Cavid Osmanov: "Ermənilər təkcə azərbaycanlılara qarşı deyil, digər xalqlara qarşı da etnik təmizləmə aparıblar"

Cavid Osmanov: "Ermənilər təkcə azərbaycanlılara qarşı deyil, digər xalqlara qarşı da etnik təmizləmə aparıblar"Ermənistanda ən böyük icma olan azərbaycanlılar həmin ərazidən qovulub. Azərbaycanlıların bütün tarixi, dini abidələri dağıdılıb, Azərbaycan mədəniyyətinin izləri silinib. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçiriblər.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızda təkcə xalqımıza qarşı etnik təmizləmə aparmayıb, həm də tarixi abidələrimizi dağıdaraq həqiqətləri saxtalaşdırmağa çalışıblar:

"Ermənilər işğal olunmuş rayonlarda silah qaçaqmalçılığı, narkotiklərin becərilməsi və tranziti, çirkin pulların yuyulması, təbii ehtiyatlarımızdan vəhşi kimi istifadə edərək yerli məhsul kimi dünya bazarına çıxarılması kimi vandalizmlə məşğul olublar. Bu bir daha göstərir ki, onlar 30 ilə yaxın işğal altında olan torpaqlarımızdan boş zona kimi istifadə ediblər. Bununla yanaşı, ermənilər təkcə azərbaycanlılara qarşı deyil, digər xalqlara qarşı da etnik təmizləmə apararaq həm Ermənistan, həm də Dağlıq Qarabağ ərazisindən vəhşicəsinə çıxarmasına nail olublar. Məhz ona görə də bu gün Ermənistanda yaşayan əhalinin 99 faizi ermənilərdir. Bu, bir daha onu göstərir ki, burada digər xalqlara qarşı aparılan siyasətdə əsas məqsəd "Böyük Ermənistan" dövlətini yaratmaq olub. Amma bu gün bu mif dağıdılıb. Elə təmas xətti və status-kvo ilə bağlı yaradılan mif kimi. Bu gün Azərbaycanın rəşadətli ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 30 ildə bərpa edilməyən hüquqularımızı təmin edərək, işğalçıları ərazilərimizdən təmizləmə əməliyyatını uğurla davam edir. Düşmən ağır zərbələr vurularaq darmadağın edilir. Sentyabrın 27-dən bu günə kimi düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və silah-sürsatı məhv edilir. Əminəm ki, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz tezliklə 30 il həsrətində olduğumuz bütün torpaqlarımıza bizi qovuşduracaq və üçrəngli bayrağımızı həmin torpaqlarda dalğalandıracaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 526   Tarix: 24 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel