Düşmən taborunun qərargah rəisi, xeyli canlı qüvvəsi məhv edildi

Düşmən taborunun qərargah rəisi, xeyli canlı qüvvəsi məhv edildiOktyabrın 18-də gün ərzində və oktyabrın 19-a keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib.

Sonxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən tərəfindən bölmələrimizin müdafiə mövqeləri atıcı silahlar, minaatanlar və toplardan atəşə tutulub.
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 "Qrad" YARS, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları və 11 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.
Eyni zamanda məlum olub ki, bir çox istiqamətlərdə döyüş mövqelərini itirən Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında döyüş tapşırığı icra edən taborun komandiri şəxsi heyətlə birlikdə döyüş mövqelərini ataraq geri çəkilib. Alayın müdafiə sahəsində yerləşən 63-cü tank taborunun qərargah rəisi məhv edilib, 1-ci taborun komandiri və onun müavini Gevorq Makaryan isə yaralanıblar.
5-ci dağatıcı alayın müdafiə sahəsindəki taborun şəxsi heyətinin bir qismi məhv edilib, digərləri isə döyüş mövqelərini özbaşına tərk edərək qaçıb. Ölənlər arasında tabor komandirinin müavini mayor Hayk Stepanyan da var. Alayın bölmələrində ərzaq, yanacaq və döyüş sursatlarının çatışmazlığı barədə məlumat əldə edilib.
İşğal olunmuş ərazilərdə döyüş mövqelərindən qaçan hərbi vəzifəlilərin, könüllülərin, həmçinin Ermənistana köç etmək istəyən 55 yaşına qədər kişilərin qarşısını almaq məqsədilə yollarda komendant postları qurulub. Bu məntəqələrdə avtomobillərin yoxlanılması zamanı çoxlu sayda silah-sursat, hərbi geyim və ləvazimat, eləcə də yataq dəstlərinin döyüş bölgəsindən çıxarılaraq Ermənistana daşındığı məlum olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2801   Tarix: 19 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"TikTok"da qeyri-etik davranışlar edən şəxsləri hansı cəza GÖZLƏYİR? - Açıqlama

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. Həmin şəxsləri hansı cəza gözləyir. Məsələ ilə bağlı vəkil Turan Abdullazadə -a açıqlama verib

17 aprel
.

Ünvanlı sosial yardım almağa köməklik adı altnda vətəndaşlar aldadılır - VİDEO

Bəzi hallarda ünvanlı sosial yardım adı altında vətəndaşlara kömək edəcəkləri deyərək onların vəsaitlərini mənimsəməyə çalışırlar. Səbəbi isə həmin vətəndaşların bu istiqamətdə məlumatlılığın az olmasıdır. xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Rəşad Mehdili "Xəzər Xəbər"

18 aprel
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18 aprel
.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17 aprel
.

Reklam Agentliyinin yeni sədri kollektivə təqdim olunub

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin yeni sədri Fərhad Əsgər oğlu Adıgözəlov bu gün kollektivə təqdim olunub. xəbər verir ki, Fərhad Adıgözəlovu kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovati

17 aprel
.

Başlıbel qətliamından 31 il ötür

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür. Ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 31 il ötür. 1993-cü il aprelin ilk günlərində Kəlbəcər rayonunun işğalı zamanı iki minə yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə bilməyib

18 aprel
.

Bakıda DƏHŞƏT: Hamamda qızla oğlanın meyiti tapıldı

Bakıda evdən qızla oğlanın meyiti tapılıb. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb. Həmin ünvanda yerləşən evlərdən birində 37 yaşlı Ə. Ə. və 25-30 yaşlarında hamam otağında aşkarlanıb. Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir. Faktla bağlı araşdırm

18 aprel
.

Məhkəmədən maraqlı QƏRAR: İçkili vəziyyətdə keçmiş sevgilisinin yanına gedə bilməz

Türkiyədə İstanbulda ailə məhkəməsindən maraqlı qərar gəlib. türk mediasına istinadən xəbər verir ki, münasibətlərində problem olan iki sevgili birlikdə spirtli içki qəbul edərkən mübahisə edib. Getmək istəyən qadına hədə-qorxu ediləndə o qızına zəng edib və polislər tərəfindən xilas edilib. Məhkəmədə

17 aprel
.

13 yaşlı qızla münasibətdə olan şəxsə hökm oxundu

Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmuş Hacıqabul rayonunun kəndlərindən birinin sakini, 2002-ci il təvəllüdlü Taleh Mərdanova (ad və soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə 22 yaşlı Taleh Cinayət Məcəlləsini

17 aprel