İspaniyanın "La Razón" qəzeti: "Qarabağ Azərbaycandır"

İspaniyanın "La Razón" qəzeti: "Qarabağ Azərbaycandır"İspaniyada böyük oxuyucu kütləsinə malik "La Razón" qəzetində Azərbaycanın bu ölkədəki səfiri Anar Məhərrəmovun "Qarabağ Azərbaycandır" sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejiminin kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycanın mövqelərini, mülki əhalisini iriçaplı silahlardan, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutmaqla ölkəmizə qarşı növbəti təcavüzə əl atdığı qeyd olunur.

Diqqətə çatdırılır ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə, sənaye şəhəri Mingəçevir, habelə Xızı və Abşeron rayonlarında əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, böyük əhəmiyyətə malik infrastrukturu Ermənistan ərazisindən, habelə işğal edilmiş ərazilərimizdən məqsədyönlü şəkildə raket atəşinə tutulur.

Bildirilir ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində, həmçinin beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirləri həyata keçirir.

Oktyabrın 10-da Moskvada humanitar atəşkəslə bağlı razılaşmanın əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri razılaşmanı kobud şəkildə pozmaqda davam etdiyi diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən ballistik raket hücumuna məruz qalıb. Ermənistanın törətdiyi bu müharibə cinayəti nəticəsində aralarında azyaşlılar da olmaqla, mülki şəxslər qətlə yetirilib, bir sıra soydaşımız ağır bədən xəsarətləri alıb.

"Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılaşmasından sonra da dinc insanları və şəhərləri atəşə tutması barbarlıq və insanlıq əleyhinə cinayətdir. Bu, bir daha onu nümayiş etdirir ki, Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil və Azərbaycana qarşı təcavüz siyasətini davam etdirmək məqsədini güdür", - deyə vurğulanan məqalədə, həmçinin bildirilib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutması ölkənin beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına, o cümlədən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən – Dağlıq Qarabağdan və ətraf yeddi rayondan dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu, adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirir.

Azərbaycan tərəfi Ermənistanın bu təcavüzkar əməllərini qətiyyətlə pisləyərək, beynəlxalq ictimaiyyəti işğalçı Ermənistanı beynəlxalq hüquqa və öhdəliklərinə riayət etməyə məcbur etmək üçün qətiyyətli addımlar atmağa çağırır.

Müəllif bildirir ki, yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3663   Tarix: 19 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19 aprel
.

Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - Video

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin boş ərazidə futbol oynaması diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, görüntülərdə işçilərin boş ərazini stadiona çevirərək, futbol oynadıqları əks olunub. Həmin görüntünü təqdi

19 aprel
.

BDU-nun tələbəsi intihar etdi - FOTO

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksindəki mənzillərdən birində kirayədə qalan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onu

19 aprel
.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel
.

"Kömək elə" sözünü eşitdik, getdk, gördük keçiniblər" - Qətlə yetirilən ər və arvadın qonşusu - VİDEO

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə, kömək elə" səsi eşitdik. Gördük ki, keçiniblər". Bu sözləri Baku TV-ə qətlə yetirilən ər və arvadın qonşuları deyib. Qonşuların verdiy

19 aprel
.

"McDonald's"ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

"McDonald's Azərbaycan" şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. Restoran Azadlıq prospekti 100 ("Olympus Nəsimi" yaşayış kompleksinin yanı) ünvanında yerləşir. Azərbaycanda ilk dəfə tətbiq olunan və müasirliyi

19 aprel
.

"Xəzər TV"nin məşhur verilişi bağlanacaq

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə -ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. "Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayını

19 aprel