"Al Jazeera English" kanalının veb-saytında Dağlıq Qarabağla bağlı məqalə dərc olundu

"Al Jazeera English" kanalının veb-saytında Dağlıq Qarabağla bağlı məqalə dərc olundu"Al Jazeera English" kanalının veb-saytında Dağlıq Qarabağla bağlı məqalə dərc olunub. Məqalədə Dağlıq Qarabağdakı münaqişəsinin tarixi və hüquqi aspektlərinə nəzər salınıb, problemin mənşəyinin Ermənistanın Azərbaycanın suveren ərazilərini işğal etməsi ilə bağlı olduğu bildirilib.

Ölkəmizin Qətərdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan "xristian kartı"na oynayaraq müsəlman Azərbaycanla mübarizəsini "sivilizasiyaların toqquşması" kimi qələmə verməyə çalışdığı qeyd edilib. Lakin münaqişənin kökləri dini fərqliliklərdə deyil, bu səbəbdən də sözügedən təbliğat işə yaramır.

Məqalədə 1920-ci ildə Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradıldığı qeyd edilib, Qafqaz Komitəsinin 1921-ci il tarixli qərarı şərh olunub. Diqqətə çatdırılıb ki, bu qərar bəzilərinin iddia etdiyi kimi, DQMV-nin Azərbaycan SSR-in tərkibinə verilməsini və ya qatılmasını deyil, onun Azərbaycanın daxilində qalmasını təsdiq edir. Bu isə öz növbəsində sübut edir ki, sözügedən ərazi Azərbaycanın bir hissəsi olub.

Yazıda, həmçinin ermənilərin ötən əsrin 80-ci illərinin sonlarından etibarən başlayan "müstəqillik" cəhdləri şərh edilərək, bu cəhd və iddiaların hüquqi baxımdan tamamilə əsassız olduğu göstərilib. Qeyd edilib ki, SSRİ-nin süqutundan sonra erməni qüvvələri Xocalı şəhərində dinc əhaliyə qarşı qırğınlar törədib, etnik təmizləmə siyasəti aparıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi xatırladılaraq, erməni qoşunlarının bu sənədlərin tələblərinə məhəl qoymayaraq Azərbaycanın torpaqlarını işğal altında saxladığı bildirilib. "SSRİ-nin dağılmasından sonra Azərbaycan və Ermənistan sovet dövründəki sərhədləri çərçivəsində müstəqil dövlətlər kimi tanındılar. Bu, o deməkdir ki, beynəlxalq hüquq Dağlıq Qarabağı Azərbaycanın suveren ərazisi kimi, bu torpaqlarda erməni hərbi qüvvələrinin mövcudluğunu isə işğal faktı kimi tanıyır", - deyə qeyd olunan məqalədə Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq, özünümüdafiə məqsədilə müvafiq tədbirlər görmək hüququna malik olduğunu bildirilib.

Yazıda azərbaycanlı qaçqın və məcburi köçkünlər barədə də danışılıb, Azərbaycanda on minlərlə etnik erməninin yaşadığı qeyd olunub.

Daha sonra iyul döyüşləri, xarici dövlətlərin Ermənistana hərbi yardımları, N.Paşinyan və onun hökumətinin danışıqlar prosesini pozan təxribatçı əməl və davranışları, eləcə də hazırkı hərbi toqquşmaların səbəbləri barədə ətraflı söz açılıb.
"Al Jazeera English" kanalının veb-saytında Dağlıq Qarabağla bağlı məqalə dərc olundu


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3330   Tarix: 24 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

" III Dünya savaşı baş versə, Cənubi Qafqaz müharibə ocaqlarından biri olacaq" - Ekspert

Hərbi toqquşmaların yaratdığı təhlükənin miqyası gündən-günə artmaqdadır. 1914, 1939-cu illərdəki siyasi-hərbi durum hazırkı hadislər ilə oxşardır. II dünya müharibəsi başlaya bilərmi?. Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmmədli -a açıqlama veribş. O bildirib ki, II dünya savaşı baş versə, Cənub

15 aprel
.

"Ermənistan ordusu yaxşı bilir ki, hücuma keçib Azərbaycanın hansısa ərazisini işğal etməyə gücü yoxdur" - Ekspert

Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbyacanın yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Proseslər belə davam edərsə, iki ölkə arasında yenidən müharibə başlaya bilərmi?. Məsələ ilə bağlı hərbi ekspert Tərla

8 aprel
.

Yeni hakim təyinatları olub - Siyahı

Bakı, Gəncə, Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Bakı İnzibati Məhkəməsinin hakimlər

5 aprel
.

Aİ nümayəndəliyi: "Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur"

"Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu, sadəcə, inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazımdır". Bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos "Joxovurd" nəşrinə müsahibəsind

16 aprel
.

Prezident Bum qəsəbəsində tam orta məktəbin yeni binasının açılışında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışında iştirak edib. Bu barədə xəbər yayıb

9 aprel
.

"Brüssel görüşündən sonra Ermənsitan birmənalı olaraq kənar qüvvələrlə işbirliyi çərçivəsində sülh prosesindən yayınır" - Ekspert

Artıq neçə gündür ki Ermənistan atəşkəsi pozur. Atəşkəsin bu dərəcə tez tez pozulması Ermənistanın Aprelin 5-də keçirilmiş Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüssel görüşü ilə əlaqəsi ola bilərmiı? Proseslər bel

9 aprel
.

Azərbaycan Ermənistanın təxribatlarına necə cavab verəcək?

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşdirilən bölmələri yenidən təxribat törədiblər. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, aprelin 7-si saat 17:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətind

8 aprel
.

Gəncə MDB-nin idman paytaxtı olacaq

Azərbaycanın Gəncə şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı olacaq. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunları barədə danışarkən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Biz Gəncə şəhərinin 2025-ci ildə

12 aprel
.

"Ermənistan 30 il ərzində Azərbyacanın böyük bir ərazisini dünyanın ən çirkli mina zonası halına gətirib" - Politoloq

Uzun illərdir işğal altında saxlanılan torpaqlarımızın böyük bir hissəsi ermənilər tərəfindən minalanıb. 2020-ci il noyabrın 10-dan indiyədək yüzlərlə insan mina terroru nəticəsində həlak olub və ya müxtəlif dərəcəli xəsarət alıb. Mina terroru davam etdiyi halda Azərbaycan və Ermənistan arasında sül

5 aprel