Erməni hərbi əsirlər danışır: "Qaçdım, mənə 8 nəfər qoşuldu"-VİDEO

Erməni hərbi əsirlər danışır: "Qaçdım, mənə 8 nəfər qoşuldu"-VİDEOƏsir götürülən erməni hərbçilər Qarabağda döyüşməkdən imtina etmələrinə baxmayaraq, onları cəbhəyə zorla göndərdiklərini etiraf ediblər.

Sonxeber.az xəbər verir ki, bunu Valera Ayrapetyan və Edik Tonoyan söyləyib.

"Mənim adım Valera Ayrapetyan Aşotoviçdir. Xankəndindənəm, 1997-ci ildə orada doğulmuşam. Sentyabrın 27-si evə çağırış gəldi ki, hərbi komissarlığa getməliyəm. Ancaq mən imtina etdim və növbəti gün yanıma gəldilər. Mənə dedilər ki, imtina etsəm, məni həbsə atacaqlar. Məni ön xəttə - Hadruta apardılar. Sonra dedilər ki, geri çəkilmək lazımdır. Orada təxminən 400 nəfər var idi, sonra müxtəlif istiqamətlərdə getdik. Biz Füzuliyə doğru getdik. Orada atəş altına düşdük. Mən qaçdım. Başa düşdüm ki, mən bura döyüşməyə gəlməmişəm, güllədən qaçmalıyam. Mənə 8 nəfər qoşuldu. Biz dağlardan keçməyə başladıq. Hara gedəcəyimizi bilmirdik. Növbəti gün səhər azərbaycanlı hərbçilərin səslərini eşitdim. Onlara döyüşmək istəmədiyimizi, buranın bizim ərazi olmadığını dedik. Sadəcə təslim olub yaşamağımızı dedik. Erməni xalqına müraciət edirəm. Qardaşlar və bacılar, bizə aid olmayan şeyə görə döyüşmək lazım deyil. Oğullarınızı, ərlərinizi boşuna ölməyə göndərməyin".

Digər əsir Edik Solakoviç Tonoyandır: "Mən Edik Solakoviç Tonoyanam. 1975-ci ildə Ermənistanın Metsavan (Şahnəzər) kəndində anadan olmuşam. Sentyabrın 27-də müharibə başlayandan sonra məni və oğlumu tutub hərbi komissarlığa apardılar. Hərbi komissarlıqla razılaşdım ki, oğlumu yox, məni aparın. Razılaşdım ki, Ermənistan ərazisində xidmət edəcəyəm. Qarabağa getmək istəmirdim, çünki bizim torpaq deyil. Əgər lazımdırsa, Ermənistan uğrunda xidmət etməyə hazıram, amma Qarabağ üçün yox. Daha sonra məni Gorusa apardılar və bizə silah payladılar. Biz silahı götürmək istəmədik, ancaq dedilər ki, bu təhlükəsizlik üçündür, özünümüdafiə üçün lazım ola bilər. Daha sonra bizi Azərbaycan ərazisinə - Horadiz rayonuna apardılar. Biz orada səngər qazmağa başladıq. Bombalanma başladıqdan sonra biz durub qaçdıq. Mənimlə olanlar gənclər idi, qaça bildilər, ancaq mən qaça bilmədim. Təslim olmağa qərar verdim. Bütün erməni xalqına müraciət edirəm. Əziz həmvətənlərim, öz uşaqlarınızı Azərbaycan ərazisinə döyüşməyə buraxmayın. Biz əvvəllər yaxşı yaşayırdıq, yaxşı qonşu münasibətlərimiz var idi".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8236   Tarix: 23 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Arıqlamaq istəyənlər, DİQQƏT: Heç bir pəhriz sizə kömək etmir?

Sizlərə Fransa istehsalı olan FATZORB kapsullarını təqdim edirik. . 1)İştahı kəsir . . 2)metobalizmani gücləndirir. . 3)piy qatlarını əridir. . 4)Kapsullar bitki tərkibli və ziyansızdır. . . . MƏHSUL HAQDA ƏTRAFLI. . Bir kurs ərzində orqanizmdən asılı olaraq 5-12 kg arıqlamaq mümkündür.. . Sifariş v

25 oktyabr

"Tik-Tok" Azərbaycanda da bloklansın!

Sosial şəbəkələrdə "Tik-Tok"un bağlanması ilə əlaqədar çağırışlar başlayıb.. . Sonxeber.az xəbər verir ki, buna səbəb sözügedən sosial şəbəkədə əsgərlər, cəbhə və şəhidlərlə bağlı yerli-yersiz videoların yayımlanmasıdır. İnsanlar bu cür məlumatların əsgərlərin həyatını təhlükəyə atdığını qey

23 oktyabr

ABŞ koronavirusun müalicəsində ilk dərmanı təsdiqlədi

ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) ilk dəfə koronavirusun müalicəsində istifadə edilən dərmanı təsdiqləyib.. . Sonxeber.az xəbər verir ki, artıq "Remdesivir" bu məqsədlə qeydiyyata alınıb.. . Qeyd olunur ki, "Remdesivir" bu ilin yazından bəri ABŞ-da fövqəladə hallarda istifadə üçü

23 oktyabr

Vətəndaşlar hərbi məlumatların ötürülməsinə imkan verməməlidirlər-EKSPERT

Hazırda internetdə tətbiq olunmuş məhdudiyyətlər müvəqqəti xarakter daşıyır. Bu, müharibənin getdiyi bir dövrdə milli təhlükəsizlik məsələləridir. Azərbaycanın informasiya məkanı erməni təxribatından qorunmalıdır. Toqquşmaların aktiv fazası bitən kimi bütün bu məhdudiyyətlər təbii ki, aradan qaldırılacaqdır.

23 oktyabr

Paşinyan nəinki dinc əhalinin, hətta körpə uşaqların ölümünə göstəriş vermiş biridir- DEPUTAT

Ermənistanın baş naziri N.Paşinyan zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə şəxsən məsuliyyət daşıyır. . . Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, Ermənistan hakimiyyəti nəinki, bu gün elə münaqişənin ilk günlərindən öz xalqını Azərbaycan

23 oktyabr

Cənubi Qafqazın Türkiyəsiz gələcəyi yoxdur- POLİTOLOQ

Türkiyə indi təkcə Cənubi Qafqaz regionunda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır. . . Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir və nizamlama prosesində fəal şəkildə iştirak etməlidir. Qeyd edilir ki, Türkiyənin prosesdə iştirakı sabitlik gətirəcək.. . Bununla bağl

23 oktyabr

Ermənistanla danışığın mənası yoxdur, bu dövlətin mayası faşizmdən yoğrulub-DEPUTAT

Danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması olub. Ermənistanın baş nazirinin "Qarabağ Ermənistandır", Azərbaycanın qondarma "Dağlıq Qarabağ hökuməti" ilə danışıqlar aparmalı olduğun

23 oktyabr

Türkiyə Azərbaycan üçün qardaş ölkə, ən yaxın müttəfiq və dostdur- RƏY

Türkiyə indi təkcə Cənubi Qafqaz regionunda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır. . . Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir və nizamlama prosesində fəal şəkildə iştirak etməlidir. Qeyd edilir ki, Türkiyənin prosesdə iştirakı sabitlik gətirəcək. . . Zərurət yarandığ

23 oktyabr

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri də Ermənistanın barbarlığını, vandallığını görür-DEPUTAT

ATƏT-in Minsk qrupunun həmsədrlərinin özlərinin də tərəfdar çıxdığı BMT TŞ məlum qətnamələrinin icrası istiqamətində 30 il müddətində heç bir nəticəyə nail ola bilməməsi, hazırkı dövrdə mandatlarına uyğun olaraq onların bitərəf qalmasının və Ermənistanın məğlub durumda olduğu bir vəziyyətdə bu ölkəy

23 oktyabr