Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib
Macarstanda yaşayan soydaşlarımız Ermənistanın hərbi təxribatına etiraz etmək və Azərbaycan həqiqətlərini bu ölkənin ictimaiyyətinə çatdırmaq məqsədi ilə Budapeşt şəhərinin mərkəzində yerləşən "Szent İstvan Basilica" kilsəsinin qarşısında icazəli aksiya keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.az-a verilən məlumata görə, Macarıstan-Azərbaycan Gənclər Birliyinin və Budapeştdəki Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan aksiyada Azərbaycan diasporunun və türkdilli icmaların üzvləri, bu ölkədə təhsil alan gənclərimiz və yerli sakinlər iştirak ediblər.
Əllərində Azərbaycanın, Türkiyənin və Macarıstanın dövlət bayraqlarını, eləcə də ingilis və macar dillərində yazılmış "Qarabağ Azərbaycandır!", "Ermənistanın təcavüzünə son!" "Gəncə üçün dua et!", "Erməni işğalına son!" və s. kimi şüarlar yazılan plakatlar tutan aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin törətdiyi vandalizm aktları nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların həlak olmasını, mülki obyektlərin dağıdılmasını insanlığa qarşı cinayət adlandırıblar. Aksiyanın sonunda Gəncə terroru ilə bağlı qəbul edilən bəyanat oxunub, yerli sakinlərə erməni təcavüzünü əks etdirən broşürlər paylanılıb, media nümayəndələrinə erməni vandalizmi barədə məlumat verilib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 2851 Tarix: 22 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO
Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini
25 aprelMillət vəkilinə ağır itki
Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub
25 aprelLaçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki
25 aprelMübariz Qurbanlının ailəsinə ağır itki
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı
25 aprelLənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı
25 aprelAlimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili
24 aprel