Prezidentin köməkçisi dünya mətbuatına Gəncədəki düşmən vəhşiliyindən danışdı

Prezidentin köməkçisi dünya mətbuatına Gəncədəki düşmən vəhşiliyindən danışdıPrezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə və Rusiyada akkreditə olunmuş dünyanın aparıcı xarici KİV nümayəndələrinə (BBC, Nikkei, DPA, Deutsche Welle, Al Arabia, RAI, EFE, Reuters, Financial Times, ANSA, Al Jazeera, NBC, New York Times, NRK və s.) videoformatda mətbuat brifinqi verib.

Sonxeber.az-ın xəbərinə görə, Hikmət Hacıyev humanitar atəşkəsə əməl etməyən Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquqa zidd olan son təxribatları barədə geniş məlumat vermiş və 2020-ci ilin oktyabrın 17-də Gəncə şəhərinin SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketlər ilə hədəfə alındığını diqqətə çatdırıb.

Prezident köməkçisi mülki şəxslərin və infrastrukturun Ermənistan tərəfindən davamlı olaraq bilərəkdən hədəfə alındığını söyləmiş, Gəncədəki son təxribatlar nəticəsində 2-si uşaq olmaqla 13 nəfərin həlak olduğunu, 50-dən çox insanın yaralandığını və 2 uşağın itkin düşdüyünü təəssüflə bildirib.

Ermənistanın Naxçıvanın Ordubad rayonuna da raketlə hücum etdiyini söyləyən H.Hacıyev bununla rəsmi İrəvan tərəfindən müharibənin coğrafiyasının genişləndirilməsi istiqamətdində davamlı cəhdlərin olduğunu xüsusilə vurğulanıb.

Habelə, H.Hacıyev Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquqa ciddi əməl etdiyini və mülki şəxsləri müdafiə etmək üçün legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görmək hüququnu özündə saxladığını söyləuib.

Daha sonra, H.Hacıyev jurnalistlərin suallarını cavablandırıb.


Sonxeber.az Telegramda izləyin
Müharibə   Baxılıb: 1029   Tarix: 17 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

"Bayraktar" PUA-sının yaradıcısı: "Əl boyda körpəyə toxunan qorxaqdır, canavardır"

"Savaşın belə bir əxlaqı var! Tank tanka, təyyarə təyyarəyə, hərbçi hərbçiyə, tüfəng tüfəngə...". . Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bunu "Bayraktar TB2" pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqda

17 oktyabr

Ceyhun Bayramov Gəncə terroru barədə beynəlxalq təşkilatları məlumatlandırıb

Bu ilin 17 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin növbəti dəfə raket atəşinə tutulması dinc əhalinin, mülki infrastrukturun hədəfə alınması ilə bağlı Xarici İşlər naziri Ceyhun Bayramov beynəlxalq təşkilatların rəhbərləri və xaric

17 oktyabr

Dövlət Komitəsi Ermənistanın Gəncə terroru barədə bəyanat yayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təcavüzkar Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutması nəticəsində zərər çəkən və həyatını itirən mülki vətəndaşlarla bağlı bəyanat yayıb.. . Sonxeber.az xəbər veri ki, bəyanatda deyilir:. . Ermənista

17 oktyabr

Gəncə şəhəri terrorizimlə üz-üzədir - VİDEO

"Ermənistanın mülki əhaliyə qarşı vandalizm siyasəti davam edir. İşğalçı ölkə humanitar əsaslarla müəyyən olunan atəşkəs rejiminə məhəl qoymayaraq dinc insanların olduğu yaşayış məntəqələrini atəşə tutur. Erməni vandalizminə son qoyulmalıdır".. . Xezerxeber.az-ın məlumatına görə, bu fikirlər

11 oktyabr

Sənət adamlarından Gəncədəki erməni vəhşiliyinə etiraz - VİDEO

Ön cəbhədə Azərbaycan ordusuna məğlub olan düşmən, arxa cəbhədə dinc sakinləri öldürərək qalib gəlməyə çalılşır. Həmişə olduğu kimi, özünə yaraşan şəkildə, namərdcə!. . Körpəsi, qadını, yaşlısı-dünən gecə bütün Gəncə daha bir erməni vəhşiliyinin əyani şahidi oldu. Bu şəhərdə doğulub-başa çatan, bu gü

11 oktyabr

Maksim Şevçenko: "İlham Əliyev Makrondan faktlar tələb edəndə o, boş-boş danışmağa başlayıb"

"Suriyalı muzdlular Azərbaycanın nəyinə gərək ola bilər axı? Xarici Kəşfiyyat Xidmətinin başçısı Narışkinə sualım var: siz anlamırsınız, yoxsa sizə səhv məlumat verirlər? Yoxsa KTMT üzrə müttəfiq olan ermənilərlə həmrəylik göstərirsiniz? Yoxsa, bəlkə Fransanı elə sevib ki, Makronla həmrəylik nümayi

11 oktyabr

Gəncə terroru: 9 nəfər həlak olub, 34 nəfər yaralanıb, 100-dən çox binaya ziyan dəyib - VİDEO

Ermənistan tərəfi elan olunmuş humanitar atəşkəs rejimini pozaraq yenə dinc əhali hədəf aldı.. . Sonxeber.az Xezerxeber.az-a istinadən xəbər verir ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrin

11 oktyabr

Ermənistan ordusu cəbhəyanı yaşayış məntəqələrini ağır artilleriya atəşinə məruz qoyur - VİDEO

Humanitar atəşkəs elan edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhəyanı yaşayış məntəqələrini ağır artilleriya atəşinə məruz qoyur.. . Sonxeber.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri mülki əhaliyə xeyli zərər vurublar. Ən çox atəşə məruz qalan kəndlər Ağdamın Zəngişal

11 oktyabr

İtalyan senator Ermənistan ordusunun soyqırım və müharibə cinayətlərini pislədi

İtaliya Senatında "İrəli İtaliya" Partiyası siyasi qrupunun sədr müavini, parlamentdə İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının sədr müavini, senator Maria Rizzotti Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəslə bağlı razılığı kobud şəkildə pozması və çoxsaylı mülki şəxslərin həlak olmas

11 oktyabr