Baş prokurorların videokonfrans formatında iclası keçirilib

Baş prokurorların videokonfrans formatında iclası keçirilibOktyabrın 20-də Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunmuş videokonfrans formatında 18-ci iclası baş tutub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, 15 dövlətin baş prokurorlarının və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə ölkəmizi Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Baş prokuror tədbir iştirakçılarına Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi və siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı kəsərli mübarizə tədbirləri, o cümlədən iqtisadiyyatın liberallaşdırılması, bürokratik maneələrin aradan qaldırlması, vəzifəli şəxslərlə vətəndaşlar arasında sağlam əlaqələrin qurulması, habelə şəffaflıq və hesabatlılığın təmin edilməsi məqsədilə qanunvericilik sahəsində həyata keçirilmiş genişmiqyaslı islahatlar, habelə korrupsiya ilə mübarizədə institusional baza təşkil edən ixtisaslı qurumlar – Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyası və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib.

Bu sahədə beynəlxalq əməkdaşlığın xüsusi əhəmiyyəti vurğulanaraq Azərbaycan Respublikasının BMT-nin "Korrupsiyaya qarşı mübarizə haqqında", həmçinin mövcud olan müvafiq Avropa konvensiyalarına qoşulduğu, eləcə də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən GRECO, Moneyval, OECD, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prokurorların Korrupsiyaya Qarşı Mübarizə Şəbəkəsi çərçivəsində, həmçinin xarici ölkələrin hüquq mühafizə orqanları ilə səmərəli əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib.

Baş prokuror iştirakçılara sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn norma və prinsipləri, Cenevrə Konvensiyalarının tələbləri kobud şəkildə pozularaq münaqişə zonasında, eləcə də hərbi əməliyyatların aparıldığı yerdən xeyli uzaqda yerləşən mülki əhalinin sıx yaşadığı məntəqələrin hədəfə alınması, o cümlədən 4, 11 və 17 oktyabr tarixlərində Azərbaycanın 2-ci böyük şəhəri olan qədim və tarixi Gəncənin dinc əhalisinin sıx yaşadığı mərkəzi hissəsinin, strateji əhəmiyyət kəsb edən Mingəçevir şəhərinin, Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk neft kəmərlərinin, Mingəçevir Su Elektrik Stansiyasının raket atəşinə məruz qalması, beynəlxalq səviyyədə qadağan olunmuş "Smerç" kasset bombalarından və "Skad" raket qurğularından istifadə edilməsi, xarici ölkələrdən gətirilmiş muzdluların düşmən qüvvələrinin sıralarında iştirakının müəyyən edilməsi haqqında ətraflı məlumat verib.

Bildirilib ki, Ermənistanın silahlı qüvvələri tərəfindən mülki dinc əhalimizə qarşı törədilən cinayət faktları üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 37 cinayət işi başlanıb, ərazidə həyati təhlükənin olmasına baxmayaraq prokuror və müstəntiqlər tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilməkdədir.

27 sentyabr tarixindən etibarən bugünədək Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətlər nəticəsində 7-si uşaq, 19-u qadın olmaqla 61 mülki şəxs həlak olub, 300-dən çox mülki vətəndaş ağır yaralanmış, ümumilikdə 2500-dən çox yaşayış evi və mülki obyektə ciddi ziyan vurulub.

Eyni zamanda Baş Prokuror qeyd edib ki, Ordumuz Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında əks-hücum əməliyyatına başlamış və bu sahədə mühum uğurlara imza atmaqla müxtəlif kənd, qəsəbə, rayon və şəhərlər işğaldan azad olunub.

Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov, İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri və Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla Yuldaşev mülki əhaliyə qarşı hücumları qəti surətdə pisləyib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıblar.

Tədbirin sonunda Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorları tərəfindən əməkdaşlıq haqqında sənədlər imzalanmış, 2021-ci ildə növbəti iclasın Hindistan Respublikasında keçirilməsi qərara alınıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1486   Tarix: 20 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

18 aprel
.

Bakıda ev qiymətinə sini satılır - FOTO

Bakıda ev qiymətinə sini satışa çıxarılıb. xəbər verir ki, 50 min manata satışa çıxarılan sininin 799-cu ilə aid olduğu iddia edilir. Sininin üzərində ərəb əlifbası ilə yazılar var, müxtəlif naxış və insan təsvirləri çəkilib

18 aprel
.

Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar

Bakı şəhəri Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəl

18 aprel
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18 aprel
.

"Makronun Azərbaycanın Ermənistana hücum edə biləcəyinə dair səsləndirdiyi ittihamlar böyük bir qərəzdir" - DEPUTAT

"Fransa ilə Azərbaycan arasında münasibətlər bir müddətdir, gərginləşib. Təbii ki, buna əsaslı səbəblər var. İlk növbədə Fransa Ermənistanın müttəfiqidir və bu ölkədə böyük erməni icması yaşayır bu icmada dövlətin Azərbaycan- Ermənistan münasibətlərindəki mövqeyinə təsir edir". Bunu -a danışa

18 aprel
.

Yol qəzalarından necə qorunaq? "Sürət həddi aşağı salınması yarımçıq addımdır" - Açıqlama

Ölkə ərazisində yol qəzalarının sayı artıb. Xüsusi ilə pik saatlarda yol qəzaları baç verir. Təəssüflər olsun ki, qəzalar çox zaman insan ölümü ilə nəticələnir. Qəzaların sayının artmasına hansı amillər təsir edir? . Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev -a açıqlama verib. Eksper

18 aprel
.

"WhatsApp"da işimizi asanlaşdıracaq yeni funksiya - FOTO

"WhatsApp" tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün messencerə üç filtr əlavə ediblər. -in məlumatına görə, bu barədə şirkətin bloqunda bildirilib. Tərtibatçıların fikrincə, yenilik istifadəçilərə konkret mesaj və ya söhbət tapmağa kömək edəcək. Belə ki, messencer

17 aprel
.

Övlad valideynə aliment ÖDƏYƏ BİLƏR? - AÇIQLAMA

Bizim bu gün əsas mənəvi dəyərlərimizdən biri ailə instutunun qorunub saxlanmasıdır. Ölkədə boşanmaların gündən-günə artması bu dəyərlərimizə ağır zərbə vurur. Bildiyimiz kimi, məhkəmənin qərarına əsasən övlad boşanan tərəflərdən kimin himayəsində qalırsa, həmin şəxs aliment ödəməyə borcludur. Uşağ

18 aprel
.

Rövşən Cəfərovun qızı vəfat etdi - FOTO

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. axşam.az-a istinadən xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı.Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzu

18 aprel