Ermənistan ordusunun real mənzərəsi - Əsgər tapılmır - VİDEO

Ermənistan ordusunun real mənzərəsi - Əsgər tapılmır - VİDEOİndi təqdim edəcəyimiz görüntülər ermənilərin peşəkar rejissorları tərəfindən çəkilib. Özü də bu rejissorları cəbhə xəttinə Ermənistan baş naziri şəxsən göndərib ki, ''qüdrətli ordu'' barədə həqiqətləri ermənilərə, dünyaya göstərsinlər. Hörmətli tamaşaçılar, ermənilərin özlərinin yaydığı bu görüntüləri izləməyənə qədər də qarşı tərəfin kasad hərbi ,imkanları, rəzil ordusu barədə məlumatlar verirdik. Lakin inanın ki, dediklərimiz izləyəcəyiniz görüntülərin yanında azdır. Ermənilərin yaydığı görüntülər elə özlərinin yalanları ifşa edir. Baxın və özünüz qiymət verin. Hansı millət belə bir ordusunun olduğuna görə fəxr edər?

Paşinyan hərbçilərə yalvarır. Amma bunu vecinə almayan və ya əli cibində baş nazirə qulaq asan adamlar bu yalvarışlara əhəmiyyət vermədiyini sərgiləyir. Çünki insanlar onların olmayan torpaqlar üçün ölməkdən artıq beziblər.

Ordudadkı ruh düşkünlüyünü aradan qaldırmaq istəyən Ermənistan höküməti 1993-cü ildən fəaliyyət göstərən yerli Bars Media Sənədli Filmlər Studiyasını göndərir cəbhə bölgəsinə ki, guya hər şeyin əla olduğunu göstərsinlər. Onlar da elə bilirdi ki, həqiqətən də gəlib buynuzlu at və ya təpəgöz görəcəklər. Amma ilk dəqiqələrdən qarşılarına çıxan nə oldu?

Tarzan üsulu ilə özünə ağac budaqlarından sipər düzəltmiş ağsaqqal (1-00:13), tənginəfəs olmuş, yorğun qoca hərbçilər müharibənin ciddiyyətini tam anlamayan yaşlılar, yorğun və bitkin insanlar

Bu günlərdə lentə alınmış, heç bir şərhə ehtiyyacı olmayan bu kadrlara diqqətlə baxın. Necə deyərlər heç meşədə bu qocalarla yaşıd ağac qalmayıb.

Bu kadrda isə bir qədər cavan olan hərbçi yaşlı kişini göstərərək gülür ki, axi bunu bura niyə gətiriblər?

Köklükdən heç normal danışa bilməyən ağzında dişi olmayan, piylənmiş qarnına paltar sığmayan insaların müharibədə məğlub olmaqdan başqa yolunun olmadığını yəqin Paşinyan indi daha yaxşı başa düşər.

Ermənistan ordusunda hərbi geyim ümumiyyətlə tapılmır. Hərbi üst və alt geyim əvəzinə əllərinə düşəni geyinən əsgərlərə hərbi çəkmə əvəzinə rezin sapox və ya parçadan olan idman ayaqqabıları verilir, baş geyimi köhnə və cırıqdır (1-01:36) ümumiyyətlə hərbi papaqlı az adam var.

Qızları da döyüşə cəlb edən Paşinyanın məqsədi nədir görəsən? Gözləri zəif, eynəksiz bir addım belə ata bilməyəcək insanları isə tez-tez görmək olar.

Onsuz da məğlub olduqlarının fərqinə varan əsgərlərin öz işinə laqeyd yanaşması isə bu kadrlardan aydın görünür. Damağında siqaret, sanki müharibə vecinə deyil.

Bu görüntünü görən həm peşəkar hərbçi, həm də adi insanı gülmək tutacaq ki, erməni əsgərləri müharibəyə sanki quş vurmağa gəlib. Belə olmasaydı avtomatlar göyə tuşlanmazdı.

Gərgin döyüşlərin ortasında kadra girən bu yazıq və qorxmuş erməni əsgərin anası yəqin ki, indi Paşinyanı nəyi var söyür.

Bütün bunların fonunda orduda qorxu pik həddədir. Bu kadrlardan hər şey açıq aydın görünür. Azərbaycan ordusunun həmlələri qarşısında düşmən əsgərinin acızliyini siz də izləyin. Və nəticə: hərbçilər mövqelərini qoyaraq qaçmağa məcbur olur.

Bəli, ermənilər illərdir "böyük, qüdrətli ermənistan ordusu" mifini bütün dünyaya sırımağa çalışdılar. Amma indi hamı görür ki, o böyük görünən şey, üstünə işıq düşən sınıq bir budağın kölgəsi imiş, kənardan böyük və qüdrətli görünürmüş. Azərbaycan ordusu o budaqları hələ çox sındıracaq. /Xezerxeber


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3114   Tarix: 23 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel