Meksikanın nüfuzlu televiziya və radio kanallarında Ermənistanın son hərbi təcavüz aktı barədə danışıldı

Meksikanın nüfuzlu televiziya və radio kanallarında Ermənistanın son hərbi təcavüz aktı barədə danışıldıMeksikanın ən çox izlənən televiziya kanallarından olan "TV Milenio" kanalında (11 oktyabr) və "ABC" radiosunun (14 oktyabr) axşam efirində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun Ermənistanın son hərbi təcavüz cəhdi, Azərbaycanın mülki əhalisinə qarşı hücumları və Silahlı Qüvvələrimizin gördüyü tədbirlər barədə müsahibəsi efirə gedib.

Bununla bağlı Azərbaycanın Meksikadakı səfirliyi məlumat yayıb.

Müsahibələrdə münaqişənin tarixindən danışan səfir Dağlıq Qarabağ və yeddi ətraf rayon olmaqla ümumilikdə Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazilərinin 20 faizinin 30 ilə yaxındır Ermənistan tərəfindən işğalda saxlanıldığını, həmin ərazilərdə etnik təmizləmə aparıldığını və 1 milyona yaxın soydaşımızın öz yurdlarından qovulduğunu bildirib.

Səfir münaqişəyə dair BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamənin Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini, ancaq Ermənistan tərəfinin bu günədək həmin sənədlərin tələblərinə məhəl qoymaması ilə yanaşı, xüsusilə də son iki ildə Ermənistanda milliyətçi qüvvələrin iqtidara gəlməsindən sonra başda N.Paşinyan olmaqla bu ölkənin bir sıra rəsmilərinin "Qarabağ Ermənistandır", "yeni müharibələr, yeni ərazilər" kimi aqressiv bəyanatalarla çıxış etməsi, habelə Ermənistan ordusunun ardıcıl təxribat əməlləri törətməsi nəticəsində danışıqlar prosesinin tamamilə pozulduğunu qeyd edib.

Bu dəfə isə 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki infrastruktura qarşı geniş miqyaslı artilleriya və raket hücumları həyata keçirdiyini və bu hücumların mülkü əhali arasında qadınlar və azyaşlı uşaqlar da daxil olmaqla çoxsaylı tələfata səbəb olduğunu, habelə son günlərdə Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Tərtər, Mingəçevir şəhərlərini orta mənzilli ballistik raketlərlə hədəfə aldığını deyən səfir, Azərbaycan ordusunun Ermənistanın təcavüz aktının qarşısını almaq, mülkü əhalinin təhlükəsizliyini təmin etmək və ölkəmizin ərazi bütövlüyün bərpa etmək üçün əks-hücum tədbirlərinə başladığını söyləyib. Təmsilçimiz döyüşlərin getdiyi ərazilərdən uzaqda olan və sıx məskunlaşmış şəhərlərə və onların sakinlərinə qarşı ağır artilleriya və raketlərlə hücum edilməsinin Ermənistanın dövlət səviyyəsində terror siyasəti apardığını, münaqişə bölgəsini genişləndirmək istədiyini və Azərbaycanı təxribata çəkməklə münaqişəyə üçüncü tərəfləri cəlb etməyə çalışdığını söyləyib.

Müxbirin hərbi əməliyyatlara hər iki tərəfdən müxtəlif kənar qrupların da cəlb edilməsi ilə bağlı sualına münasibətdə səfir Azərbaycanın say, hərbi təchizat və hazırlıq etibarilə kifayət qədər güclü orduya malik olduğunu, ordumuzun anti-terrorizm əməliyyatlarında iştirakının daim beynəlxalq koalisiyalar tərəfindən təqdir edildiyini, bu baxımdan heç bir xarici hərbi dəstəyə ehtiyac duymadığını, Ermənistanınsa informasiya cəbhəsində də çirkin əməllərə əl atdığını, hərbi əməliyyatların gedişində Azərbaycana guya hansısa üçüncü tərəfin hərbi yardımı olduğu haqda saxta məlumat yaydığı halda, bütün dünyaya məlum olan 20-ə yaxın terrorçu təşkilata malik bu ölkənin hazırda döyüşlərə Suriya, Livan kimi ölkələrdən, habelə İraqın Süleymaniyə şəhərindən bir sıra radikal terrorçu qruplaşmaları cəlb etdiyinin artıq etibarlı KİV-lərdə öz əksini tapdığını məlumat verib. Eyni zamanda, Ermənistan baş naziri və qondarma rejimin liderinin də vətəndaşlığından asılı olmayaraq bütün dünya ermənilərini işğal olunmuş ərazilərə gəlib Azərbaycana qarşı savaşmağa səslədiyini qeyd edib.

Münaqişənin başlıca səbəbinin şübhəsiz ki, Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu və BMT TŞ-nin müvafiq qətnamələrinə əməl edilməməsi olduğunu bildirən M.Talıbov, bu durumun yalnız regional deyil, eyni zamanda beynəlxalq sülh və təhlükəsizliyə təhdid olduğunu, beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməməsinin xaosa gətirib çıxara biləcəyini deyib.

Sonda BMT TŞ-nin qeyri-daimi üzvü seçilən Meksikanın hər zaman beynəlxalq hüququn keşiyində olduğunu və Azərbaycanın bu mövqeyi yüksək qiymətləndiridiyni bildirən səfir, bu xüsusda regionda davamlı sülhün bərqərar olmasının yeganə formulunun dövlətlərin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi, işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi və məcburi köçkünlərin geri qaytarılması olduğunu, beynəlxalq ictimaiyyətin də Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməyi, mülkü əhaliyə qarşı terror addımlarından əl çəkməyi, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün hüquqlarını bərpa etməyi, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquqdan doğan öhdəliklərinə əməl etməyi tələb etməli olduğunu söyləyib.


Sonxeber.az Telegramda izləyin
Siyasət   Baxılıb: 1501   Tarix: 18 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Hərb və diplomatiya meydanında mərdcəsinə döyüşən Azərbaycanı hər iki meydan qələbəyə aparır - ŞƏRH

Oktyabrın 10-dan sonra humanitar atəşkəsə riayət etməyən ermənilərin Hadrut, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində istənilən həmlələrinin qarşısı Milli Ordumuz tərəfindən qətiyyətlə alındı və son həftədə də bir sıra yaşayış məntəqələrimiz, o cümlədən Hadrut qəsəbəsi və Füzuli şəhəri işğaldan aza

17 oktyabr

Rusiyalı ekspert: Ermənistanı terror təşkilatı idarə edir

"Gəncəyə son raket zərbəsindən sonra, əminliklə deyə bilərik ki, həqiqətən hazırda Ermənistanı terror təşkilatı idarə edir. Yəni Nikol Paşinyanın hakimiyyətini, Paşinyan rejimini yalnız terror təşkilatı kimi xarakterizə etmək olar".. . Bunları "Report"un Rusiya bürosuna rusiyalı eksper

17 oktyabr

Azərbaycan və Ermənistan müvəqqəti humanitar atəşkəsə razılıq verib

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr yerli vaxtla saat 00:00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.. . Bu barədə Sonxeber.az-a Xarici İşlər Nazirliyindən bildirilib.. . Qərar ATƏT-in Minsk Qrupu həmsədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Frans

17 oktyabr

Baş Prokuror: Erməni təxribatları ilə bağlı 20-dən çox cinayət işi başlanıb

Erməni təxribatları ilə bağlı artıq müxtəlif faktlar üzrə 20-dən çox cinayət işi başlanıb.. . Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, bunu diplomatik nümayəndələrin Gəncəyə səfərinə həsr olunan brifinqdə Baş Prokuror Kamran Əliyev deyib.. . K.Əliyev bildirib ki, hazırda lazım olan bütün sübutla

17 oktyabr

Hannover azərbaycanlıları Gəncə terrorunda həlak olanların xatirəsini yad edib-FOTO

Hannover azərbaycanlıları Gəncə terrorunda həlak olanların xatirəsini yad edib.. . Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.az-a verilən məlumata görə, Alman Azərbaycan Dostluq Cəmiyyətininn təşkilatçılığı ilə Almaniyanın Hannover şəhərinin "Kröpcke" meydanında baş tutan anım mərasimind

17 oktyabr

Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyan və Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla Qarabağ məsələsini müzakirə edib.. . Bu barədə "RİA Novosti" Rusiya XİN-ə istinadən məlumat yayıb.. . Telefon danışığı zamanı atəşkəslə bağlı əldə edilmi

17 oktyabr

Gəncədə son olanlar qəbuledilməzdir - Britaniyanın Azərbaycandakı səfiri

Gəncədə son olanlar qəbuledilməzdir. . Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter" hesabındakı paylaşımda deyib.. . O bildirib: "Mülki əhali arasında olan itkilər, xüsusilə Gəncəd

17 oktyabr

Vyanada terrora yox deyildi-FOTO

Avstriyanın Vyana şəhərindəki Azərbaycan diasporu işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq Vyananın Helden Platz meydanında icazəli aksiya keçirib.. . Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.az-a verilən məlumat

17 oktyabr

Türkiyə və Azərbaycanın XİN başçıları ermənilərin hərbi cinayətlərini müzakirə ediblər

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.. . Türkiyə Xarici İşlər Nazirliyindən "Report"un yerli bürosuna verilən məlumata görə, telefon danışığı zamanı XİN başçıları Ermənistanın humanitar atəşkəs ad

17 oktyabr