Düşmən atəşi nəticəsində 8 uşaq həlak olub - RƏSMİ

Düşmən atəşi nəticəsində 8 uşaq həlak olub - RƏSMİAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) "Uşaq Hüquqları Aylığı"nın elan olunması ilə bağlı müraciət edib.

Ombudsman Aparatından Sonxeber.az-a verilən məlumata görə, müraciətdə qeyd olunub ki, Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuş BMT-nin 20 noyabr 1989-ci il tarixli Uşaq hüquqları haqqında Konvensiyasının qəbul olunmasından 31 il ötür: "Ölkəmizdə dövlət uşaq siyasətinin əsas istiqamətlərindən birini də məhz uşaqların qayğı ilə əhatə olunması, onların ən ümdə maraqlarının təmin edilməsi, əlverişli sosial şəraitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların layiqli vətəndaş olaraq formalaşması təşkil edir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) da fəaliyyətinin əsas istiqamətlərindən biri uşaq hüquqlarının müdafiəsi və təbliğidir.

Ənənəvi olaraq hər il olduğu kimi bu il də BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə Ombudsman tərəfindən 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda "Uşaq hüquqları aylığı" elan edilir.

Təəssüf ki, regional sülhə davamlı olaraq maneə yaradan Ermənistanın Azərbaycana qarşı işğalçılıq, etnik təmizləmə siyasəti həyata keçirməsi insan hüquqlarına təhdid kimi çıxış edir, regionda daimi təhlükənin mövcudluğuna səbəb olur".

Bildirilib ki, Ermənistanın 30 ildən çoxdur davam edən hərbi təcavüzü Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti, bir milyondan artıq soydaşımızın öz doğma yerlərindən didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilməsi, onların insan hüquqlarının kütləvi şəkildə pozulması ilə müşahidə olunmaqdadır. Bu münaqişədən əziyyət çəkən və fundamental hüquqları pozulan əhali qruplarından biri də uşaqlar olub: "2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, sosial, mədəni və strateji əhəmiyyətli obyektlərin ağır artilleriya qurğularından, aviasiyadan, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulması nəticəsində 8 uşaq həlak olub, 32 uşaq isə yaralanıb. Bir çox uşaqlar valideynlərini itiriblər.

Bu faktlar və Ermənistanın Azərbaycan ərazilərinə və mülki əhaliyə, o cümlədən uşaqlara qarşı mütəmadi olaraq həyata keçirdiyi hərbi təcavüz aktları ilə bağlı tərəfimdən BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoruna müraciət ünvanlayıb.

Ermənistanın iştirakçısı olduğu beynəlxalq müqavilələrin, xüsusilə də Cenevrə Konvensiyalarının, BMT-nin "Uşaq hüquqları haqqında Konvensiyası"nın müddəalarının kobud şəkildə pozulması faktlarına BMT səviyyəsində, xüsusilə də Uşaq Hüquqları Komitəsində münasibət bildirilməsinə və onların hüquqlarının beynəlxalq hüquqi müdafiəsinə nail olmaq məqsədilə bu istiqamətdə təşəbbüslə çıxış edilməli və Komitə tərəfindən təcili olaraq təcavüzkar Ermənistana qarşı xüsusi prosedurun başladılması təmin edilməlidir".

Müraciətdə qeyd olunub ki, hazırda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən xüsusi karantin rejimi tətbiq edilib, profilaktik və mübarizə xarakterli təxirəsalınmaz sosial izolyasiya tədbirlərinin həyata keçirilməsi davam etdirilir: "Buna görə də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş müvafiq qərarlara əsaslanaraq ölkədə kütləvi tədbirlərin keçirilməsi də təxirə salınıb. Bununla əlaqədar olaraq, uşaq hüquqları üzrə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi ilə yanaşı, pozulmuş hüquqların bərpasına və pozulmasının qarşısının alınmasına xidmət edən işlərin canlı təmas olmadan, müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilməklə həyata keçirilməsi zəruridir.

Bu baxımdan, 2020-ci ilin 20 oktyabr – 20 noyabr tarixlərini ölkədə "Uşaq Hüquqları Aylığı" elan edərək dövlət qurumlarını, yerli özünüidarə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını, o cümlədən QHT-lər və KİV-i təşəbbüsümüzə qoşulmağa dəvət edir, xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməklə elektron və yazılı mediada, teleradio kanallarında, sosial şəbəkələrdə uşaq hüquqlarının, o cümlədən sağlamlıq, təhsil, sosial təminat və digər hüquqların təbliğinə dəstək verməyi, onlayn görüşlərin, videokonfransların keçirilməsini, bu mövzuda müxtəlif sosial çarxların hazırlanmasını tövsiyə edir, insanların müraciətlərinə, pozulmuş hüquqlarının bərpası məsələlərinə həssaslıqla yanaşmağa çağırıram".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1976   Tarix: 21 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə

18 aprel
.

Bakıda ev qiymətinə sini satılır - FOTO

Bakıda ev qiymətinə sini satışa çıxarılıb. xəbər verir ki, 50 min manata satışa çıxarılan sininin 799-cu ilə aid olduğu iddia edilir. Sininin üzərində ərəb əlifbası ilə yazılar var, müxtəlif naxış və insan təsvirləri çəkilib

18 aprel
.

Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı

"Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin". "Olay" bildirir ki, bu sözləri "Səni axtarıram" verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, həmçinin ötən gün vəfat edən sabi

18 aprel
.

"Victory Construction Group" MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə

Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) ilə tenderlərinin qalibi olan "Victory Construction Group" şirkəti arasında qalmaqal yaranıb. İqtisadiyyat.az xəbər verir ki, RİH öhdəlikləri yerinə yetirmədiyinə görə şirkətə qarşı məhkəmədə iddia qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklə

18 aprel
.

Rövşən Cəfərovun qızı vəfat etdi - FOTO

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. axşam.az-a istinadən xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı.Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzu

18 aprel
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18 aprel
.

Başlıbel qətliamının şahidi: "Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər" - VİDEO

Bu gün Başlıbel qətliamından 31 il keçir. Hadisə şahidləri İctimai TV-yə qətliamın dəhşətlərini danışıblar. Başlıbel sakini Niyyət Əhmədovun ailə üzvləri gözləri qarşısında qətlə yetirilib:. "Əvvəl anamı, sonra isə bacımı güllələyərək öldürdülər. Sonra isə digər şəxsləri maşına yığaraq apardılar"

18 aprel
.

"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO

Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula

18 aprel
.

"Makronun Azərbaycanın Ermənistana hücum edə biləcəyinə dair səsləndirdiyi ittihamlar böyük bir qərəzdir" - DEPUTAT

"Fransa ilə Azərbaycan arasında münasibətlər bir müddətdir, gərginləşib. Təbii ki, buna əsaslı səbəblər var. İlk növbədə Fransa Ermənistanın müttəfiqidir və bu ölkədə böyük erməni icması yaşayır bu icmada dövlətin Azərbaycan- Ermənistan münasibətlərindəki mövqeyinə təsir edir". Bunu -a danışa

18 aprel