Hərbi təxribatları Ermənistana daha 20 milyon dollar zərər vurdu - FOTO

Hərbi təxribatları Ermənistana daha 20 milyon dollar zərər vurdu - FOTOBu ilin sentyabr ayının 27-də Ermənistanın Azərbaycana qarşı təcavüzünə cavab olaraq, ordumuzun başladığı əks-hücum hərəkatı Ermənistanın dağ-mədən sənayesinin çöküşünü sürətləndirib. Belə ki, təkcə Azərbaycanla sərhəddə yerləşən "Sotk" qızıl mədəninin tamamilə dayanması ümumilikdə ölkənin dağ-mədən sənayesinin istehsalına əhəmiyyətli təsir göstərəcəyi gözlənilir.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, Ermənistanın mədənçıxarma sənayesi 2019-cu ildə ÜDM-in formalaşmasında 2.8 faizlik paya malik olub. Belə ki, 2019-cu ilə Ermənistanın cəmi ixracı 2,6 milyard ABŞ dolları olub və onun 16 faizini qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanan məmulatların ixracı 415 milyon ABŞ dolları təşkil edib. Qiymətli və az qiymətli metallar və onlardan hazırlanan məmulatlar Ermənistanın ixracının dörddə birindən çoxunu təşkil edir. Bu sənaye Ermənistana valyuta gətirən önəmli sahədir.

Hərbi təxribatları Ermənistana daha 20 milyon dollar zərər vurdu - FOTOErmənistandan qiymətli və az qiymətli metallar və onlardan hazırlanan məmulatların ixracı, milyon ABŞ dolları ilə.

Əlavə olaraq, "Sotk"un Ermənistanın ən böyük qızıl mədəni olduğu vurğulanıb. Bu mədən Azərbaycanla sərhəddə yerləşir. Ermənistan tərəfi "Sotk" mədəni ilə yanaşı həm də qanunsuz olaraq Azərbaycan ərazisindəki Söyüdlü - Zod qızıl mədənini də istismar edir. Murovdağ zirvəsinin azad olunmasından dərhal sonra Ermənistan "Sotk" mədənində işləri dayandırdığını bildirdi. Bununla yanaşı Ermənistanda hərbi səfərbərliyin başlaması və ölkənin digər mədənlərində də işlərin yavaşlamasına səbəb olub. Çünki mədənlərdəki işçi qüvvəsi əsasən kişilərdir və onlar səfərbərlik çərçivəsində orduya cəlb olunurlar.

İlkin hesablamalara görə, savaşın davam etdiyi üç həftə ərzində Ermənistan iqtisadiyyatı təkcə dağ mədən sənayesində yaşanan problemlər səbəbindən təxminən 20 milyon ABŞ dollarından çox zərər edib. Təbii ki, azalma məhz bu sektor üzrə ixracın da azalmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Eyni zamanda, dağ-mədən sənayesində fəaliyyət göstərən şirkətlər ölkənin iri vergi ödəyiciləridirlər və bu sahədə istehsalın geriləməsi Ermənistanın dövlət büdcəsinin gəlirlərinin azalmasına da səbəb olacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 3706   Tarix: 18 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şuşa ətrafındakı bölmələrimizə qarşı təxribat törədildi

Avqustun 14-ü axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı təxribat törədilib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Belə ki, axşa

15 avqust 2021
.

Cəbrayılda daha 1 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarş

28 avqust 2021
.

İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq

İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib. -ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisin

28 avqust 2021
.

Qazimiz Türkiyədən müalicədən qayıtdı - FOTO

Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən qazimiz Alxasov Camal İlqar oğlu Türkiyədən qayıdıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Xatırladaq ki, döyüşçümüz "YAŞAT" Fondunun dəstəyi ilə Türkiyədə reabilitasiya prosesi keçirdi. Qeyd edək ki, Vətən müharibəsind

4 iyul 2021
.

MN: Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə aparılır - FOTO + VİDEO

Azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin şəxsi heyətinin intensiv döyüş hazırlığı səviyyəsi artırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, həmin bölgələrdə, eləcə də yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydaların

1 avqust 2021
.

Ballıqaya faciəsinin şahidi həmin gecənin dəhşətlərindən danışdı - VİDEO

1992-ci il mayın 18-də Azərbaycanın qədim yurd yerlərindən olan Laçın ermənilər tərəfindən işğal edildikdən sonra rayonun maldarlıqla məşğul olan bir qrup sakini heyvandarlıq üçün əlverişli olan Goranboyun Ballıqaya ərazisində müvəqqəti məskunlaşır. Yaxın qohumluq münasibətləri olan altı ailə yeddi çadırd

28 avqust 2021
.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlarda

15 avqust 2021
.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyini

25 iyul 2021
.

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 22-si saat 20:47-dən 22:50-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunu

23 avqust 2021