Xalq torpaqlarımızın geri qaytarılması üçün TARİXİ ŞANSIN yarandığını bilir- RƏY

Xalq torpaqlarımızın geri qaytarılması üçün TARİXİ ŞANSIN yarandığını bilir- RƏYXəbər verdiyimiz kimi bu gün erməni vandalları yenidən Gəncəni raket atəşinə tutublar. Nəticədə ölən və 50-yə yaxın yaralanan azərbaycanlı vətəndaşlar var.

Azərbaycanın ikinci böyük şəhəri və yarım milyona yaxın əhalisi olan Gəncə şəhərinin yenidən raket atəşinə tutulması vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi, əksinə, onu daha da yüksəltdi. Ölkə prezidentinin xalqa müraciəti zamanı Füzuli şəhəri və kəndlərin işğaldan azad olunması xəbərini verməsi isə insanların bu əzmini daha da möhkəmləndirdi.

Mövzu ilə bağlı Sonxeber.az-a politoloq Nəzakət Məmmədova danışıb:

"Prezidentin xalqa 17 oktyabr günü səslənişi elə bir dövrdə baş verdi ki, xalq olaraq bir gözümüz ağlayır, bir gözümüz gülürdü. Gəncənin raket atəşinə tutulması artıq neçənci dəfədir ki, təkrar olunur. Halbuki, bu raketlər dünyada qadağan olunmuş kütləvi qırğın silahlarına aiddir.
ABŞ bütün dünyada onun ləğvinə çalışır. Belə dəhşətli silah növlərinin dinc əhalimizə qarşı istifadəsi beynəlxalq cinayətdir.
Bununla bağlı, BMT, ATƏT, Avropa Şurası, ABŞ Konqresi, KTMT, Beynəlxalq Cinayət məhkəməsinə və s. müraciətlər ünvanlanmalıdır.
Bu hadisələrə hazırda ən düzgün siyasi qiyməti ölkə başçısı verdi. Füzuli rayonunun işğaldan azad olunması xəbəri yaramıza az da olsa, məlhəm oldu.
17 oktyabr Azərbaycan tarixində həm matəm, həm qələbə günü kimi yazıldı. Prezident mövqeyimizdən geri çəkilməyəcəyimizi bir daha bəyan etdi. Azərbaycan xalqı da bu yolda ölkə başçısının yanındadır.

Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Prezident Azərbaycanın haqlı mövqeyini böyük əzmlə müdafiə edir, bir addım da geri çəkilmək fikrində deyil. Bunu o, bugünkü çıxışında da qeyd etdi.
Azərbaycan xalqı yaxşı başa düşür ki, bu, bizim ölüm-qalım savaşıdır, tarixi şans yaranıb ki, torpaqlarımızı işğaldan azad edək, bu problemi gələcək nəsillərə ötürməyək, əks halda hələ dünyaya gəlməmiş Azərbaycan uşaqları, doğulacaq hər bir körpə gələcəkdə şəhid olmaq təhlükəsində olacaqdır. Ona görə də xalqımız bütün gücünü toplayıb Ali Baş komandanın yanında yer alıb.
Xalq qələbəyə inanır. Hər gün İlham Əliyevdən yeni-yeni kəndlərimizin azad olunması xəbərini gözləyir, onun hər atdığı "tvit", hər çıxışı yeni ümidlər yaradır, hamı bir-birinə gözaydınlığı verir. Azərbaycan dilində qaçqın, məcburi köçkün, işğal olunmuş torpaqlarımız kimi ağrılı kəlmələr artıq tarixə qovuşmaq üzrədir.
Bu, çox gözəl tarixi şansdır, inanıram ki, bu proses xalqımız üçün gözəl bir şəkildə, uğurla başa çatdıracaqdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4787   Tarix: 17 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək

Səhər saatlarından etibarən Ermənistan polisi Bağanisdən Voskepara gedən yolu bağlayıb. Yerli sakinlərin sözlərinə görə, əraziyə polisin xüsusi təyinatlı qüvvələri cəlb olunublar. Sakinlər iddia edirlər ki, Ermənistan tərəfi müdafiə mövqelərindən birini təhvil verməyə hazırlaşır

23 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasını

25 aprel