İran işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri görmək istəyir

İran işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri görmək istəyirqtisadiyyat naziri Mikayıl Cabbarov İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Bu barədə Sonxeber.az-a nazirlikdən bildirilib.

Məlumata görə, nazir ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib, ona uğurlar arzulayıb. M.Cabbarov vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir. Son 7 ildə dövlət başçıları arasında 13 yüksək səviyyəli görüş keçirilib və mühüm qərarlar qəbul edilib. Ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlıq inkişaf edir, Azərbaycanın əlverişli biznes mühitindən yararlanan İran şirkətlərinin sayı artır, qarşılıqlı investisiya əməkdaşlığı həyata keçirilir, birgə layihələr icra olunur.

M.Cabbarov Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti və son təxribatları, günahsız mülki əhaliyə və mülki obyektlərə raket zərbələri endirərək törətdiyi terror və müharibə cinayətləri, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və torpaqlarımızın işğaldan azad olunması üçün öz ərazisində apardığı əks-hücum əməliyyatı barədə məlumat verib, İranın münaqişənin Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinə hörmət çərçivəsində həllinə dəstək verdiyini vurğulayıb.

S.A.Musəvi İranın Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin ədalətli mövqeyini və ərazi bütövlüyünü tam dəstəklədiyini, hər cür seperatizmi pislədiyini vurğulayıb. Səfiri ölkəsinin Azərbaycanın işğaldan azad olunmuş sərhədyanı ərazilərində quruculuq işlərinin həyata keçirilməsində maraqlı olduğunu, həmçinin Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin birgə icrasının iqtisadi əməkdaşlığımızı daha da dərinləşdirəcəyini diqqətə çatdırıb.

Görüşdə sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika, investisiya, kiçik və orta sahibkarlıq, ticarət, turizm və s. sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1994   Tarix: 23 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu foto və videoları media subyektinə təqdim edənlər cərimələnəcək

İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto və ya video çəkiliş, yaxud səsyazma materiallarını media subyektinə təqdim edənlər cərimələnəcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksin

29 mart
.

Azərbaycanda qızıl sürətlə bahalaşır - Səbəb NƏDİR

Hazırda ölkə ərazisində qızılın qiyməti rekord həddə çatıb. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib:. O bildirib ki, hazırda dünya bazarında qızılın qiyməti tarixi maksimumu göstərir:. "Azərbaycanda qızılıın qiymətinin artmasının səbəbi bilavasitə dünya bazarında qızılın qiymətini

29 mart
.

Azərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin b

29 mart
.

Bakının bu hissəsində marşrut avtobusları üçün yenilik - Foto

Bu gündən 12 müntəzəm marşrut xətti üzrə 181 avtobus "Gənclik" metrostansiyasının yanında yaradılan yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Belə ki, qurum tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyya

29 mart
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

29 mart
.

Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ

Nobel mükafatı laureatı professor Məhəmməd Yunus Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri təyin edilib. Bu barədə universitetin rektoru Ədalət Muradov məlumat verib. O qeyd edib ki, Məhəmməd Yunus özü ona müraciət edib:. "Müraciətində professor Məhəmməd Yunus UNEC rektorunu

29 mart
.

Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli ötən gün Kiyevdə qəfil ürək çatışmazlığından vəfat edib. Həmkarımız Ukraynanın cəbhə bölgələrindən "Amerikanın səsi" radiosu üçün reportajlar hazırlayırdı. Jurnalistin dünyasını dəyişməsi onu tanıyanların təəccübünə səbəb olub. Çünk

29 mart
.

İsmayıl Tamoyev Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır

29 mart
.

Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO

Bakıda yeni elektrik avtobusu istifadəyə verilib. -ın məlumatına görə, avtobus parkının yenilənməsi çərçivəsində 5 nömrəli marşrut xəttinə narıncı rəngli elektrikli sərnişin avtobusu buraxılıb. Qeyd edək ki, sərnişin avtobusu Çinin "Zhongtong" şirkətinin istehsalıdır

29 mart