Prezident: "Ermənistana silah ötürülməsində erməni mənşəli rusiyalı iri sahibkarların və məşhur silah alverçilərinin əli var"

Prezident: "Ermənistana silah ötürülməsində erməni mənşəli rusiyalı iri sahibkarların və məşhur silah alverçilərinin əli var""Bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlb edilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur. Qarşı tərəfə, erməni tərəfinə gəldikdə isə, biz Rusiya tərəfinə belə bir narahatlığımızı çatdırmışdıq ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir. Bizdə bu barədə məlumatlar var, uçuşların xəritələri var, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə çatdırılıb".

Sonxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə TASS informasiya agentliyinə müsahibəsində bildirib.

Dövlət başçısı deyib: "Əlbəttə, bu, bizim cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Bax, vəziyyət belədir. Zəruri hallarda biz bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır. Biz ICAO-ya rəsmən müraciət etmişik. Azərbaycan Xarici İşlər Nazirliyi ICAO-ya müraciət edib ki, müəyyən şirkətlərin nəqliyyat vasitələri ilə humanitar yüklər və Fövqəladə Hallar Nazirliyinin yükləri adı altında Ermənistana ölümsaçan silahlar çatdırılır, - yeri gəlmişkən bütün bu məlumatlar bizdə də var, mətbuatda da. Həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə, bu cür qaçaqmalçılıq metodlarından istifadə edilir".

Azərbaycan Prezidenti qeyd edib ki, Rusiya tərəfinə bu işlərin qaçaqmalçılıq yolu ilə görüldüyünü güman etdiyimizi bildirmişik. "Ona görə ki, Rusiyanın, həmçinin Fransa və ABŞ-ın da ATƏT-in Minsk qrupunun həmsədri və bitərəfliyi saxlamalı olan ölkə kimi münaqişənin aktiv fazası dövründə erməni tərəfini silahlandırmasına inanmağımız çətindir. Bizdə olan məlumata görə, bu sxemdə erməni mənşəli rusiyalı iri sahibkarların əli var, bu məsələdə beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli var. Bizim Rusiyaya müraciətimiz, o cümlədən bu məsələnin araşdırılmasına yönəlmişdi... Bizim bu cür narahatlığımız var və bizim narahatlığımız faktlara əsaslanır", - deyə dövlətimizin başçısı əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5320   Tarix: 19 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

"Arabnews" qəzeti Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozmağından yazdı

Səudiyyə Ərəbistanı Krallığının ingilis dilində nəşr olunan "Arabnews" qəzetində Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin "Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozur" sərlövhəli məqaləsi dərc edilib.. . AZƏRTAC xəbər verir ki, məqalədə işğalçı Ermənistan silahl

19 oktyabr

Prezident: "Kompromis paketin bir hissəsi olan Laçın dəhlizi ilə bağlı mövqeyimizi bir daha təsdiqləyirik"

Bizim mövqeyimiz həmişə çox konstruktiv olub və həmişə demişik ki, bəli, biz anlayırıq, insanlar arasında əlaqə olmalıdır və Laçın dəhlizi baza prinsiplərinin tərkib hissəsidir. Bununla bərabər, axı baza prinsiplərində yazılıb ki, təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanı

19 oktyabr

Prezident: "Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti danışıqlar prosesinin pozulmasına yönəlib"

"Vəziyyətin hələ də qaynar fazada olması bizim təqsirimiz deyil. Mən dəfələrlə demişəm ki, Azərbaycan nizamlama prinsiplərinə sadiqdir. Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib hazırlanıb. Mən öz açıq çıxışlarım və bu günlərdə mətbuat nümayəndələri ilə əlaqələrim çərçivəsində təsdi

19 oktyabr

İlham Əliyev: "Ermənistan vasitəçilərə və öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi"

"Biz öz tərəfdaşlarımızla əlaqələr çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində biz həmişə həm beynəlxalq hüquqa, həm də münaqişənin dinc yolla həllinə sadiqliyimizə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanı

19 oktyabr

Jan-Lük Reitzer Fransanın Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətini tənqid etdi

"Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazü bötövlüyünün bərpasıdır".. . Bunu "Report"un yerli bürosuna Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Jan-Lük Reitzer bildirib.. . O, Dağlıq Qarabağ münaqişəsində hər zama

19 oktyabr

Ceyhun Bayramov eston həmkarına Ermənistanın atəşkəsi pozması barədə məlumat verib

Xarici İşlər naziri Ceyhun Bayramov və Estoniya Xarici İşlər naziri Urmas Reynsalu arasında telefon danışığı baş tutub.. . Xarici İşlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.. . C.Bayramov estoniyalı həmkarına Ermənistanı

18 oktyabr

Türk Şurasının Baş katibi Ermənistanın Azərbaycan şəhərlərinə hücumlarını pislədi

18 oktyabr 2020-ci il tarixində Xarici işlər naziri Ceyhun Bayramov və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev arasında telefon danışığı baş tutdu.. . Xarici İşlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Baş Katibə bölgədək

18 oktyabr

Ceyhun Bayramov Aİ rəsmisini Ermənistanın təxribatları barədə məlumatlandırıb

Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.. . Xarici İşlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, telefon danışığı zamanı tərəflər bölgədəki son vəziyyət barədə fikir mübadiləs

18 oktyabr

Prezidentə vətəndaş məktubları: Azərbaycan xalqı daim Sizin yanınızdadır

Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, qardaş Türkiyənin və bir sıra digər ölkələrin vətəndaşları Prezident, Ali Baş Komandan İlham Əliyevə məktublar yazmaqda davam edirlər.. . Sonxeber.az Prezidentin saytına istinadən həmin məktubların daha bir neçəsini təqdim edir.. . Rusiyanın Moskv

18 oktyabr