Hərb və diplomatiya meydanında mərdcəsinə döyüşən Azərbaycanı hər iki meydan qələbəyə aparır - ŞƏRH

Hərb və diplomatiya meydanında mərdcəsinə döyüşən Azərbaycanı hər iki meydan qələbəyə aparır - ŞƏRHOktyabrın 10-dan sonra humanitar atəşkəsə riayət etməyən ermənilərin Hadrut, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində istənilən həmlələrinin qarşısı Milli Ordumuz tərəfindən qətiyyətlə alındı və son həftədə də bir sıra yaşayış məntəqələrimiz, o cümlədən Hadrut qəsəbəsi və Füzuli şəhəri işğaldan azad edildi.

Ermənilər bir daha anladılar ki, hər pozduqları atəşkəs bir yeni yaşayış məntəqəmizin, şəhərimizin azad olunması və yüzlərlə erməni əsgərinin, hərbi texnikasının məhv edilməsi deməkdir. Bu səbəbdən erməni tərəfi yenidən ağ bayraqla atəşkəs istədi.

Azərbaycan humanitar atəşkəsə yenə də sadiqdir. Və hazırkı humanitar atəşkəs oktyabrın 10-da Moskvada tərəflər arasında razılaşdırılmış prinsiplər əsasında əldə olunan humanitar atəşkəsin davamıdır.

Azərbaycan tərəfi yenidən humanistliyini nümayiş etdirərək Ermənistan tərəfinə çirkin əməllərindən geri çəkilməyə şans verir.

Azərbaycan Ordusunun torpaqlarımızın azad olunması istiqamətində irəliləməsinə baxmayaraq, Ermənistanı yenidən verdiyi şansdan yararlanmağa və Azərbaycana qarşı işğala son qoymağa çağırır.

Hərb və diplomatiya meydanında mərdcəsinə döyüşən Azərbaycanı hər iki meydan-həm hərb, həm də diplomatiya meydanı qələbəyə aparır. Çünki bizim üçün torpaqlarımızın işğaldan azad olunması, vətəndaşlarımızın təhlükəsiz şəraitdə yaşaması prinsipi dəyişməzdir.

Gəncədə və digər şəhərlərimizdə, eləcə də cəbhəyanı zonalara yaxın ərazilərdə yaşayan mülki əhali mütəmadi atəşə tutulsa da, bu bölgələrdəki insanlar sarsılmamış, əksinə mübarizə əzmləri daha da yüksəlmişdir. İstənilən şərtlərdə vətəndaşlarımız Prezident, Ali Baş komandan İlham Əliyevin hər bir qərarının arxasında mərdcəsinə birləşib və onun taktiki düşünülmüş addımlarını dəstəkləyir.

Hətta humanitar atəşkəs vəziyyəti belə insanlarımızda mübarizə əzmini qırmır, mülkü əhalimizin bir qədər dinc qalmalarını təmin etməklə növbəti mübarizə platformalarında Prezident, Ali Baş komandan ətrafında sıx birləşməyə imkan yaradır.

Bununla Azərbaycan beynəlxalq ictimaiyyətə bir daha sübut edir ki, biz işğala sülh yolu ilə son qoyulmasının tərəfdarıyıq.

Bu gün taktiki gedişlər edən Ali Baş komandanın rəhbərliyi ilə düşmənə qarşı hansı məqamda hansı vasitəyə əl atacağımızı bilirik və bu vasitələrin hamısının qələbə naminə edildiyinə də əminik.

Bu gün bütün Azərbaycan "Qarabağ Azərbaycandır!" şüarı altında Prezident, Ali Baş komandan ətrafında səfərbər olub. Danışıqlar masasında və hərb meydanında bütün addımların "Qarabağ Azərbaycandır!" şüarı naminə atıldığına əmindir.(oxu.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4447   Tarix: 17 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident: "Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram"

"Dördüncü dəfədir ki, mən bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətil

18 mart
.

Bayden Prezident İlham Əliyevi təbrik edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident. Amerika Birləşmiş Ştatlarının xalqı adından Sizə və Azərbaycan xalqına xoş arzularımı yetirir və Novruz bayramınızın dinc

16 mart
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28 mart
.

Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı

Martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

18 mart
.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart
.

"Hesabatına ödənişi əlavə etməyi unudub" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Hacıyev bu barədə "X"də qeyd edib:. "NATO-nun keçmi

27 mart
.

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir:. "Möhtərəm Mehriban xanım,. Min illərdir ortaq adət-ənənəmiz olan, ümid, yenilənmə və həmrəylik bayramı Novruz münasibətil

22 mart
.

Zaxarova: "Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir"

"Aİ-nin Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir və bu, regionda gərginliyi artırır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. "Ermənistan ərazisindən Avropa İttifaqının missiyası ölkəmizə, İrana

20 mart
.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas

16 mart