İsveç Krallığında erməni terroru əleyhinə aksiya keçirilib

İsveç Krallığında erməni terroru əleyhinə aksiya keçirilibİsveç Krallığının Stokolm şəhərindəki Azərbaycan diasporu işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq Sergelakaden meydanında icazəli aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.az-a verilən məlumata görə, aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin təxribatlarına, Gəncə şəhərinin yenidən raket atəşinə tutmasını və nəticədə mülki vətəndaşların, azyaşlıların, qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər.

Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının və Azərbaycan İsveç Federasiyasının təşəbbüsü ilə keçirilən aksiyada Stokolmda yaşayan və fəaliyyət göstərən soydaşlarımız iştirak ediblər. Aksiyada çıxış edənlər Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulması, Gəncədə onlarla mülki vətəndaşın, o cümlədən günahsız körpələrin həlak olmasından təəssüf hissi keçirdiklərini bildirib, dünya ictimaiyyətini erməni terroruna göz yummamağa və Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə çağırıblar. Aksiya zamanı üzərində Qarabağ həqiqətlərini əks etdirən lövhənin olduğu maşın meydan ətrafında dövrə vurub.

Aksiyada Azərbaycan Respublikasının Dövlət Himni oxunub. İştirakçılar müxtəlif dillərdə "Qarabağ Azərbaycandır!", "Gəncə üçün dua et!", "Erməni terrorçuluğuna son qoyun!", "Mülki insanlar toxunulmazdır!", "Uşaq ölümünə son qoyun!", "Biz terrora yox deyirik", "İşğalçı dövləti dəstəkləməyin!", "Ermənistan - BMT qətnamələrinə əməl et!" "Ermənistana inanma""Ermənistanın işğalına son!" "Ermənistanın təcavüzünə son" "Erməni terroruna son" və s. şüarlar səsləndirib.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1425   Tarix: 17 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər. -a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı jurnalisti

22 aprel
.

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb. "Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb

21 aprel
.

Tribunada şəhər merinin şalvarı aşağı düşdü - VİDEO

Kolumbiyanın Sabanalarq şəhərində merin çıxışı zamanı gülməli hadisə baş verib. xarici mediaya istinadla bildirir ki, bələdiyyə sədri Xose Elias Çams təhsil müəssisəsində ictimaiyyət qarşısında çıxış edərkən şalvarı aşağı düşüb və o, səhnədə alt paltarında qalıb. Vəziyyətin yöndəmsizliyinə baxmayaraq

23 aprel
.

"Şeytanın kometası" Yerə sürətlə yaxınlaşır - Tezliklə hamı onu görə biləcək

Daha çox "şeytanın kometası" kimi tanınan 12P/Pons-Brooks çox tezliklə Günəşə ən yaxın məsafədə olacaq və biz onu adi gözlə görə biləcəyik. xəbər verir ki, bu dövrdə xüsusilə parlaq və gecə səmasında görünəcək. Kometa vulkanı kimi tanınan bu astronomik obyektin diametri təqribən 17 km-dir v

23 aprel
.

Məktəbin ətrafında qadın paltarı geyinmiş kişi dolaşır, sən demə

Türkiyənin Burdur şəhərində olan məktəb ətrafında qadın geyimi ilə gəzənkişi saxlanılıb. xarici mediaya istinadən xəbər verir ki, vətəndaşların şikayətindən sonra polis qruplarını hərəkətə keçirib. Budur valiliyindən verilən açıqlamada saxlanılan şəxsin psixoloji pozuntusu olduğu və xəstəxanada müalic

22 aprel
.

Məktəbə getmək üçün evdən çıxan 15 yaşlı qız iki gün sonra TAPILDI

İki gündür xəbər alınmayan 15 yaşlı qız tapılıb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə 2 gündür axtarılan 15 yaşlı qız polis tərəfindən parkda tapılıb. Əldə edilən məlumata görə, Kırıkkaledə yaşayan 9-cu sinif şagirdi cümə axşamı səhər saatlarında bir müddətdir qaldığı bacısının evində

23 aprel
.

Hind bayramı niyə Ginnesin Rekordlar Kitabına salındı? - Sərvət ilahəsi...

2023-cü ilin 12 noyabr tarixində keçirilən Hindistanın əsas bayramı Divali Ginnesin Rekordlar Kitabına salınıb. -ın xəbərinə görə, həmin gün 2,2 milyondan çox yağ lampası yandırılıb. Bundan əlavə, çıraqlar şəhərin 50-dən çox yerində yandırılıb. Hinduların inancına görə, həmin yerlər tanrı Ramın doğulduğ

22 aprel
.

İsrail "HƏMAS"a qarşı hərbi və siyasi təzyiqləri artırmaq niyyətindədir

İsrail yaxın günlərdə Fələstinin radikal "HƏMAS" hərəkatına qarşı hərbi və siyasi təzyiqləri artırmaq niyyətindədir. "Report" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "Yaxın günlərdə biz HƏMAS-a hərbi və siyasi təzyiqləri artıracağıq, çünki bu, girovlarımız

21 aprel
.

238 rəsmi seçkidə məğlub olub: Ona "Seçki kralı" deyirlər -VİDEO

Hindistanlı K.Padmarajan 238 seçkiyə qatıldığı və hər dəfə məğlub olduğu üçün "Seçkilər kralı" və "Dünyanın ən bədbəxt namizədi" adlandırılıb. -ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, son 30 ildə Hindistanın Tamilnad ştatından olan 65 yaşlı təmirçi K.Padmarajan yüzlərlə seçkid

22 aprel