Ceyhun Bayramov Türkiyə parlamentinin sədri ilə görüşüb

Ceyhun Bayramov Türkiyə parlamentinin sədri ilə görüşübOktyabrın 20-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

XİN-dən Sonxeber.az-a verilən məlumata görə, türkiyəli qonaqları səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov dövlətlərimiz arasında əlaqələrin xüsusi önəm daşıdığını və bütün sahələrdə yüksək səviyyəli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib və bu səfərin qarşılıqlı əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirib.

Nazir Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq həyata keçirdiyi cavab əməliyyatları və bu xüsusda qardaş Türkiyənin Azərbaycana verdiyi dəstəyi, o cümlədən türkiyə respublikasının Prezidenti başda olmaqla bütün səviyyələrdə, habelə Böyük Millət Məclisi tərəfindən sərgilənən dəstəyi çox yüksək qiymətləndirdi.

Mustafa Şentop Azərbaycana səfərinin öncədən planlaşırıldığını, lakin baş verən hadisələr fonunda onun xüsusi bir əhəmiyyət kəsb etdiyini söylədi. Türkiyənin dost və qardaş Azərbaycanın hər zaman yanında olduğunu vurğulayan Türkiyə Böyük Millət Məclisinin Sədri, Dağlıq Qarabağ bölgəsinin həm tarixi, həm də hüquqi baxımdan Azərbaycan ərazisi olduğunu söylədi və beləliklə də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyindən çıxış etdiyini səsləndirdi.

Mustafa Şentop Ermənistanın son hücumlarının, xüsusilə də mülki əhalinin məqsədyönlü şəkildə hədəfə alınmasının Ermənistanın sadəcə Azərbaycan üçün deyil, bütün bölgə üçün təhlükə mənbəyi olduğunu vurğuladı. O, Ermənistanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərləri və dinc əhalini atəşə tutmaqla məqsədinin münaqişənin coğrafiyasını genişləndirmək və üçüncü dövlətləri bu münaqişəyə cəlb etmək olduğunu bildirdi. Türkiyənin Ermənistanın bu işğalçı siyasətinə qarşı olduğunu, bölgədə sülh və təhlükəsizliyin təmin olunması mövqeyindən çıxış etdiyi səsləndirən Türkiyə Böyük Millət Məclisinin Sədri, məhz bu səbəbdən də ölkəsinin Azərbaycanın haqlı mövqeyini sonuna qədər dəstəkləyəcəyini vurğuladı.

Nazir Ceyhun Bayramov Mustafa Şentopa minnətdarlığını bildirdi. Azərbaycan və Türkiyə arasındakı yüksək səviyyəli tərəfdaşlığın bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunmasına xidmət edəcəyindən əminliyini ifadə etdi.
Ceyhun Bayramov Türkiyə parlamentinin sədri ilə görüşüb


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 885   Tarix: 20 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 30 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündü

19 aprel
.

Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən yeddi ədəd müxtəlif markalı avtomat silahı, bir tapança, iki tüfəng, altı qumbara

20 aprel
.

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç

19 aprel
.

"Qazaxın 4 kəndinin qaytarılması Müzəffər Ali Baş Komandan İlham Əliyev diplomatiyasının qələbəsidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel
.

42 yaşlı prokuror qəfil vəfat etdi

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, prokurorluğun Təşkilat və İcraya Nəzarət İdarəsinin böyük prokuroru, 42 yaşlı Rəhman Əhmədov ötən gün qəfil vəfat edib. Onun yaşadığı evdə ürəktutmadan dünyasını dəyişməsi bildirilib

20 aprel
.

Bakıda yarım milyona Quran satılır? - FOTO

Azərbaycanda yarım milyona Quran kitabı satışa çıxarılıb. xəbər verir ki, bu barədə saytlardan birində elan yerləşdirilib. Qeyd edilib ki, kitab XIX əsrdə miniatür litoqrafiya ilə işlənmiş Osmanlı Quranıdır. Bu kitabı, xüsusilə Birinci Dünya müharibəsində vuruşan bəzi müsəlman əsgərlər üzərlərində gəzdirirmişlər

19 aprel
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19 aprel
.

Diqqət! Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Bunları edin...

Bu gün Yerdə geomaqnit qasırğası olacağı proqnozlaşdırılır. Bakıda qasırğa günorta saat 12:00-dan etibarən öz təsirini göstərməyə başlayacaq və 21:00-dək davam edəcək. xəbər verir ki, bu barədə məlumat Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında yer alıb. Geomaqni

20 aprel
.

Xınalığa dolu düşüb - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb. Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

20 aprel