Hikmət Hacıyev: "Bu günə qədər Ermənistanın hərəkətlərində beynəlxalq hüququn aliliyi təmin olunmayıb"

Hikmət Hacıyev: "Bu günə qədər Ermənistanın hərəkətlərində beynəlxalq hüququn aliliyi təmin olunmayıb"Real faktlar ondan ibarətdir ki, erməni silahlı qüvvələri Ermənistan ərazisində olan hərbi hissələrindən, raket-artilleriya bazalarından Azərbaycanın şəhərlərinə qarşı hücumlar həyata keçirirlər.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələri və hərbi attaşelərə Ermənistanın Gəncəyə raket hücumları ilə bağlı məlumat verərkən bildirib.

O, Gəncədə təşkil etdiyi mətbuat konfransında bunları bildirib:

"Oktyabrın 4-dən etibarən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə hücumlar baş verib, bunların nəticəsində də mülki əhali arasında həlak olanlar və yaralananlar olub. Bir həftə bundan öncə də Gəncə şəhərində əhalinin ən sıx, ən kompakt məskunlaşdığı əraziləri Ermənistan silahlı qüvvələri ən təhlükəli raketlərdən biri olan "Scud" tipli operativ-ballistik raketlərlə atəşə tutmuşdu. Bu azmış kimi onlar növbəti hücumu da bu gün gecəyarısından sonra həyata keçirdi. Bugünkü hücumda raketlərdən ikisi müki əhalinin ən çox yaşadığı əraziyə düşüb və orada ağır fəsadlar törədib. İnsanların şəxsi mülkiyyətinə zərər dəymiş, ən faciəlisi isə odur ki, günahsız mülki insanlar həlak olmuşdur.

Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış stendlərdən də bilinir ki, həmin ərazilər əhalinin ən sıx məskunlaşdığı məntəqələrdir. Burada hər hansı bir hərbi obyekt, hərbi zərurət yoxdur, erməni silahlı qüvvələri hərbi peşəkarlıq prinsiplərindən kənara çıxaraq sırf mülki əhaliyə zərər yetirmək məqsədilə bu hücumları təşkil edib.

Beynəlxalq Humanitar Hüquq əsasında ermənilərin bu əməlləri müharibə cinayəti kimi qiymətləndirilməlidir. Bu, mülki əhaliyə qarşı həyata keçirilən terror siyasətidir. Bu, 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı faciəsindən sonra Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı keçirdiyi soyqırım, kütləvi təmizləmə əməliyyatlarının fərqli məzmunda, başqa formada, yəni raketlər vasitəsilə həyata keçirilməsidir. Biz bunu kəskin şəkildə qınayırıq və beynəlxalq ictimaiyyəti də kəskin şəkildə qınamağa çağırırıq.

Ermənistana qarşı siyasi-diplomatik təzyiqlərin olmaması, onların bu əməllərinin qınanılmaması erməniləri yeni-yeni cinayətlərə sövq edir. Əgər cinayət varsa, cəza da olmalıdır. Təkcə ölkədaxili, insanlararası münasibətlərdə deyil, dövlətlərarası münasibətlərdə də hüququn aliliyi qorunmalıdır. Təssüf hissi ilə qeyd etməliyik ki, bu günə qədər Ermənistanın Azərbaycana qarşı hərəkətlərində beynəlxalq hüququn aliliyi təmin olunmayıb. Bunun da müqabilində Ermənistan bugünkü əməllərini, cinayətlərini törətməkdə davam edir.

Biz bu faktları beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Həqiqəti, faktı hamıya çatdırmaq lazımdır. Hansı ölkə nə kimi reaksiya verəcək, necə qarşılayacaq, hər bir ölkə öz vicdanı ilə qərar verir. Bizim borcumuz isə aidiyyəti üzrə bütün ictimaiyyətin diqqətini bu faktlara cəlb etməkdir. Bunu Ermənistan tərəf də yaxından müşahidə edir, onlar da görürlər ki, törətdikləri cinayətlər cavabsız qalmır. Bu cür səfərlərin təşkil olunması, addımların atılması bizim gələcəkdəki hüquqi bazamızın formalaşdırılmasına təsir edəcək. Bütün faktlar yerində görünür, sənədləşdirilir, qeydə alınır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2478   Tarix: 17 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

""Döyüş Qardaşlığı" təşkilatı bir başa Paşinyana dəstək verir" - Ekspert

Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib. "Hökumə

22 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Rusiya Prezidenti: "Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb"

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib

22 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19 aprel