Azərbaycanda dövriyyəyə yeni 1, 5 və 50 manatlıq pul nişanları buraxılır

Azərbaycanda dövriyyəyə yeni 1, 5 və 50 manatlıq pul nişanları buraxılırDövriyyədə olan milli pul nişanlarının tədavülə buraxılmasından 14 il keçir və bu dövrdə pul nişanlarımız öz estetik görünüşünə, konseptual mövzusuna və mühafizə sistemlərinə görə özünəməxsusluğu ilə seçilib.

Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar tərəfindən dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparılır.

AMB də beynəlxalq təcrübəni nəzərə alaraq, hökumətin qərarları əsasında pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın müasirləşdirilməsinə başlayıb və bu çərçivədə 2018-2019-cu illərdə 200 manatlıq yeni pul nişanını tədavülə buraxıb, 10 manatlıq pul nişanının isə mühafizə sistemlərini təkmilləşdirib.

Artıq 1, 5 və 50 manatlıq pul nişanlarının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik yeni pul nişanlarının 1 yanvar 2021-ci il tarixindən tədavülə buraxılması nəzərdə tutulub. Onıar hazırda tədavüldə olan 1, 5 və 50 manatlıq pul nişanları ilə paralel dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək. Bununla da yenilənmiş pul nişanlarımız özünün bədii estetik görünüşünə və mühafizə səviyyəsinə görə beynəlxalq təcrübədə ən təhlükəsiz banknotlar sinfində qalmaqda davam edəcək.

Yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarında ən son mühafizə elementləri olaraq "RollingStar Lead" holoqramı (3D effektində hərəkət edən, rəngi dəyişən), möcüzəvi "Spark Live" elementi (dinamik işıq effekti saçan və rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.

Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7689   Tarix: 20 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Arıqlamaq istəyənlər, DİQQƏT: Heç bir pəhriz sizə kömək etmir?

Sizlərə Fransa istehsalı olan FATZORB kapsullarını təqdim edirik. . 1)İştahı kəsir . . 2)metobalizmani gücləndirir. . 3)piy qatlarını əridir. . 4)Kapsullar bitki tərkibli və ziyansızdır. . . . MƏHSUL HAQDA ƏTRAFLI. . Bir kurs ərzində orqanizmdən asılı olaraq 5-12 kg arıqlamaq mümkündür.. . Sifariş v

25 oktyabr

Türkiyədən Qarabağ açıqlaması: Əsl sahibinə...

Dağlıq Qarabağın əsl sahibinə aid olmasının zamanı gəlib.. . Sonxeber.az xəbər verir ki, bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalı açıqlayıb.. . O, Ermənistanı soyqırımıçı adlandırıb: "Dağlıq Qarabağ məsələsi adi məsələ deyil. Türk yurdudur. Dağlıq Qarabağ coğrafiyasınd

20 oktyabr

Azərbaycan Prezidenti: "Ermənistan rəhbərliyi artıq bizim qarşımızda diz çöküb"

"Bu gün Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq bizim qarşımızda diz çöküb, onları diz çökdürmüşük, onlara layiq olan yeri göstərmişik. Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq. Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır

20 oktyabr

Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.. . Sonxeber.az dövlət başçısının müraciətinin tam mətnini təqdim edir:. . - Əziz həmvətənlər, müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir

20 oktyabr

Mehriban Əliyeva paylaşım etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva "Instagram" hesabında paylaşım edib.. . O, "Instagram" hesabında Ali Baş Komandan İlham Əliyevin Ordumuzun uğuru ilə bağlı "Twitter" statusunu paylaşıb..

20 oktyabr

TBMM sədri: "ATƏT-in Minsk qrupu Gəncədəki qətliamı görməzdən gəlir"

"Gəncəyə edilən raket hücümü onu göstərir ki, Ermənistan hərbi cinayət törədir". . Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.. . "Gəncədə olan bütü

20 oktyabr

İlham Əliyev: "Ermənistan rəhbərliyi özünü düşük kimi aparır"

"Bu gün artıq özünü dilənçi, lap düşük kimi, - bağışlayın ifadəmə görə, amma onlar hər bir ifadəyə layiqdirlər – aparan Ermənistan rəhbərliyi gecə-gündüz bütün beynəlxalq təşkilatlara zəng edir, məktublar göndərir, bəyanatlar verir ki, niyə səsinizi çıxartmırsınız. Onlar necə səsini çıxarda bilərlər

20 oktyabr

Latviyalı deputatdan Azərbaycana dəstək

Latviya Respublikası Seyminin deputatı Romans Naudinş Ermənistan terrorçularının dinc insanlara hücumlarından sonra Azərbaycana dəstək ifadə edib.. . Sonxeber.az "Report"a istinadən xəbər verir ki, Romans Naudinş Gəncədə onlarla dinc sakinin həlak olması ilə nəticələnən raket hücumundan sonr

20 oktyabr

Prezident işğaldan azad edilmiş torpaqlarla bağlı tvit PAYLAŞDI

Prezident işğaldan azad edilmiş torpaqlarla bağlı tvit PAYLAŞDI. . Prezident İlham Əliyev "Twitter" hesabında işğaldan azad edilmiş torpaqlarımızla bağlı paylaşım edib.. . Sonxeber.az xəbər verir ki, dövlət başçısının paylaşımında deyilir:. . "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzul

20 oktyabr