Ombudsman Ermənistanın Gəncəyə növbəti raket hücumu barədə bəyanat yaydı

Ombudsman Ermənistanın Gəncəyə növbəti raket hücumu barədə bəyanat yaydıAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistanın 17 oktyabr 2020-ci ildə Azərbaycanın Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutması nəticəsində baş vermiş insan tələfatı və dağıntılarla bağlı bəyanat yayıb.

Ombudsman Aparatından verilən məlumata görə, bəyanatda deyilir:

"İşğalçı Ermənistan Respublikası öz təcavüzkar siyasətini davam etdirərək Azərbaycan Respublikasının mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi olaraq məqsədli şəkildə qəsdən raket atəşinə tutur.

Bununla da BMT-nin Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən, beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də də 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci ildə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozur.

Bir daha təəssüf hissi ilə bəyan edirik ki, sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdə hələ də davam edən Ermənistan Respublikasının silahlı qüvvələri 2020-ci il oktyabrın 17-də gecə saat 01 radələrində cəbhə bölgəsindən 100 km uzaqda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri, qədim tarixə malik olan, əhalinin sıx məskunlaşdığı Gəncənin mərkəzi hissələrini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub.

İlkin məlumatlara görə, üçü azyaşlı olmaqla, 13 nəfər mülki şəxs həlak olub, 52 nəfər yaralanıb, iki uşağın taleyi barədə məlumat yoxdur, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib. Dağıntılar altında qalmış şəxslərin xilas edilməsi işləri isə hələ də davam edir.

Bununla da BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirməyən işğalçı Ermənistan Respublikası törətdiyi hərbi təxribatlarla Azərbaycanın dinc əhalisini hədəfə alaraq növbəti dəfə müharibə cinayəti törədib.

Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı, cəbhə bölgəsindən uzaq məsafədə yerləşən Gəncə şəhərinin və regionun enerji təhlükəsizliyi üçün stateji əhəmiyyətli Mingəçevir şəhərinin, habelə digər yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq qəsdən raket atəşinə atəşinə tutulması monoetnik dövlət olan işğalçı Ermənistanın beynəlxalq hüququn tələblərini tanımadığını, ona saymazyana münasibət göstərdiyini bir daha sübut edir.

Halbuki beynəlxalq humanitar hüquq normaları, xüsusilə də Cenevrə Konvensiyaları hərbi əməliyyatların gedişində kombatantların və mülki şəxslərin, hərbi və mülki obyektlərin aydın şəkildə fərqləndirilməsini əsas prinsip kimi tələb edir.

Xüsusi raket sistemlərindən istifadə etməklə mülki əhalini hədəf seçən işğalçı Ermənistan dövləti insan hüquqları sahəsində beynəlxalq sənədlərin, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarının, xüsusilə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, "Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında" 1954-cü il 14 may tarixli Haaqa Konvensiyasının, Uşaq hüquqları Konvesiyasının, "Beynəlxalq müqavilələr hüququ haqqında" 1969-cu il tarixli Vyana Konvensiyasının müddəalarını kobud şəkildə pozmaqla sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətlərini davam etdirir. Bu cinayətlər nüfuzlu beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən pislənilməli və Ermənistana qarşı beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ciddi tədbirlər görülməlidir.

Buna görə də təcili olaraq nüfuzlu beynəlxalq təşkilatları və dünya dövlətlərini ədalətli mövqe nümayiş etdirməklə susmamağa çağırır, işğalçılıq siyasətini davam etdirən Ermənistan Respublikasından sülh və insanlıq əleyhinə cinayətlər törətməklə Azərbaycan Respublikasının mülki əhalisinin həyat və sağlamlığına, mülkiyyətinə qəsd edilməsinə, beləliklə də insanların hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına səbəb olan müharibə və terror cinayətlərinə son qoymağı və beynəlxalq hüquqi məsuliyyət müəyyən edən imperativ xarakterli qətiyyətli qərarlar qəbul etməyi bir daha tələb edirik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1762   Tarix: 17 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021