəcəyik.Azərbaycan Ermənistandan fərqli olaraq qadınlarla, uşaqlarla və qocalarla vuruşmur. Bu gün Azərbaycan Ermənistanın əsgərlərini və zabitlərini məhv edir. Hesab edirəm ki, böyük qələbə yaxındadır. Mən bütün füzuliləri və Azərbaycan xalqını bu gözəl qələbə münasibəti ilə təbrik edirəm. Şəhidlərimizə və Gəncədə həlak olan soydaşlarımıza Allahdan rəhmət dilləyirəm".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4429   Tarix: 17 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel