"Paşinyandan olsa qorxusundan türk bayrağı da qaldırıb təslim olar" - AÇIQLAMA
"Ermənistanda dövlətçilik və hərb tarixləri olmadıqları üçün bölgəyə gəldikləri gündən onlar mübahisələrini terror və çirkin əməllərlə həyata keçirirlər".
Bunu Sonxeber.az-a danışan deputat Bəhruz Məhərrəmov bildirib.
Deputat qeyd edib ki, yaxın tarixə nəzər salsaq görərəik ki, onların adı yalnız terror hadisələri yadda qalıblar:
"Bu gün də Ermənistan açıq müharibədə heç bir nəticə əldə edə bilmədiyini görüb, müxtəlif təxribatlara əl atırlar. Ermənilərin yenə də çirkin xislətlərini ortaya qoyaraq, mülki əhalini hədəf alırlar. Eyni zamanda Paşinyanın bu gün ixtiyarı öz əlində deyil.
Paşinyandan olsa qorxusundan nəyinki ağ bayraq, hətta türk bayrağı da qaldıraraq təslim olar, amma erməni millətindən qorxur. Bundan əlavə Paşinyan beynəlxalq himayədarları və SOROS Fondunun qarşında öhdəliyi var. Bilirsiniz ki, Paşinyan Cənubi Qafqazada SOROS Fondunun idealarını yaymaq və onun əsarətinə salmaqla bağlı öhtəlik götürüb. Bütün bunlarında fonunda Paşinyan konkret və müstəqil qərar verə bilmir.
Ermənistandan fərqli olaraq bizim məqsədlərimiz və konkret hədəflərimiz var. Bu baxımdan biz siyasətimizi Ermənistanın oyunları üzərində deyil, Azərbaycanın milli maraqları istiqamətimdə qururuq. Bu istiqamətdə də hər bir təhlükəyə hazırıq. İnanıram ki, tezliklə Azərbaycanın şanlı ordusu Ali Baş Komadanın rəhbərliyi ilə düşmənə sarsıdıcı zərbələr vuraraq bütün işğalda olan torpaqları azad edəcək".
Aysel Yusifqızı
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş